Məhkəmə qərarları › İş №3(011)-7526/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7526/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7526/2025 02.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Bakı şəhər Xətai İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru Fuad Əsgərovun, zərərçəkən şəxsin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Şəki rayonunda anadan olmuş, orta təhsilli, subay, işləməyən, Ağdam rayonu, Qiyaslı ərazi dairəsi, Qiyaslı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Buna görə də onun barəsində Xətai RPİ 36-cı Polis Şöbəsinin polis sahə inspektoru Fuad Əsgərov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN seriyalı ******* nömrəli 02 sentyabr 2025-ci il tarixli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkən şəxsin nümayəndəsi X3 izahat verərək Şəxs Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən "Megastore" mağazasından dəyəri 100 manat olan ərzaq məhsullarını oğurladığını, dəymiş zərəri ödəmədiyini bildirmiş, bu səbəbdən barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru Fuad Əsgərov izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X1 RPİ-nin 36-cı polis şöbəsinə ərizə ilə müraciət edərək, 27 avqust 2025-ci il tarixdə, saat 22:30-da mühafizəçi işlədiyi Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən "Megastore" mağazasından ümumi dəyəri 108 manat təşkil edən məişət yağlarını oğurlayan naməlum şəxsin xx.xx.2025-ci il tarixdə yenidən mağazaya gəldikdə polisə məlumat verilməsini qeyd etmiş, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Hadisə nəticəsində mağazaya 108 manat ziyan dəymişdir. Zərərçəkən şəxslə barışıq əldə edilməmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati həbs tənbeh növünün tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 02 sentyabr 2025-ci il tarixli Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Qabil Hüseynov tərəfindən qəbul edilmiş qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qərar təhqiqat orqanının rəhbərinə təqdim edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 01 sentyabr 2025-ci il tarixdə, saat 02:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1ci bəndinə əsasən, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd edilənlərə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun səmimi etirafı və iş materialları əsasında sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. “Elektron məhkəmə” iformasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs təkrarən eyni əməli törətməsini onun məsuliyyətini ağırlaşdıran hal olaraq nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən zərərçəkmiş şəxsin şikayətçi olduğunu nəzərə alır və hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri - həbs tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İnzibati həbsetmənin əvvəli 01 sentyabr 2025-ci il tarixdən, saat 02:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 30 (otuz) gün müddətində həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 01 sentyabr 2025-ci il tarixdən, saat 02:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 36-cı Polis şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar