Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7975/2025 24.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin 05 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X15 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında 25 avqust 2025-ci il tarixli, ******* nömrəli protokol əsasında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X15 şikayətini onunla əsaslandırmışdır ki, X11 Xidmətin Bakı şəhər İdarəsi tərəfindən İnzibati xəta haqqında 25 avqust 2025-ci il tarixli, ******* nömrəli protokola əsasən vətəndaş X8 şikayəti əsasında sənədlərin tələb olunması barədə "Azəriqaz” İB-nə göndərilmiş xx.xx.2025-ci tarixli məktubu əsasən sənədlər natamam göndərildiyi və Vüqar Dadaşovla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti gözlənilmədən xx.xx.2025-ci il tarixdə bu məcəllənin 70-ci maddəsinin b bəndinə əsasən xitam verildiyi müəyyən edilmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyi qənaətinə gəlinmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 və 192.6cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini hesab edərək inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qəbul edərək işəgötürən 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Birliyin Metrologiya Departamentinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri gözlənilməklə Metrologiya Departamentinin Sayğacların qəbulu və təhvili şöbəsinin böyük mühəndisi X12 ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (ştatın ixtisarı ilə bağlı) əsasən xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə onlara xəbərdarlıq məktubu verilmişdir. Həmin məktubunda əmək stajından asılı olaraq V.Dadaşova Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 6 təqvim həftəsi xəbərdarlıq müddəti təyin olunmuşdur. Eyni zamanda məktubda xəbərdarlıq müddəti və işdən çıxma müavinəti əvəzinə, razılığı ilə ona Birlik ilə X6 Komitəsi arasında bağlanmış kollektiv müqavilənin 5.13-cü maddəsinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödəniləcəyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq 30 nömrəli, xx.xx.2019cu il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair İşəgötürənlə V.Dadaşovla arasında xx.xx.2025-ci il tarixli Razılaşma müqaviləsi bağlandıqdan sonra onunla bağlanılmış əmək müqaviləsi Birliyin xx.xx.2025-ci il tarixli, 14/3-1K-703/2025 nömrəli əmri ilə ləğv edilmişdir. V.Dadaşova 8131 manat kompensasiya ödənilmişdir. Eyni zamanda X7 Sahəsinin xx.xx.2012-ci il tarixli 85K nömrəli əmri ilə X12 (N 583, xx.xx.2012-ci il müqavilə) Suraxanı X2 qəbulu və satışı şöbəsinin 10-cu dərəcəli usta vəzifəsinə təyin olunmuşdur. (X14 İstismarı Sahəsinin rəisi Hacı Şahbazov əmr əlavə olunur.) X7 Sahəsinin xx.xx.2015-ci il tarixli 64 K nömrəli əmri ilə X12 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə (başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün) əsasən ləğv edilmidir. X14 İstismarı Sahəsinin rəisi Hacı Şahbazov olmuşdur. (əmrin sürəti və ərizəsi əlavə olunur). Birliyin xx.xx.2015-ci il tarixli əmri ilə X3 Bakı Regional Qazın Satışı Departamentinin Qazın Balansı və Satışı şöbəsinin 10-cu dərəcəli mühəndis vəzifəsinə qəbul edilmişdir. (işəgötürən Birliyin baş direktoru əmri əlavə olunur). X12 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi Birliyin Bakı Regional Qazın Satışı Departamentinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi Birliyin Metrologiya Departamentinin Sayğacların Ekspertizası şöbəsinin rəis müavini, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasının 14-cü dərəcəli böyük mühəndisi və xx.xx.2024 -cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi Metrologiya Departamentinin Sayğacların qəbulu və təhvili şöbəsinin 13-cü dərəcəli böyük mühəndisi vəzifəsində işləmişdir xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi müxtəlif vəzifələrdə işləyən X12 bağlanılmış əmək müqavilələri üzrə işəgötürən qismindən Birliyin baş direktoru iştirak etmişdir. (əmrlər əlavə olunur) X12 ilə işəgötürənlə (Birliyin baş direktoru) bağlanmış əmək müqavilələrinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajının müddəti 9 il 6 ay təşkil edir. Bu səbəbdən ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 6 təqvim həftəsi xəbərdarlıq müddəti təyin olunmuşdur. Göründüyü kimi X12 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti təyin olunmuşdur. Eyni zamanda X11 Xidmətin Bakı şəhər İdarəsi tərəfindən "Azəriqaz” İB-nə göndərilmiş xx.xx.2025-ci tarixli məktubu əsasən sənədlər natamam göndərilməsi ilə əlaqədar İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə əlaqədar gəlinmiş nəticə də qanunsuz və əsassızdır. Göründüyü kimi X11 Xidmətinin əsasnaməsində Göstərişin verilməsinin konkret dairəsi müəyyən edilmişdir. Müfəttişliyin hüquqlarını tənzimləyən Əsasnamənin 4.1.1 və 4.1.7-ci bəndləri işəgötürənə qanuni göstəriş vermək səlahiyyəti ilə bağlıdır. Lakin təqdim olunmuş sorğu formal xarakterli olub, göstəriş xarakteri daşımamışdır. Hesab edir ki, hazırkı inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Vəkil şikayəti müdafiə edərək onun təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X16 tərəfindən tərtib edilmiş 05 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X8 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsini əsasən “Azəriqaz” İB-nə 02 iyul 2025-ci il tarixli 3-17-5/2-59233/2025 nömrəli göndəilən məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin BŞİ-nə təqdim edilməsi tələb edilmişdir. Məktubun 02 iyul 2025-ci il tarixdə çatmasına baxmayaraq tələb edilən sənədlər natamam təqdim edilmişdir. Eyni zamanda müəssisə tərəfindən təqdim edilən sənədlərdən V.Dadaşovun AR ƏM-də nəzərdə tutulmuş xəbərdarlıq müddəti gözlənilmədən 19 fevral 2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə qanunvericiliyin tələbi pozularaq AR ƏM-nin 70-ci maddəsinin “B” bəndinə əsasən xitam verdiyi məlum olmuşdur. Bu səbəbdən X15 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2.000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533- 1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, “Azəriqaz” İB-nin baş direktoru olan X9 inzibati tənbeh vermə haqqında qərarda nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək barəsində 2.000 manat məbləğində cərimə cəzası tətbiq edilməsi qanunauyğun deyildir. Belə ki, AR İXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Hazırkı cərimənin şərti olaraq tətbiq edilməsi ilə bağlı qanunda göstəriş nəzərdə tutulmasına baxmayaraq səlahiyyətli orqan tərəfindən müvafiq olaraq cərimənin şərti tətbiq edilməsi ilə bağlı qərar qəbul edilməmişdir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 05 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X9 şikayəti qismən təmin edilsin. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 05 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-7975/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7975/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver