Məhkəmə qərarları › İş №3(011)-7619/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7619/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7619/2025 05.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Kamran Quluzadənin, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Ermənistan Respublikasının Zəngibasar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2-ci vağzal, küçə 14 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Kamran Quluzadə tərəfindən 05 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Kamran Quluzadə protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Araz” marketdə Şəxs ilə X7 arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs X6 qarşı qeyri-etik ifadələr işlətmiş və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu barədə protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, marketdə növbədə gözləyirdi. Kassada problem yarandığı üçün digər kassa açılmışdır. Növbədə bir xanım var idi. Onu gözləyib əlindəki məhsulları kassaya verəcəkdi. Bu zaman X7 əlindəki məhsulları əsəblə vuraraq kassirə vurmasını demişdir. İrad bildirdikdə kobud şəkildə ifadələr işlətməyə başlamış və onu vurmuşdur. Göstərilənlərə əsasən məhkəmədən ədalətli qərar çıxarmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, marketdə növbədə gözləyirdi. Kassada problem yarandığı üçün digər kassa açılmışdır. Məhsulları az olduğu üçün və yanında uşağı ilə olduğu üçün kassirdən əlindəki məhsulları tez vurmasını istəmişdir. Bu zaman Şəxs nalayiq ifadələr işlətməyə başlamış və onu azyaşlı uşağının yanında təhqir etmişdir. Hətda oradakı digər şəxslər də həmin xanıma belə ifadələrin işlədilməsinin qeyri əxlaqi olmasını irad tutmuşlar. Aralarında mübahisə yaranmışdır. O da əsəbi halda xanımı itələmişdir, buna görə barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin № 819, xx.xx.2025-ci il tarixli eskpert rəyindən görünür ki, vətəndaş Şəxs alt çənənin sol yarısının sıyrığı müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Vətəndaş Şəxs müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandının deyil. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Araz” marketdə Şəxs ilə X7 mübahisə edir. Ağayev Telman oradan uzaqlaşmaq istədikdə Şəxs arxadan ona nəsə deyir və T.Ağayev geri qayıdır. Mübahisə davam edir. Mübahisə zamanı Şəxs X6 qarşı əsəbi halda ifadələr işlədir, daha sonra X1 Ruhiyyə Telman qızını şillə ilə vurur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar