Məhkəmə qərarları › İş №3(011)-799/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-799/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-799/2021 17.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, şikayətçi X2 nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru Bayram Nəbiyev tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və sozügedən qərar ona təqdim edilməmişdir. Tərəfinən verilmiş sorğuya əsasən, Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən həmin qərarı əldə etmişdir. Protokolla müəyyən edilmişdir ki, guya o, xx.xx.2020-ci il tarixdə saat 14:50-də “3 Qardaş” Marketdə icazəsi olmadan satıcı kimi fəaliyyət göstərmiş, bununla da o, İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Halbuki, göstərilənlər həqiqəti əks etdirməmişdir. Protokol tamamilə qanunsuz və heç bir əsas olmadan, vətəndaşın hüquqları pozulmaqla tərtib edilmişdir. İXM-nin 211.1-ci maddəsinin tələblərinə tərəfindən tam əməl olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində Xətai rayonu UPD qəsəbəsi A.Novruzov 29 ünvanında yerləşən “3 Qardaş market”ində öz işini qanuni icra edən zaman iki polis nəfəri mağazanın girişindən daxil olaraq mağazanın arxa tərəfinə səssizcə gələrək onların kim olduqlarını soruşmuş, onlar isə bu marketin işçiləri olduqlarını bildirmişlər. Hər iki polis nəfəri onların tibbi maskadan düzgün istifadə etdiklərinin şahidi olmuşlar. Daha sonra icazə.e-gov.az saytında icazələrinin olub-olmadığını yoxlamış, yoxladıqdan sonra həqiqətən işləmək üçün icazələrinin olduğunu bildirmişlər. Bu zaman sahə inspektoru Emin Hüseynov mağazaya daxil olaraq, tibbi maskadan düzgün istafədə etməklərinə və işləmək üçün müvafiq icazələrinin olduğuna baxmayaraq onlara əsassız və qanunsuz olaraq İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında rotokol tərtib etmişdir. Onun icazə.e-gov.az saytında mağaza satıcısı kimi ölkə ərazisi üzrə icazəsi olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 488 nömrəli qərarına 1 nömrəli Əlavə edilmiş “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısının 5.1-ci bəndinə Pərakəndə və topdansatış üzrə ərzaq mağazaları da daxil edilmişdir. Göründüyü kimi, tərəfindən hər hansı qanun pozuntusu törədilmədiyi halda, inzibati məsuliyyətə cəlb olunmağı tamamilə əsassız və qanunsuz olmuşdur. Sahə inspektoru E.Hüseynov, guya onların “3 Qardaş market’ində vəzifəsinə uyğun işləmədiklərinə görə onlara protokol tərtib edildiyini və 200 manat məbləğində cərimə tətbiq edildiyini bildirmişdir. Digər işçilərə qarşı hər hansı əsassız iradlar bildirilsə də, ona heç bir əsas gətirilmədən protokol tərtib olunmuşdur. Protokolla razı olmadıqlarından iradlarını bildirmiş və protokolu imza etməkdən imtina etmiş, lakin, protokolu imza etməyəcəkləri halda onları polis bölməsinə aparaq gecəni orda saxlayacaqları ilə hədə-qorxu gəlmişlər. Bu səbəbdən də protokolu məcburi şəkildə, etirazlarının olmasına baxmayaraq imza etdirmişlər. Polis əməkdaşları əsassız və qanunsuz olaraq işçiləri Polis Şöbəsinə aparacaqları ilə hədələmiş və İXM-nin 88-ci maddəsinin tələblərini pozmuşlar. Sonradan protokolun nömrəsini whatsapp vasitəsi ilə göndərərək təcili cəriməni ödəməyəcəkləri halda həbs olunacaqları ilə hədələmiş və məcbur qalaraq həbs olunacaqlarından qorxaraq dərhal borc taparaq həmin cəriməni ödəmişlər. Bundan başqa, hər üç polis nəfəri müdirləri Rəşaddan hörmət adı ilə pul tələb etdiyini eşitmiş və pulu verməyəcəyi təqdirdə sahibkar kimi həbs ediləcəkləri ilə hədələmişər. Odur ki, qeyd olunan xüsusatların nəzərə alınaraq şikayətinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi X4 şikayətinin hüquqi əsası kimi İXM-nin 3, 31, 53, 88, 62 və 110-cu maddələrinə istinad etmişdir. Məhkəmə iclasında şikayətçi şikayətçi X2 nümayəndəsi X3 şikayəti müdafiə edərək dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən X2 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduğu əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-si tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X4 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla əlaqədar İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir; icaze.e-gov.az portalından çıxarışdan görünür ki, X4 “Ərzaq Mağazası”nda satıcı vəzifəsində işləməklə, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ölkə ərazisi üzrə hərəkət etməyə müvafiq icazəsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmişdir. Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır. Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir; 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır; 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda, qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.egov.az” portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər. X4 icaze.e-gov.az portalından çıxarışa əsasən “Deloitte & “Ərzaq Mağazası”nda satıcı vəzifəsində işləməklə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına istinadən xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə fəaliyyətin davam etdirilməsinə icazə verilmiş sahədə çalışmasını nəzərə alınaraq ona ölkə ərazisi üzrə hərəkət etməyə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icazə verilmiş və icaze.e-gov.az portalında da qeydə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X4 hər hansı inzibati xətanı törətmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələbləri nəzərə alınmadan tərtib edilərək qəbul edilmişdir. Bundan əlavə, qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İXM-nin 211.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhər Xətai RPİ-nin 37-ci PŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissədə şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Xətai RPİ-nin 37-ci PŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar