Məhkəmə qərarları › İş №3(011)-789/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-789/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-789/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 493-cü maddəsi ilə Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş materiallara baxaraq MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 493-cü maddəsi ilə Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən inzibati xəta haqqıında protokollar məhkəmənin icraatında daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin qanuni təmsilçisi X2 məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən direktoru olduğu şirkət barəsində eyni vaxtda törədilmiş 2 inzibati xəta haqqında iş üzrə 2 protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Digər protokol da hal-hazırda hakim Bəxtiyar Məmmədovun icraatında olmaqla həmin protokola 3(011)-789/2021 saylı material açılmışdır. Məhkəmənin icraatında olan eyni inzibati xəta haqqında iş üzrə olan 3(011)- 789/2021 saylı və 3(011)-784/2021 saylı materialları bir icraatda birləşdirilməsini, buna görə də inzibati xəta törətmələrinə görə barələrində tərtib olunmuş 2 protokol üzrə 1 cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib olunmuş protokollar üzrə olan materiallar bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Məhkəmənin icraatında olan eyni inzibati xəta haqqında iş üzrə olan 3(011)-789/2021 saylı və 3(011)-784/2021 saylı materiallar bir icraatda birləşdirilməli və 3(011)-784/2021 saylı iş kimi baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsini rəhbər tutub Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nin 493-cü maddəsi ilə Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 3(011)-789/2021 saylı və 3(011)-784/2021 saylı materiallar bir icraatda birləşdirilsin. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar