Məhkəmə qərarları › İş №3(011)-7620/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7620/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7620/2025 05.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı Kamran Quluzadənin, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair 05 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs vətəndaşın ərizəsi, CPA raportu, təhqiqat qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 16:00 radələrində ünvan 2 ünvanında yerləşən "Araz” marketə alış-veriş etmək üçün azyaşlı övladı ilə getdiyini, həmin vaxt marketin kassasında dayanan zaman, digər kassanın qarşsısında dayan müştəri qadının, onun qarşısına keçdiyi üçün ona növbədən kənar keçməməyi irad bildirmiş, bu zaman həmin qadının onu nalayiq söyüşlərlə onunla kobud şəkildə danışmağa başladığını və onu təhqir etdiyini bildirmişdir. Bu zaman aralarında yaranan mübahisə zəminində əsəbləşərək əli ilə bir dəfə həmin qadının sinə nahiyyəsindən tutaraq itələdiyini bildirmişdir ki, söyüş-təhqiri dayandırsın. Bundan sonra bir daha həmin qadına əl qaldırmadığını və onu döymədiyini bildirmişdir. Həmin qadınla aralarında münaqişənin 2-3 dəqiqəyə davam etdiyini, həmin vaxt marketdə bir neçə müştərinin olduğunu bildirmişdir. Odur ki, yaranmış mübahisədən peşman olduğunu bildirərək barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 16:00 radələrində ünvan 3 ünvanında yerləşən "Araz” marketə alış-veriş etmək üçün getmiş, həmin vaxt çörək alaraq marketin kassasında dayanan zaman, digər kassanın qarşısında dayan müştərinin onun qarşısına keçdiyi üçün, ona növbədən kənar keçməməyini demiş, bu zaman Şəxs onunla kobud şəkildə danışmağa başladığı üçün aralarında söz mübahisəsi yaranmışdır. Aralarında yaranan mübahisə zəminində Şəxs əli ilə bir dəfə şillə ilə onun sifət nahiyəsindən vurmuşdur. Bundan sonra polis əməkdaşları oraya gələrək onları 34-cü PŞ-nə dəvət etmişlər. Şəxs ilə barışmadığını qeyd edərək onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X3 döyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Xətai RPİ-nin 34-cü PŞ-nin aidiyyatı əməkdaşına verilmiş, Şəxs da ərizəsində X4 ilə aralarında baş verən münaqişə zamanı sonuncunun onu nalayiq ifadələrlə söyüb təhqir etdiyini, X4 barəsində də Azərbaycan Respublikası İXM- nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Xətai RPİ- nin 34-cü PŞ-nin aidiyyatı əməkdaşına verilmişdir. Həmin qərarda müəyəyn edilmişdir ki, MTE və PA ETT Birliyinin Xətai rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 819 saylı rəyindən görünür ki, X2 alt çənənin sol yarısının sıyrığı xəsarətləri bərk küt əşyanın təsirindən törənmiş, müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlmiş və və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan, dərəcələri təyin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. 32.1.6-cı maddəsinə görə inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallardan hesab edilir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxış keçirilmiş, videogörüntünün səssiz rejimdə olması hadisə zamanı tərəflər arasında gedən danışıqların məzmununun müəyyən edilməsini qeyri-mümkün etmiş, lakin həmin görüntülərdən müəyyən edilmişdir ki, tərəflər arasında ictimai yerdə baş vermiş münaqişə zamanı ilk olaraq zərərçəkmiş şəxs Şəxs ona uzanan əlinə vurmaqla fiziki təmasa keçmişdir. Daha sonra Şəxs yaranan münaqişənin dərinləşməsi nəticəsində X3 vurmuş, bununla da onu döyməklə sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, video görüntü, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatı ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatını və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Ağayev X5 Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Ağayev X5 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar