Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-757/2022 05.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs idarə etdiyi **-KX-*** dövlət qeydiyyat nişanlı “X5” markalı avtomobildə şəxsi istifadəsində olan yivsiz ov silahını və onun sursatını qanunauyğun olmayan formada saxlayaraq daşımışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 fevral 2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X3 tərtib etdiyi protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 20 yanvar 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu saxlayaraq avtomobilində olan AKC-03 markalı HP 5688 nömrəli yivsiz ov silahı ilə birlikdə idarəyə gətirdilər. İşi ilə əlaqədar müvafiq icazə əsasında işğaldan azad olunmuş ərazilərdə olarkən təhlükəsizliyi üçün götürmüşdür. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ov silahının müsadirə edilməməsini və yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan maddi sübutun götürülməsi haqqında 20 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 19.12.2019-cu il tarixli 2364 nömrəli şəhadətnaməyə əsasən özünə məxsus olan 01 ədəd 366 kalibrli, “AKC-03” markalı НП-5668 nömrəli yivsiz ov silahını, həmin silaha aid üzərində 366TKM yazısı olan 38 ədəd patronları və 2 ədəd sandıqcanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X2 təhvil vermişdir. İş materiallarında olan 19.12.2019-cu il tarixli 2364 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şəxs 366 kalibrli, “AKC-03” markalı НП-5668 nömrəli yivsiz ov silahını saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. İş materiallarında olan fotoşəkildən gğrünür ki, Şəxs işğaldan azad olunmuş ərazilərdə ov silahını üzərində saxlayaraq daşımışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi səmimi peşmançılığı müəyyən edilmiş, ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – ov silahı və onun sursatı müsadirə edilmədən cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 ədəd 366 kalibrli, “AKC-03” markalı НП-5668 nömrəli yivsiz ov silahını, həmin silaha aid üzərində 366TKM yazısı olan 38 ədəd patronları və 2 ədəd sandıqca müsadirə edilməməklə 70 (yetmiş) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd 366 kalibrli, “AKC-03” markalı НП-5668 nömrəli yivsiz ov silahını, həmin silaha aid üzərində 366TKM yazısı olan 38 ədəd patronları və 2 ədəd sandıqca Şəxs qaytarılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-757/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-757/2022
05.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver