Məhkəmə qərarları › İş №3(011)-7914/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7914/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7914/2025 30.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, şikayətçi "xxxx" MMC-nin direktoru X7 etibarnamə üzrə nümayəndəsi – “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, "xxxx" MMC-nin direktoru X7 nümayəndəsi Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 20 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin direktoru X7 nümayəndəsi Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏƏSMN yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi "xxxx" MMC-nin direktoru X7 nümayəndəsi Vəkil şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən aparılan araşdırma zamanı X7 guya AR İXM-nin 539.3-cü maddəsində göstərilən inzibati xətanı törətdiyi müəyyən edilmiş və MN № ******* saylı 20 avqust 2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarla 1000 manat məbləğində inzibati cərimə şərti tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət müəyyən edilmişdir. Qərar xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə tərəfə təqdim edilmişdir. X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN № ******* saylı 20 avqust 2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı əsassız və qanunsuzdur. Belə ki, eyni faktla bağlı X7 rəhbəri olduğu "xxxx" MMC ilə bağlı da X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən İXM-nin 539.3-cü maddəsi ilə bağlı protokol tərtib edilərək məhkəməyə göndərilmiş, məhkəmə araşdırması zamanı isə inzibati xəta tərkibi olmadığı üçün işə xitam verilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X7 nümayəndəsi Vəkil şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas kimi 3-17-5/2-56245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd edilən məlumatların təqdim edilməməsi göstərilsə də, həmin məktubda adı çəkilən X8 "xxxx" MMc-nin işçisi olmadığından tələb olunan sənədlərin təqdim edilməsi mümkün olmamışdır və bu barədə DƏMX-nin BŞİ-nə lazımi məlumat verilmişdir. Daha sonra hüquqi şəxsin ünvanına əvvəlki məktubda yol verilən anlaşılmazlıq aradan qaldırılmaqla 3-17-5/2- 66331/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilmiş və tərəflərindən həmin məktubda onlardan tələb olunan bütün sənədlər heç bir gecikmə olmadan səlahiyyətli orqana göndərilmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokolun İXM-nin 192.4-cü maddəsi ilə tərtib edilmiş hissəsi ilə razılaşırlar və həmin hissəyə heç bir etirazları yoxdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-nin vəzifəli şəxsinə göndərilən 3-17- 5/2-56245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Məktubun çatdırılmasına baxmayaraq tələb olunan sənədlər xx.xx.2025-ci il tarixinədək tam təqdim edilməmişdir. Həmçinin vətəndaş X3 əmək müqaviləsinə xitam verilən zaman istifadə etmədiyi məzuniyyət günlərinin sayının 2.25 olmasına baxmayaraq son haqq hesab 1 təqvim günü olaraq hesablanmışdır. Beləliklə, qeyd olunanlara əsasən o, şikayətçi "xxxx" MMC-nin direktoru X7 nümayəndəsi tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Suallara cavab olaraq o qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixli məktubda texniki səhv olaraq X9 qeyd edilmişdir. Məhkəmə iş materiallarını, şikayətçinin ərizəsini, tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X18 tərəfindən tərtib olunmuş 20 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-nin vəzifəli şəxsinə göndərilən 3-17-5/2-56245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Məktubun çatdırılmasına baxmayaraq tələb olunan sənədlər xx.xx.2025-ci il tarixinədək tam təqdim edilməmişdir. Həmçinin vətəndaş X3 əmək müqaviləsinə xitam verilən zaman istifadə etmədiyi məzuniyyət günlərinin sayının 2.25 olmasına baxmayaraq son haqq hesab 1 təqvim günü olaraq hesablanmışdır. Bununlada, X7 Azərbaycan Respublikası İXM-nin 192.4 və 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində şərti olaraq 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 3-17- 5/2-56245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X4 müraciətinə əsasən 7 iş günü ərzində işçinin əmək müqaviləsinin surətinin, işçinin işlədiyi iş illəri üzrə əmək məzuniyyəti hüququndan istifadə etməsini təsdiq edən sənədlərin surətinin (ərizə, əmr və s.), işçinin istifadə etdiyi əmək məzuniyyətinə görə məzuniyyət haqqının hesablanıb ödənilməsini təsdiq edən sənədlərin surətinin, hər hansı bir səbəbdən istifadə edə bilmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın hesablanıb ödənilməsini təsdiq edən sənədlərin surətinin təqdim edilməsi xahiş olunmuşdur; "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin 3-17-5/2-56245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubuna verilmiş cavab məktubundan görünür ki, X8 adında işçi hüquqi şəxsdə işləmir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 3-17- 5/2-66331/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X5 müraciətinə əsasən 7 iş günü ərzində işçinin əmək müqaviləsinin surətinin, işçinin işlədiyi iş illəri üzrə əmək məzuniyyəti hüququndan istifadə etməsini təsdiq edən sənədlərin surətinin (ərizə, əmr və s.), işçinin istifadə etdiyi əmək məzuniyyətinə görə məzuniyyət haqqının hesablanıb ödənilməsini təsdiq edən sənədlərin surətinin, hər hansı bir səbəbdən istifadə edə bilmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın hesablanıb ödənilməsini təsdiq edən sənədlərin surətinin, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun təqdim edilməsi xahiş olunmuşdur; "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin 3-17-5/2-66331/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubuna verilmiş cavab məktubundan görünür ki, "xxxx" MMC-də Mərkəzi anbar fəhləsi işləyən X10 haqqında tələb olunan sənədlər xx.xx.2025-ci il tarixli 03 nömrəli məktubla səlahiyyətli orqana göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 20 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərara əsasən X11 tərəfindən 3-17-5/2- 56245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhər İdarəsinə təqdim edilməməsi və vətəndaş X1 haqq-hesabın düzgün hesablanmaması əsas gətirilərək X7 Azərbaycan Respublikası İXM-nin 192.4 və 539.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində İXM-nin 539.3-cü maddəsinə əsasən şərti olaraq 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X7 nümayəndəsi Vəkil şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas kimi 3- 17-5/2-56245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd edilən məlumatların təqdim edilməməsi göstərilsə də, həmin məktubda adı çəkilən X8 "xxxx" MMc-nin işçisi olmadığından tələb olunan sənədlərin təqdim edilməsi mümkün olmamışdır və bu barədə DƏMX-nin BŞİ-nə lazımi məlumat verilmişdir. Daha sonra hüquqi şəxsin ünvanına əvvəlki məktubda yol verilən anlaşılmazlıq aradan qaldırılmaqla 3-17-5/2-66331/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilmiş və tərəflərindən həmin məktubda onlardan tələb olunan bütün sənədlər heç bir gecikmə olmadan səlahiyyətli orqana göndərilmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokolun İXM-nin 192.4-cü maddəsi ilə tərtib edilmiş hissəsi ilə razılaşırlar və həmin hissəyə heç bir etirazları yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqan tərəfindən "xxxx" MMCnin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələblərini pozaraq 3-17-5/2-56245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd edilən məlumatları təqdim etməməsi göstərilsə də, məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin 3-17-5/2-56245/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubuna cavab olaraq ünvanlanmış məktubda X8 adında işçinin hüquqi şəxsdə işləməməsi qeyd edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 3-17-5/2-66331/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla X5 müraciətinə əsasən 7 iş günü ərzində müvafiq sənədlərin təqdim edilməsi xahiş olunmuş və "xxxx" MMC-də Mərkəzi anbar fəhləsi işləyən X10 haqqında tələb olunan sənədlər xx.xx.2025-ci il tarixli 03 nömrəli məktubla səlahiyyətli orqana göndərilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 20 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarında inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş 20 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X7 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X7 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 20 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı şəxsin İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X7 şikayəti qismən təmin edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar