Məhkəmə qərarları › İş №3(011)-79/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-79/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-79/2023 31.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin böyük məsləhətçisi X3 iştirakları ilə, X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəisi X13 tərəfindən qəbul edilmiş MN0020933 saylı, 12 dekabr 2022-ci il tarixli inzibati cərimənin şərti olaraq tədbiq edilməsi haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X21 şikayət ərizəsi ilə məhkəməyə müraciət edəərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəisi X13 tərəfindən qəbul edilmiş MN0020933 saylı, 12 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin əməkdaşları olmuş X14, X5, X4, X6, X15, X16, X9 və X17 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı Şəhər İdarəsinə 2022-ci ilin iyun ayında şikayət edərək ezamiyyət haqqlarının verilməməsini şikayətçi olmuşlar. Bildirmişdirik ki, 2020-ci ildə X14 və digərləri ilə "xxxx" ASC arasında imzalanan əmək müqavilələrinə qanunverciliyin tələblərinə uyğun olaraq müvafiq əmrlərdə qeyd edilən tarixlərdə xitam verilmişdir. (əmrlər qoşma ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi cənab Elnur Musayevə müşaiyət məktubu ilə təqdim edilib). Dəfələrlə DƏMX Bakı Şəhər İdarəsində olub izahatlar versələr də, şikayət üzrə iş materialları cinayət təqibindən kənar icraatlar idarəsinin icraatına qədər gedib çıxmışdır. Cinayət təqibindən kənar icraatlar idarəsinin icraatında (Şəbnəm xanım Məmmədovanın) X14, X5, X4, X6, X15, X16, X9 və X7 şikayəti əsasında "xxxx" ASC-nin vəzifəli şəxsi barəsində icraat aparılmış, lazımi sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilmişdir. Bundan sonra bizi cari ilin dekabr ayında DƏMX Bakı şəhər İdarəsinə dəvət edərək protokol tərtib edilmiş və İXM 539.1-1-ci maddəsi ilə həm vəzifəli həm də hüquqi şəxsin cərimə edəcəklərini bildirmişlər. Onlar isə öz növbəsində bunun qanuna uyğun olmadığını bildirsələr də, dediklərinə məhəl qoyan olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şikayət vermiş şəxs X21 məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclası şikayət vermiş şəxs X12 iştirakı olmadan keçirilməsi mümkündür. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin böyük məsləhətçisi X10 izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəisi X13 tərəfindən qəbul edilmiş MN0020933 saylı, 12 dekabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tam qanuni qəbul edilib. Belə ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə əsasən 01 ay möhlət verilməklə şərti tədbiq edilmişdir. Baş Prokurorluğun Cinayət Təqibindən kənar İcraatlar İdarəsindən daxil olmuş məktub əsasında X19 ödənilməli olan ezamiyyə xərclərini ödəməməsi səbəbindən barəsində qərar qəbul edilmişdir. Şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, X21 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 539.1-1 maddəsinə əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli, MN0020933 nömrəli inzibati cərimənin şərti olaraq tədbiq edilməsi haqqında qərardan görünür ki, X14, X5 və digərlərinin "xxxx" ASC-də işlədikləri xx.xx.2019-xx.xx.2019-cu il dövr ərzində ödənilməmiş ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı verilmiş icrası məcburi olan göstəriş X21 tərəfindən yerinə yetirilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2022-ci il tarixli, **********116100 saylı çıxarışından görünür ki, “Azenco" ASC(VÖEN:**********) əvvəlki qanuni təmsilçi X20, hazırki qanuni təmsilçi X1r. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 38.1-ci maddəsinin İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 53.1.1-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2 cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 20 dekabr 2021-ci il tarixli qanunun 8-ci bəndinə əsasən, 192.4-cü maddəyə “məzuniyyət haqlarının” sözlərindən sonra, “ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin”” sözləri əlavə edilmiş, “539.1-1. Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.”; 10.3-cü bəndinə əsasən aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir :“Qeyd: Bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, həmin əməllər bu Məcəllənin 192-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olmasın.”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həll üçün işçi, hüququnun pozulduğunu aşkar etidiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. “X2” haqqında 18 yanvar 2012-ci il tarixli qərarın 6-cı bəndinə əsasən işçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. İş materillarından və sadalanan qanunlarının normalarından müəyyən olunur ki, ezamiyyə xərclərinin ödənilməməsi 2019-cu il tarixində baş vermişdir. Ezamiyyə xərclərinin ödənilməməsi ilə bağlı inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 20 dekabr 2021-ci il tarixli qanunun 8-ci bəndinə əsasən, 192.4-cü maddəyə “məzuniyyət haqlarının” sözlərindən sonra, “ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin”” sözləri əlavə edilmiş, bundan əlavə, İXM-nin 539.1-1-ci maddəsinin qeydində göstərilmişdir ki, 539.1-1ci maddəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, həmin əməllər bu Məcəllənin 192-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olmasın.” X24 barəsində tərtib edilmiş 12 dekabr 2022-ci il tarixli, MN0020933 sayılı inzibati cərimənin şərti tədbiq edilməsi haqqında qərarda göstərişin icra edilməməsi göstərilsə də, şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə yox, 539.1-1-ci maddəsi ilə tərtib olunması əsaslandırılmamış, sadəcə olaraq göstərişin icra edilməməsi qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən ezam pulları ödənməmiş şəxslər dəfələrlə müxtəlif orqanlara şikayətlər etmiş, ezam pullarının ödənilməməsi barədə həmin orqanları xəbərdar etmişlər. Bundan əlavə iş materiallarına əlavə edilmiş şikayət ərizələrinin surətində X8 ünvanlanmış şikayətlərə verilmiş cavabların surətinin əlavə edilməsi qeyd olunmuş, lakin iş materiallarında həmin cavablara rast gəlinməmişdir. Həmçinin DƏMX və digər orqanlara ünvanlanmış şikayətlər əsasında pozuntu halının araşdırılması dövlət orqanının vəzifəsi olduğu halda, ezamiyyə xərclərinin ödənilməməsi ilə, ezamiyyə xərclərinin ödənilməsi barədə göstərişin verildiyi tarix arasında uzun müddət olmuşdur. Ezamiyyə xərclərinin ödənilməməsi 2019-cu il tarixində inzibati xəta olmaması, ezamiyyə pullarının ödənilməməsi ilə bağlı edilmiş şikayətlər əsasında dövlət orqanlarının məlumatlı olması, ezamiyyə pullarının ödənilməməsi ilə bağlı sonradan qanunla inzibati xəta hesab olunsa belə onun uzanan inzibati xəta hesab olunmasını istisna edir. Belə ki, qanunvericiliyə əsasən ünvanlanmış hər bir şikayət üzrə vaxtında araşdırma aparmaq dövlət orqanları üçün vəzifə olaraq müəyyən edilmişdir. Göründüyü kimi, qərarı qəbul etmiş qurum tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmadan şikayət vermiş şəxsin törətdiyi xətanın mahiyyəti və bu xətaya dair təqsirliliyinin mövcudluğu aşkar edilmədən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, ödənilməli olan ezamiyyə xərclərinin 2019-cu il tarixində yaranması, qeyd edilən tarixdə X12 "xxxx" ASC-də vəzifəli şəxs olmadığını, inzibati tənbeh tədbiq etmə haqqında qərarda göstərilən inzibati xətanın X19 münasibətdə uzanan inzibati xəta hesab edilməməsini, qəbul edilən 12 dekabr 2022-ci il tarixli, MN0020933 sayılı inzibati cərimənin şərti tədbiq edilməsi haqqında qərarda göstərişin icra edilməməsi göstərilsə də, şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə yox, 539.1-1-ci maddəsi(qeydinə əsasən) ilə tərtib olunması əsaslandırılmamış, sadəcə olaraq göstərişin icra edilməməsi qeyd olunmuşdur. Yuxarıda sadalanan qanunların normalarından müyyən olunur ki, hadisənin baş verdiyi 2019-cu il tarixində ezamiyyə xərclərinin ödənilməməsi ümumiyyətlə inzibati xəta hesab olunmurdu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X12 şikayəti təmin edilməli, 12 dekabr 2022-ci il tarixli, MN0020933 sayılı inzibati cərimənin şərti tədbiq edilməsi haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X12 şikayəti təmin edilsin. X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 12 dekabr 2022-ci il tarixli, MN0020933 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar