Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7628/2025 06.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Şaməmmədli Rövzə Mehdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34cü Polis Bölməsinin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib olunmuş Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 06 sentyabr 2025-ci il tarixli protokollara əsasən inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda müəyyən edilmişdir ki, Şəxs ictimai asayişi kobud surətdə pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, bildirmişdir ki, o ictimai asayişi pozmamış, polisə müqavimət göstərməmişdir. Ailə münaqişəsi zəmnində ana və atası arasında mübahiə baş vermiş, anası polisin 102 xidmətinə zəng etmiş və polis əməkdaşları gəlmişdir. Həmin vaxt atası polis bölməsinə getməyə etiraz etmişdir, lakin o və qardaşı Rəhman polisə müqavimət göstərməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai asayişi pozmuş, 06 sentyabr 2025-ci il tarixdə gecə saatlarında atası və qardaşı ilə birlikdə səsküy salmış, həmin ünvandan 102 Zəng Mərkəzinə daxil olmuş şikayəti araşdırmaq istəyən polis əməkdaşlarına müqavimət göstərmişdir. İş materiallarında olan Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş raportda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:55-də DİN-nin 102 Zəng Mərkəzinə daxil olmuş məlumat əsasında əməliyyat qrupu ilə birlikdə ünvan 3 ünvanına yaxınlaşmış, orada xx.xx.1971-ci il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü, X1, xx.xx.2007-ci il təvəllüdlü X3 polisin şərəf və ləyaqətini alçaldacaq ifadələr işlətməklə üzərlərinə bıçaq, çəkic, burğac, dəmir alətlərlə hücum çəkmiş, onları nizam-intizamlı olmağa dəvət edən zaman Vamiq Şamxalov yüksk səslə ucadan qışqıraraq başını qapıya vuraraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra inzibati ərazidə xidmət aparan Əlahiddə ÇPA-nın 3-cü bölüyünün polis nəfərləri köməyə gəlmiş, bu zaman həmin şəxslər, ÇPA-nın əməkdaşlarına da xəsarət yetirmiş və xidməti avtomobilə zərər vuraraq kobud şəkildə polisin qanuni tələblərinə tabesizlik göstərmişlər. İş materiallarında olan 06 sentyabr 2025-ci il tarixli protokollardan görünür ki ictimai asayişi kobud surətdə pozması, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması səbəbindən , Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 sentyabr 2025-ciil tarixdə, saat 01:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin atası X5 barəsində DİN-nin 102 zəng xidmətinə şikayət daxil olmuş, həmin şəxs şikayət üzrə ünvana yaxınlaşan polis əməkdaşlarına müqavimət göstərmiş və ictimai asayişi pozmuşdur. Şəxs əməlində isə İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olması sübuta yetirilməmişdir, odur ki, onun barəsində inzibati xəta hqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: X8
Məhkəmə qərarları › İş №3(011)-7628/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7628/2025
06.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver