Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-778/2023 17.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qusar rayonu, Yasab ərazi dairəsi, Yasab kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X5 tərəfindən Şəxs barəsində 17 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X5 tərəfindən tərtib olunmuş 17 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 16 fevral 2023-cü il tarixdə Q.Nəbi küçəsində yerləşən “Urfa” restoranında 50 manat dəyərində pul kisəsini oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, heç bir yerdə işləmir, maddi imkanı aşağıdır və Bakı şəhərində daimi yaşayış yeri yoxdur. 16 fevral 2023-cü il tarixdə “Urfa” restoranında yerləşən geyinmə otağına keçdikdə ortalıqda əl çantası olduğunu görmüş və içərisində pul olar deyə düşünərək içərisindən pul kisəsini götürmüşdür. Lakin restorandan çıxdıqdan sonra pul kisəsinə baxdıqda orada yalnız qaz və bank kartı olduğunu görərək onu əsəbləşib kənara atmışdır. Daha sonra barəsində şikayət olduğundan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilmişdir. Beləliklə o, hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində xadimə işlədiyi Q.Nəbi küçəsində yerləşən Urfa restoranında işçilər üçün nəzərdə tutulmuş soyunub geyinmə otağında ortalıqda qoyduğu əl çantasının içərisinə baxdıqda, içərisində bank kartı və kirayə yaşadığı ünvanın qaz kartı olan pul kisəsinin oğurlanmasını aşkar etmişdir. Həmin pul kisəsini təxminən bir ay əvvəl 50 manata almışdır. Hal-hazırda ona dəymiş maddi zərər ödənilmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, o, Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X5 izahat verərək göstərmişdir ki, Şəxs 16 fevral 2023-cü il tarixdə Q.Nəbi küçəsində yerləşən “Urfa” restoranında 50 manat dəyərində pul kisəsini talamışdır. Faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 17 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur və onun İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti aidiyyatı əməkdaşa həvalə edilmişdir; inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardaddan görünür ki, Xətai rayonunda baş vermiş fakt ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan qaydada inzibati icraat başlanılmış və inzibati araşdırm aparılmışdır; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru, polis mayoru X5 tərəfindən tərtib olunmuş 17 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 fevral 2023-cü il tarixdə Q.Nəbi küçəsində yerləşən “Urfa” restoranında 50 manat dəyərində pul kisəsini oğurladığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; 16 fevral 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixdə, saat 21:45-də inzibati qaydada tutulmuşdur; Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 17 fevral 2023-cü il tarixli ərizədən müəyyən edilir ki, o, zərərçəkmiş şəxs X6 ilə barışmış, ona dəymiş ziyanı ödəmiş, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir; X6 tərəfindən məhkəməyə təqdim edilmiş 17 fevral 2023-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-778/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-778/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver