Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-7682/2025 13.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin inspektoru daxili xidmət mayoru X2, hüquqi şəxs Şəxs qanuni təmsilçisi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2025-ci il tarixində Xətai rayonu, S.Ə.ünvan 1 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasında aparılan yanğın texniki müayinə zamanı YTQ-nin № 01-2001 bənd 10.4, 8.4, №03-2002 bənd 3.4 tələblərinin pozulması faktı aşkar edilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs qanuni təmsilçisi X3 izahatında bildirmişdir ki, bina 20 ilə yaxındır ki, onlara təhvil verilməyib, Hidayət MTK hələ də təhvil vermir. 2023cü ilin qərarıda var cərimələr "xxxx" MTK barəsində olur, lakin bu dəfə qərəzli şəkildə "xxxx" MMMC-nin barəsində protokol tərtib edilmişdir. Hal hazırda inzibati məhkəmədə işə baxılır, MTK idarə etməni öz əlinə alıb onları yaxın buraxmır, hamıya bir-bir zəng edir, kommunalları özü yığır, onlarda çəkiliblər qırağa, çünki idarəetmə üçün pul lazımdır. Beləliklə o, yanğın texniki müayinə aparılan ərazinin Şəxs tərəfindən idarə olunmadığını bildirərək barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin inspektoru daxili xidmət mayoru X4 izahatında göstərmişdir ki, 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Şəxs-da xx.xx.2025-ci il tarixdə plan-qrafikə əsasən yoxlama aparılmış və yoxlamanın nəticələrinə əsasən yanğın-texniki müayinə aktı tərtib olunmuşdur. Müayinə zamanı hüquqi şəxs tərəfindən YTQ-nin № 01-2001 bənd 10.4, 8.4, №03-2002 bənd 3.4 bəndlərinin pozulması faktı aşkar edildiyindən, hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. MTK barəsində də dəfələrlə protokollar tərtib edilib, lakin buna baxmayaraq vətəndaşlar yenə də şikayətçi olurlar, vətəndaşlar MMMC-ni yaradıb və idarə etməni həyata keçirirlər, buna görə də barələrində protokol tərtib edilib. 2023-cü il qərarında isə, protokolu tərtib edən o, olmadığından hansı əsasla protokol tərtib edildiyini bilmir, qüsurlar aradan qaldırıla bilən qüsurlardır, aradan qaldırılmasını xahiş edir. Həmçinin, yanğın texniki müayinə aparılan ərazinin Şəxs tərəfindən idarə edilməsini təsdiqləyən sənədin təqdim edilməsi mümkün deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin inspektoru daxili xidmət mayoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasında aparılan yanğın texniki müayinə zamanı YTQ-nin № 01-2001 bənd 10.4, 8.4, №03-2002 bənd 3.4 bəndlərinin tələblərinin pozulması faktı aşkar edilmişdir; xx.xx.2025-ci il tarixli yanğın-texniki müayinə aktından görünür ki, Şəxs tərəfindən idarə olunan məxsus, ünvan 2 ünvanında yerləşən təsərrüfat obyektində aparılmış yoxlama zamanı aşağıda qeyd olunan pozuntulara yol verilməsi aşkar edilmişdir: 1) Bina ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmamışdır; 2) Binada quraşdırılan daxili yanğın su kranı istifadə üçün yararsız haldadır; 3) Binanın zirzəmisində yerləşən avtomobil dayanacağı avtomatik yanğınsöndürmə sistemləri ilə təchiz olunmamışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-909/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, "xxxx" MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən hündür mərtəbəli yaşayış binasında keçirilən yanğın texniki müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması faktı aşkar edildiyindən barəsində AR İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və "xxxx" MTK AR İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin çıxışlarını dinləyib hesab edir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduqlarından, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin inspektoru daxili xidmət mayoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda xx.xx.2025-ci il tarixində Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasında aparılan yanğın texniki müayinə zamanı Şəxs tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması qeyd edilsə də, məhkəmə iclasında yanğın texniki müayinə aparılan ərazinin Şəxs tərəfindən idarə edilməsini təsdiqləyən sənədin səlahiyyətli orqan tərəfindən təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa, məhkəmə iclasında hüquqi şəxs Şəxs qanuni təmsilçisi X3 izahatında bildirmişdir ki, bina 20 ilə yaxındır ki, onlara təhvil verilməyib, Hidayət MTK hələ də təhvil vermir. 2023-cü ilin qərarıda var cərimələr "xxxx" MTK barəsində olur, lakin bu dəfə qərəzli şəkildə "xxxx" MMMC-nin barəsində protokol tərtib edilmişdir. Hal-hazırda inzibati məhkəmədə işə baxılır, MTK idarə etməni öz əlinə alıb onları yaxın buraxmır, hamıya bir-bir zəng edir, kommunalları özü yığır, onlarda çəkiliblər qırağa, çünki idarəetmə üçün pul lazımdır. Həmçinin, məhkəmə iclasında hüquqi şəxs Şəxs qanuni təmsilçisi X3 tərəfindən təqdim edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-909/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından məlum olduğu kimi əvvəllər ünvan 3 ünvanında yerləşən hündür mərtəbəli yaşayış binasında keçirilən yanğın texniki müayinə zamanı həmin binanın məxsus olduğu "xxxx" MTK tərəfindən yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması faktı aşkar edildiyindən barəsində AR İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və "xxxx" MTK AR İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Lakin hazırda məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda ünvan 3 ünvanında yerləşən hündür mərtəbəli yaşayış binasının Şəxs tərəfindən idarə edilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmələri göstərilmiş, lakin həmin binanın Şəxsnə məxsus olmasını və ya onlar tərəfindən idarə edilməsini təsdiqləyən sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən hüquqi şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-7682/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-7682/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver