Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8039/2025 25.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə 12 sentyabr 2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, 12 sentyabr 2025-ci il tarixdə, saat 13:50-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “X38” adlı müəssisədə keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar dietoloji iş və fəaliyyət və sertifikatsız özəl praktik tibb fəaliyyəti ilə məşğul olma faktları (Xatirə Nəsibova və s.) aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X11 Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, plandankənar yoxlama aparılarkən Şəxs MMC-də “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli Qərarının 2.1.3-cü bəndində göstərilən diyetoloji fəaliyyətin göstərilməsi üçün əlavə lisenziyanın alınması zəruri olduğu halda hüquqi şəxs tərəfindən əldə olunmaması və lisenziyasız diyetoloji fəaliyyətin həyata keçirilməsi faktı aşkar edilmişdir. Beləliklə o, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini bildirərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə inzibati xəta haqqında protokolla razılaşaraq barələrində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X20 Şöbəsinin mütəxəssisi X21 tərəfindən tərtib olunmuş 12 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 12 sentyabr 2025-ci il tarixdə, saat 13:50-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “X38” adlı müəssisədə keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar dietoloji iş və fəaliyyət və sertifikatsız özəl praktik tibb fəaliyyəti ilə məşğul olma faktları (Xatirə Nəsibova və s.) aşkar edilmiş, nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilmişdir. Həmin protokolun qeyd hissəsində Şəxs MMC-nin qanuni nümayəndəsi X1 yoxlamaya etiraz etmədiyini və göstərilən nöqsanları aradan qaldıracağını qeyd etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 12 sentyabr 2025-ci il tarixli, T-327 nömrəli plandankənar (növbədən kənar) yoxlama aktından görünür ki, vətəndaşın “X33” da kosmetoloji fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyinə müraciəti ilə əlaqədar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında “Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus “X33” adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilmişdir. Yoxlamanın birinci sualı üzrə qeyd olunur ki, rəhbərlik tərəfindən təqdim edilən işçilərin rəsmi siyahısı üzrə əmək müqaviləsinin bildiriş sənədləri yoxlamaya təqdim edilməmiş, mühasibatlıqda olduğu bildirilmişdir. Yoxlamanın ikinci sualı üzrə qeyd edilir ki, müəssisədə dövlət sertifikasiya şəhadətnaməsi olmadan özəl praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkarlanmışdır: həkim-kosmetoloq X17, həkim kosmetoloq X8, kosmetoloq X3, kosmetoloq X12, həkim terapevt X18, lazeroloq tibb bacısı X4, dietoloq X19, həkim kosmetoloq X13, kosmetoloq tibb bacısı X9, həkim kosmetoloq X16, kosmetoloq Ülkər Əliyeva Mübaşir qızı, həkim kosmetoloq X14. Yoxlamanın üçüncü sualı üzrə qeyd edilir ki, müəssisədə lisenziyadan kənar “dietoloji” işi üzrə (X5) fəaliyyət aşkar edilmişdir. Yoxlamanın dördüncü sualı üzrə qeyd edilir ki, nöqsan aşkar edilməmişdir. Fotoşəkillər çəkilmiş, iş materiallarına əlavə edilmişdir. Şəxs MMC barəsində aşkar olunmuş mövcud fakt ilə bağlı inzibati tənbeh tədbiri seçilərək 215.1 və 215.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Müəssisədə yoxlama direktor Nümayəndə iştirakı, müşayiəti, təqdim etdiyi sənədlər və sahələr əsasında keçirilmişdir. Aktın qeyd hissəsində nümayəndə heç bir iradının olmadığını və göstərilən nöqsanları qısa müddət ərzində aradan qaldıracağını qeyd etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3- 28-1/3-2-1051/2025 saylı qərardan görünür ki, ünvan 3 ünvanında yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində AEM-nin Tibb hüquq şöbəsinin baş hüquq məsləhətçisi X21, AEM-nin Tibb Nəzarət şöbəsinin mütəxəssisi X10 və AEM-nin Əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi tərəfindən plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli, KY252360349 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ünvan 3 ünvanında yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsinə xx.xx.2025-ci il tarixli Qərar əsasında plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli lisenziyanın və ona əlavənin surətlərindən görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyəti ilə (terapiya, kardiologiya, endokrinologiya, nevropatologiya, psixiatriya, dermatologiya, ümumi cərrahiyə, şüa diaqnostikası, kilinik laboratoriya) məşğul olmaq üçün icazə verilmişdir. pasiyent Simuzər Behbudovanın "xxxx" MMC-yə təqdim etdiyi kosmetoloji prosedurla bağlı xx.xx.2025-ci il tarixli razılıq ərizəsindən görünür ki, pasiyent “dolğu” prosedurunun edilməsinə razılıq vermişdir; pasiyent X6 "xxxx" MMC-yə təqdim etdiyi kosmetoloji prosedurla bağlı xx.xx.2025-ci il tarixli razılıq ərizəsindən görünür ki, pasiyent “botox və dolğu” prosedurlarının edilməsinə razılıq vermişdir; Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş BB-İ seriyalı 004301 nömrəli diplomdan görünür ki, X7 həkim ixtisası verilmişdir; N.İ.Piroqov adına Rusiya Milli Tibbi Təqdiqat Universiteti tərəfindən verilmiş 862 nömrəli diplomdan görünür ki, X15 həkim-qastroenteroloq ixtisası verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 215.4-cü maddələrinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 2.1-ci bəndində qeyd olunur ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən Terapiya, Kardiologiya, Qastroenterologiya, Nefrologiya, Endokrinologiya, Revmatologiya, Hematologiya, Allerqologiya, İmmunologiya, Nevropatologiya, Psixiatriya, Narkologiya, Dermatologiya, Fizioterapiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Plastik cərrahiyyə, Uşaq cərrahiyyəsi, Urologiya, Travmatologiya-ortopediya, Anesteziologiya-reanimatologiya, Mama-ginekologiya, Stomatologiya, Üz-çənə cərrahiyyəsi, Pediatriya, Şüa diaqnostikası, Oftalmologiya, Otorinolarinqologiya, Patoloji anatomiya, Genetika, Epidemiologiya, Mikrobiologiya, Laboratoriya kimi xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 12 sentyabr 2025-ci il tarixdə, saat 13:50-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “X38” adlı müəssisədə keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar dietoloji iş və fəaliyyət və sertifikatsız özəl praktik tibb fəaliyyəti ilə məşğul olma faktları (Xatirə Nəsibova və s.) aşkar edilmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 215.1-ci maddəsi ilə 6000 (altı min) manat məbləğində inzibati cərimə cəzası tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-8039/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8039/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver