Məhkəmə qərarları › İş №3(011)-7886/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7886/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7886/2025 26.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyev Məhərrəm Hüseyn oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 25 ünvanında xx.xx.2025-ci il tarixdə sosial şəbəkədə mebel dəstinin “Türkiyə qiymətinə” qeyd edilməklə reklam edilən vaxt qiyməti, qiymət şərtləri və ödəniş şərtləri barədə bilərəkdən həqiqətə uyğun olmayan məlumat verilməsi faktı müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin böyük məsləhətçisi X1 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə 10 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, inzibati xətaya baxan məhkəmənin aidiyyət qaydası pozulmuşdur. Qeyd olunan pozuntu ilə bağlı hüquqi faktlar ondan ibarətdir ki, mübahisələndirilən protokol Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib olunmuşdur. Hüquqi şəxs "Doğtaş” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı haqqında 10 dekabr 2008-ci il tarixli ********** (VÖEN) nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, ev 1969-cu məhəllə qeyd edilmişdir. Mübahisələndirilən protokol isə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Belə olduğu halda hüquqi qiymətləndirmə baxımından hesab edir ki, inzibati xətaya dair işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi aidiyyət qaydalarının birmənalı şəkildə pozulmasıdır. Çünki Şəxs hüquqi şəxs olaraq Bakı şəhəri, Nərimanov rayonu üzrə dövlət qeydiyyatındadır. Bu səbəbdən, onun barəsində inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə aiddir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi yalnız həmin rayonda qeydiyyatda olan hüquqi şəxslərə və ya digər xüsusi hallara görə aidiyyətli ola bilər. Məhkəmə praktikasından yanaşma olaraq praktikada, əgər iş yanlış məhkəməyə göndərilibsə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci və 39-cu maddələrinə əsasən işin aidiyyətli olmadığını müəyyən edir və işi aidiyyətli məhkəməyə göndərir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinin tələbi baxımından Şəxs barəsində tərtib edilmiş 10 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokola dair inzibati xəta haqqında işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 03 sentyabr 2025-ci il tarixli bildirişindən görünür ki, Şəxsnə reklam qanunvericiliyinin pozulması ilə bağlı bildiriş göndərilmiş və protokolun tərtib edilməsində nümayəndəsinin iştirakının təmin edilməsi xahiş edilmişdir. Məhkəmə ilk növbədə hüquqi şəxsin nümayəndəsinin təqdim etdiyi ərizədə qeyd edilənlərə münasibətdə bildirir ki, hazırkı iş üzrə aidiyyət qaydaları pozulmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, davam edən və uzanan inzibati xətaların törədilmə yerinin müəyyən edilməsinin hüquqi əsasları ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyindən görünür ki, inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquqpozmaların bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında materiallara Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə, inzibati xəta haqqında material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, tədqiq edilmiş iş materiallarından görünür ki, mebel dəstinin qiyməti daha yüksək olduğu halda şirkət tərəfindən qiymətlə bağlı yalan məlumat verilmiş, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən bu Məcəllənin 428.1 – 428.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, hüquqi şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə təqsirli bilənərək barəsində 1.000 (bir min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar