Məhkəmə qərarları › İş №3(011)-7967/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-7967/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-7967/2025 15.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin 28 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 27 iyun 2025-ci il tarixli, EQ seriyalı 28885109 saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 28 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və barəsində İXM-nin 328.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqdim olunmuş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4667/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X1 şikayəti qismən təmin edilmiş, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 27 iyun 2025-ci il tarixli, EQ seriyalı 28885109 saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 28 iyun 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Beləliklə, məhkəmə, inzibati qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qənaətə gəlir ki, X1 barəsində Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 28 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 4667/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən ləğv olunduğundan və məhkəməyə eyni inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətlə yenidən müraciət olunduğundan, X3 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən 27 iyun 2025ci il tarixli, EQ seriyalı 28885109 saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 28 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar