Məhkəmə qərarları › İş №3(011)-754/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-754/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-754/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 11 fevral 2022-ci il tarixdə saat 00:15 radələrində Xətai rayonu 8 Noyabr prospektində idarə etdiyi “VAZ 21154” markalı **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi və işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün saxlanılmış, spirtli içki içməsi şübhə doğurduğu üçün tibbi müayinədən keçməsi təklif edilmiş, lakin o, müayinədən imtina etmişdir. Bakı şəhəri X1 İdarəsinin Yol Patrul Xidmətinin inspektoru Timur Dadaşov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 11 fevral 2022-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri X1 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. İşə Bakı şəhəri X1 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 11 fevral 2022-ci il tarixdə saat 00:15 radələrində “VAZ 21154” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili o idarə etməmişdir. Müayinədən imtina etməsinə səbəb də avtomobili idarə etməməsi olmuşdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 11 fevral 2022-ci il tarixli 2/5045 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs tibbi müayinədən imtina etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən görünür ki, 11 fevral 2022-ci il tarixdə saat 00:15 radələrində Xətai rayonu 8 Noyabr prospektində “VAZ 21154” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil yol polis əməkdaşları tərəfindən saxlanılır, şəxs avtomobili saxladıqdan sonra qaçmağa cəhd göstərir. Bu zaman polis əməkdaşları tərəfindən saxlanılır. Həmin vaxt avtomobili idarə etmiş şəxs Şəxs olmuşdur. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 329.1, 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xəta haqqında işlərə aid deyildir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanın törədilməsində təqsirlidir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 86.1-ci maddəsinə əsasən inzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs bu Məcəllə ilə müəyyən edilmiş hallarda aşağıda göstərilən tədbirləri tətbiq edir: 86.1.1. gətirilmə; 86.1.2. inzibati qaydada tutma; 86.1.3. şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama; 86.1.4. nəqliyyat vasitəsinə baxış; 86.1.5. əşyaları və sənədləri götürmə; 86.1.6. nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma; 86.1.7. sərxoşluq vəziyyətini müayinə etmə; 86.1.8. nəqliyyat vasitəsini saxlama və onun istismarını qadağan etmə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar