Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-78/2023 25.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun, zərər çəkmiş şəxs X2 və onun nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun Vəkili X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1953-cü ildə Zərdab rayonunda doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx"MMC-nin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Ədülkərim oğlunun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN1476830 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Ədülkərim oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4232/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin tələbini yerinə yetirməmiş və bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs Ədülkərim oğluna yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Ədülkərim oğlu Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasına qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Kərimov X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 məhkəməyə vermiş olduğu izahatında göstərmişdir ki, Şəxs Ədülkərim oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4232/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədini icra etməmişdir. Şəxs Ədülkərim oğlu barəsində qəbul edilmiş protokolun təmin edilməsi və onun barəsində müvafiq tənbeh tədbirinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun Vəkili X13 məhkəməyə vermiş olduğu izahatında bildirmişdir ki, 2(011)-4232/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən ünvan 2 ünvanda yerləşən yaşayış binasının 5(2)-korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində olan 500 kv.m qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuş və həmin sahəyə dair hər-hansı bir hərəkətin edilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Bundan sonra 2(011)-4232/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən ünvan 3 ünvanda "xxxx" MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2)-ci korpusunun 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq X4 təhvil verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-4232/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə xx.xx.2013-cü il tarixdə, 2(011)-4232/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir və borclu "xxxx" MMC-yə birinci icra sənədi üzrə dərhal, sonrakı icra sənədi üzrə könüllü icra təklif edilmişdir. Nümayəndə icra haqqında qanunvericiliyə əsaslanaraq bildirdi ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bununla belə "xxxx" MMC-nin direktoru Şəxs Ədülkərim oğlu icra məmurunun tələblərini yerinə yetirməmiş, qərəzli surətdə icradan yayınmışdır. "xxxx" MMC-nin direktoru Şəxs Ədülkərim oğlu icra sənədlərini icra etmək əvəzinə icranı qeyr-mümkün etmək üçün icra sənədi üzrə tələbkar X4 verməli olduğu sahəsi 500 kv.m təşkil edən qeyri-yaşayış sahəsini vəzifəsindən sui istifadə edərək müqavilə ilə ayrı-ayrı günahsız vətəndaşlara satmış və onların vəsaitlərini mənimsəmişdir. Şəxs xx.xx.2022-ci il tarixdə Xətai rayon İcra şöbəsində izahatı alınmış, o Azərbaycan Respublikası İXM-nin 528.1-ci və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edilmişdir və Şəxs izahata qol çəkmələ xəbərdarlığı qəbul etmişdir. "xxxx" MMC-nin direktoru Şəxs Ədülkərim oğlu izahatında icra sənədini tələb olunan vaxtı icra etməyə hazır olduğunu bildirsə də, sonradan icra məmuru onunla əlaqə saxlaya bilməmişdir. İcra məmuru "xxxx" MMC-nin direktoru Şəxs Ədülkərim oğlunun qərəzli hərəkətlərinin qarşısını almaq üçün müvafiq qaydada məcburi tədbirlərin görülməsinə davam edərək, "xxxx" MMC-nin direktoru Şəxs Ədülkərim oğlu icradan yayındığı üçün onun barəsində xx.xx.2022-ci il tarixində axtarış qərarı alınmış və axtarış elan edilmişdir. Fateh-N” MMCnin direktoru Şəxs Ədülkərim oğlu İcra şöbəsinə gəlməkdən yayındığı üçün icra məmuru onun barəsində xx.xx.2022-ci il tarixli, MN1476830 saylı inzibati xəta haqqında protokol tərtib etmiş və protokol sürətli poçt xidməti (Smart Express) ilə rəsmi qaydada göndərilmiş və Şəxs protokolu 21 dekabr 2022-ci il tarixində imza edərək qəbul etmişdir. Nümayəndə Azərbaycan Respublikası adından qəbul edilən icra sənədi "xxxx" MMC-nin direktoru Şəxs Ədülkərim oğlu tərəfindən qərəzli şəkildə icra olunmadığı üçün, o İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ədülkərim oğlu bildirmişdir ki, barəsində tərtib edilmiş protokol qanunsuz və əsassız olduğundan xitam edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ədülkərim oğlunun nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X7 izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində qəbul edilmiş protokol əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Tərtib edilmiş protokola Şəxs imza atmamış, imza atmaqdan imtina barədə icra məmuru müvafiq qeyd etməmiş, həmin qeydi imzası ilə təsdiq etməmişdir. Protokolun surəti Şəxs verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinin tələbinə əsasən tərtib edilmiş protokol 48 saat ərzində məhkəməyə gödnərilməli olduğu halda, bu tələb pozulmuş 20 dekabr 2022-ci il tarixdə tərtib edilmiş protokol məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Əlavə olaraq bildirmişdir ki, qeyd edilən protokol məhkəmənin hazırlıq iclasında baxılarkən, İXMnin 109-cu maddəsinin tələbləri pozularaq icraata götürlmüşdür. Habuki qeyd edilən pzountular ilə protokol icraata götürlməməli idi. Göstərilənlərə əsasən qəbul edilmiş protokol əsassız olduğundan xitam edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)-4232/2013 saylı icra sənədindən görünür ki, ünvan 4 ünvanda Fateh-N MMC tərəfindən inşa olunmuş yaşayış binasının 5(2)-ci korpusunun 2-ci girişnin 1-ci mərtəbəsində sahəsi 500m2 olan qeyri-yaşayış sahəsinin boşaldılaraq X4 təhvil verilməsi Fateh-N MMC-yə həvalə olunması qət edilmişdir; icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2013-cü il tarixli, 2(011)-4232/2013 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir. Şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o. xx.xx.2013-cü il tarixli, 2(011)- 4232/2013 saylı icra sənədindən məlumatı var, həmin icra sənədində qeyd edilən yerin Alməmməd Əliyevə məxsus olması barədə xəbəri var, icra sənədini tələb olunan vaxtı icra etməyə hazırdır. xx.xx.2022-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, "xxxx"MMC-nin direktoru Şəxs məcburi qaydada Bakı şəhəri Xətai rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərədindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A(yeni qaydalarla: AZ 1149, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X9 məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərədindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A(yeni qaydalarla: AZ 1149, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X1 məxsusdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o. xx.xx.2013-cü il tarixli, 2(011)- 4232/2013 saylı icra sənədindən məlumatı var, həmin icra sənədində qeyd edilən yerin Alməmməd Əliyevə məxsus olması barədə xəbəri var, icra sənədini tələb olunan vaxtı icra etməyə hazır olduğunu bildirmiş, lakin həmin qətnamənin icra edilməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs Ədülkərim oğlu məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)- 4232/2013 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs Ədülkərim oğlu məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Kərimov X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Ədülkərim oğlunun Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşını, səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Kərimov X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Ədülkərim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-78/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-78/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver