Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-770/2021 15.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli 00100-0002/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Türkiyə Respublikasından “Yaşıl Dəhliz” buraxılış sistemindən istifadəyə səlahiyyət verilmiş idxalatçı Şəxs MMC-nin adına 28K1241/28K1079 nömrəli yük nəqliyyat vasitəsi ilə idxal edilmiş və **********9208 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1700 qutu “Komili” nişanlı qarğıdalı yağı yüklərinə xx.xx.2020-ci il tarixində Şəxs MMC-və məxsus anbarda baxış keçirilərkən nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan edilməyən 65 qutu, hər qutuda 4 ədəd olmada 260 ədəd 5 litrlik qablaşdırmada olan “xxxx” markalı günəbaxan yağları aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X2 Şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli 00100-0002/21 nömrəli protokoldan görünür ki, Türkiyə Respublikasından “Yaşıl Dəhliz” buraxılış sistemindən istifadəyə səlahiyyət verilmiş idxalatçı Şəxs MMC-nin adına 28K1241/28K1079 nömrəli yük nəqliyyat vasitəsi ilə idxal edilmiş və **********9208 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1700 qutu “Komili” nişanlı qarğıdalı yağı yüklərinə xx.xx.2020-ci il tarixində Şəxs MMC-və məxsus anbarda baxış keçirilərkən nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan edilməyən 65 qutu, hər qutuda 4 ədəd olmada 260 ədəd 5 litrlik qablaşdırmada olan “xxxx” markalı günəbaxan yağları aşkar edilmişdir. Araşdırma zamanı qevd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan, Azərbaycan Respublikasının vətəndaşı X4 izahatı alınmış, o, izahatında sonuncu dəfə Türkiyə Respublikasının “X10 ve Tic. A.Ş.” şirkətindən 28K1241/28K1079 nömrəli və 28K1717/28K0708 nömrəli nəqliyyat vasitələri ilə yüklər idxal edildiyini, belə ki, həmin nəqliyyat vasitələrinin göndərən şirkətin anbarında eyni gündə yükləndiyini, lakin, MMC-nin anbarına bir gün fərqlə daxil olduğunu, 28K1717/28K0708 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yüklərin **********6340 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirildiyini və mallara baxış keçirilərkən həmin nəqliyyat vasitəsində bəyan ediləndən 65 qutu az “xxxx” markalı günəbaxan yağlarının MMC-və göndərildiyini müəyyən etdiklərini, sonradan isə 28K1241/28K1079 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş və **********9208 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə baxış zamanı gömrük əməkdaşlarının da iştirak etdiyini və nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən 65 qutu, hər qutuda 4 ədəd olmaqla 260 ədəd 5 litrlik qablaşdırmada olan “xxxx” markalı günəbaxan yaqlarını aşkar etdiklərini, 2-ci nəqliyyat vasitəsində aşkar edilmiş, gömrük orqanına bəyan edilməyən malların 1-ci nəqliyyat vasitəsində bəyan edilmiş, lakin, nəqliyyat vasitəsində olmayan mallar olduğunu, sözügedən malların MMC-nin anbarında video müşahidə altında boşaldıldığını və 28K1717/28K0708 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş və **********6340 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş ümumilikdə 1300 qutu “xxxx” markalı yağların boşaldılması zamanı nəqliyyat vasitəsindən 1235 qutu yağların boşaldıldığı, yəni 65 qutu az göndərildiyinin video görüntülərdə aşkar göründüyünü və həmin az olan yağların isə 28K1241/28K1079 nömrəli yük nəqliyyat vasitəsində MMC-nin ünvanına göndərildiyini bildirmiş və göndərən şirkətin təsdiqedici məktubunu və 28K1717/28K0708 nömrəli nəqliyyat vasitəsinin boşaldılması zamanı qeydə alınmış video görüntüləri təhqiqata təqdim etmişdir. Beləliklə, araşdırma zamanı Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan, Azərbaycan Respublikasının vətəndaşı X4 təhqiqata təqdim etdiyi üzərində “Zyklen DVD-R 4.7GB” sözləri yazılmış və 1,2,3,4 sıra nömrələri ilə nömrələnmiş 4 ədəd diskdə olan video görüntülərə baxış keçirilmiş və baxış zamanı Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 28K1717/28K0708 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş və **********6340 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş ümumilikdə 1300 qutu “xxxx” markalı yağların boşaldılması zamanı nəqliyyat vasitəsinin yük verindən 1235 qutu, hər qutuda 4 ədəd olmaqla 5 litrlik qablaşdırmada “xxxx” markalı günəbaxan və qarğıdalı yağları yüklərinin boşaldıldığı, yəni video görüntülərə əsasən nəqliyyat vasitəsindən bəyan ediləndən 65 qutu az “xxxx” markalı yağların boşaldıldığı müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs MMC-nin adına 28K1241/28K1079 nömrəli yük nəqliyyat vasitəsi ilə idxal edilmiş və **********9208 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1700 qutu “Komili” nişanlı qarğıdalı yağı yüklərinə baxış keçirilərkən nəqliyyat vasitəsinin yük yerindən aşkar edilmiş gömrük orqanına bəyan edilməyən 65 qutu, hər qutuda 4 ədəd olmaqla 260 ədəd 5 litrlik qablaşdırmada olan “xxxx” markalı günəbaxan yağlarının Şəxs MMC tərəfindən **********6340 sorğu nömrəli xx.xx.2020ci il tarixli gömrük bəyannaməsində gömrük orqanına bəyan edildiyi və gömrük ödənişlərinin ödənildiyi nəzərə alınaraq Şəxs MMC tərəfindən əlavə gömrük ödənişlərinin yaranıbyaranmadığı barədə Əməliyyat və X6 şöbəsinə məlumat verilməsi üçün 34/013/032539 nömrəli xx.xx.2020-ci il tarixli raportla Gömrük Əməliyyatları idarəsinə müraciət olunmuş, həmin müraciətə cavab olaraq X1 şöbəsindən daxil olmuş 34/025/036782 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən qeyd olunan halda Şəxs MMC tərəfindən əlavə gömrük ödənişlərinin yaranmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsi inzibati xəta tərkibi yaradır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/017/031384 saylı 05.11,2020-ci il tarixli raport, **********9208 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi, **********6340 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi, xx.xx.2020-ci il tarixli video görüntülərə baxış keçirilməsi haqqında protokol, 34/025/036782 nömrəli xx.xx.2020-ci il tarixli raport və Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X4 izahatı ilə təsdiq edilir. İş materiallarına əlavə edilmiş **********9208 sorğu nömrəli xx.xx.2020ci il tarixli gömrük bəyannaməsindən görünür ki, bəyan olunmayan və nəqliyyat vasitəsinə aid mal müşayiət sənədlərində qeyd olunmayan 5 litrlik qablaşmada 65 qutu, hər qutuda 4 ədəd olmaqla cəmi 260 ədə “xxxx” nişanlı, brutto çəkisi 1306.5 kq, netto çəkisi 1300 kq olan günəbaxan yağı aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, 4 ədəd diskdə olan video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, **********6340 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş ümumilikdə 1300 qutu “xxxx” markalı yağların boşaldılması zamanı nəqliyyat vasitəsinin yük yerindən 1235 qutu, hər qutuda 4 ədəd olmaqla 5 litrlik qablaşdırmada “xxxx” markalı günəbaxan və qarğıdalı yağları yüklərinin boşaldıldığı, yəni video görüntülərə əsasən nəqliyyat vasitələsindən bəyan ediləndən 65 qutu az “xxxx” markalı yağların boşaldıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 482.3-cü maddəsinə əsasən, Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Türkiyə Respublikasından “Yaşıl Dəhliz” buraxılış sistemindən istifadəyə səlahiyyət verilmiş idxalatçı Şəxs MMC-nin adına 28K1241/28K1079 nömrəli yük nəqliyyat vasitəsi ilə idxal edilmiş və **********9208 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1700 qutu “Komili” nişanlı qarğıdalı yağı yüklərinə xx.xx.2020-ci il tarixində Şəxs MMC-və məxsus anbarda baxış keçirilərkən nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan edilməyən 65 qutu, hər qutuda 4 ədəd olmada 260 ədəd 5 litrlik qablaşdırmada olan “xxxx” markalı günəbaxan yağları aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-770/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-770/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver