Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7729/2025 06.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, X2 Xətai rayon DYPŞ-nin TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR İXM-nin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7482989 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi və barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarxili İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai rayon DYPŞ polis leytenantı X3 xx.xx.2025-ci il tarixdə şikayətçi barəsində İXM-nin 327.2-ci və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərar tərtib etmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında tənbeh tətbiq etmə haqqında qərarı qanunsuz hesab edir. Qərar ləğv edilməli, inzibati işin icraatına xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs olan Xətai rayon DYPŞ polis leytenantı X1 şikayətçini İXM-nin 327.2 və 327.6-cı maddələri ilə məsuiyyətə cəlb edərək tənbeh etmişdir. Həmin maddədən görünür ki, maddənin tərkibində bir neçə inzibati xəta nəzərdə tutulmuşdur. Lakin şikayətçi barəsində tərtib olunmuş protokol və qərarda inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd olunan hansı inzibati xətanın törədilməsi məlum deyildir. Bundan başqa vəzifəli şəxs məni həm də inzbati Xətalar məcəlləsinin 327.6-cı maddəsi ilə məsuliyyətə cəlb edərək inzibati tədbir görmüşdür. protokolda və qərarda qeyd olunan tarixdə, yəni xx.xx.2025-ci il tarixdə mən idarə etdiyi avtomobillə hər hansı bir yol nəqliyyat hadisəsi törətməmişdir. Hadisə olmadığı halda hadisə yerindən yayınma da ola bilməz. Buradan görünür ki, baş verməmiş inzibati xəta ilə şikayətçi məsuliyyətə cəlb olunmuşdur. Şikayətdə qeyd etdiklərini araşdırmaq məqsədi ilə məhkəmədən xahiş edir ki, barəsində tərtib edilmiş protokol və qərarda qeyd olunan inzibati xətanın qeydə alınmasına dair video görüntülər protokolu və qərarı tərtib edən vəzifəli şəxs tərəfindən məhkəməyə təqdim edilməsi tələb edilsin. Bir daha məhkəməyə bildirir ki, şikayətçi İXM-nin 327.2-ci və 327.6cı maddələrində qeyd olunan heç bir inzibati xəta törətməmişdir. Buna görə də barəsində tərtib olunmuş inzibati tənbeh tədbirinə dair qərar məhkəmə qaydasında ləğv edilməli, inzibati xəta haqqında icraata isə xitam evrilməlidir. Məhkəmə araşdırması zamanı X4 şikayətin təmin edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. O, bildirmişdir ki, hadisə yerindən yayınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, tərəfin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai rayon DYPŞ-nin TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Tunç Şaban xx.xx.2025-ci il tarixdə saat 00:55-də Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi ilə S.Orucov küçəsi kəsişməsində “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarının pozulması və yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması əsas gətirilərək barəsində Xətai rayon DYPŞ tərəfindən TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xətai rayon DYPŞ-nin TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Tunç Şaban xx.xx.2025-ci il tarixdə saat 00:55-də Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi ilə S.Orucov küçəsi kəsişməsində “BYD Destroyer 05 Plug-İn Hibrid” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarının pozulması və yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması əsas gətirilərək barəsində Xətai rayon DYPŞ tərəfindən TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında inzibati xətanın törədilməsini istinad edilən tarixə aid video görüntü təhlil edilmiş və müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən hallar öz təsdiqini tapmır. Belə ki, videogörüntüdən müəyyən edilmişdir ki, şikayətçi yol ayrıcını keçmə qaydalarını pozsa da bunun nəticəsində baş vermiş nəqliyyat hadisəsi yerindən yayınmamışdır. Polis tərəfindən nəqliyyat hadisəsi nəticəsində şikayətçinin avtomobilinə ziyanın dəyib-dəyməməsi müəyyən edilmədən, işin hərtərəfli bütün halları araşdırılmadan qərar qəbul edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Tunç Şaban barəsində Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Beləliklə, məhkəmə belə hesab edir ki, Tunç Şabanın şikayəti qismən təmin edilməli, Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Tunç Şabanın şikayəti qismən təmin edilsin. Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və şəxsin iştirakının təmin edilərək müvafiq araşdırma aparılması üçün iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-7729/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7729/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver