Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8042/2025 06.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Emre Hakanın iştirakı ilə, Hüquqi şəxs «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi hüquqi şəxs «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 09 sentyabr 2025-ci il tarixli, 00700-00133/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən alqı-satqı yolu ilə xx.xx.2024-cü il tarixli **********3666 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 4800 (dörd min səkkiz yüz dollar) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına köçürülməmiş və nəticədə hüquqi şəxs «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında hüquqi şəxs «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru Emre Hakan təmsil etdiyi hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, barələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən tərtib edilən 09 sentyabr 2025-ci il tarixli, 00700-00133/25 saylı inzibati xəta protokol əsassızdır və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokolda tərəflərindən xx.xx.2024-cü il tarixli **********3666 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 4800 (dörd min səkkiz yüz dollar) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaitinin köçürülməməsi qeyd edilsə də, həmin məbləğ tərəflərindən bank hesabına köçürülmüşdür. Sadəcə olaraq bank hesablarında olan pul vəsaitlərinin üzərinə borcu olduğundan məhkəmə qərarlarına əsasən həbs qoyulduğundan onlardan asılı olmayan səbəblərdən 4800 (dörd min səkkiz yüz dollar) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaitinin köçürülməsində gecikmə olmuşdur. Qeyd olunan hal "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubu ilə də öz təsdiqini tapır. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 09 sentyabr 2025-ci il tarixli, 00700-00138/25 nömrəli protokoldan görünür ki, hüquqi şəxs «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən alqı-satqı yolu ilə xx.xx.2024-cü il tarixli **********3666 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 4800 (dörd min səkkiz yüz dollar) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına köçürülməmişdir. "xxxx" ASC tərəfindən «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli, 2695 nömrəli sorğuya cavab məktubundan görünür ki, hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcunun olması və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra Şöbəsi” tərəfindən göndərilən məhkəmə qərarları əsasında onun bankdakı hesabları üzrə həbs qoyulmuşdur. Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən əldə olunmuş çıxarışdan görünür ki, «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının bank hesabına xx.xx.2024-cü il tarixdə 4800 ABŞ dolları daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin çıxışını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən tərtib edilmiş 09 sentyabr 2025-ci il tarixli, 00700-00138/25 nömrəli protokola əsasən «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən alqı-satqı yolu ilə xx.xx.2024-cü il tarixli **********3666 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 4800 (dörd min səkkiz yüz dollar) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaitinin ixracatçının müvəkkil bankdakı hesabına köçürülməməsi əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Məhkəmə iclasında hüquqi şəxs «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoeu Emre Hakan izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokolda tərəflərindən xx.xx.2024-cü il tarixli **********3666 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 4800 (dörd min səkkiz yüz dollar) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaitinin köçürülməməsi qeyd edilsə də, həmin məbləğ tərəflərindən bank hesabına köçürülmüşdür. Sadəcə olaraq bank hesablarında olan pul vəsaitlərinin üzərinə borcu olduğundan məhkəmə qərarlarına əsasən həbs qoyulduğundan onlardan asılı olmayan səbəblərdən 4800 (dörd min səkkiz yüz dollar) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaitinin köçürülməsində gecikmə olmuşdur. Qeyd olunan hal "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubu ilə də öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda hüquqi şəxs «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xarici iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 8160 manat təşkil edən 4800 ABŞ dolları xarici valyuta vəsaitinin xaricdən qaytarılmamasına istinad edilsə də, hüquqi şəxs tərəfindən ixrac olunmuş malların müqabilində əldə edilmiş az miqdar təşkil edən 4800 ABŞ dolları (8160 manat) məbləğində vəsait xx.xx.2024-cü il tarixdə hüquqi şəxs «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hesabına köçürülmüşdür. Həmçinin, məhkəməyə təqdim olunmuş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2695 nömrəli sorğuya cavab məktubundan görünür ki, hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2024cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcunun olması və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra Şöbəsi” tərəfindən göndərilən məhkəmə qərarları əsasında onun bankdakı hesabları üzrə həbs qoyulmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı halda gecikmə X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin təqsiri səbəbindən baş verməmişdir. Məhkəmənin qənaətinə əsasən səlahiyyətli orqan tərəfindən qeyd olunan xüsusatlar araşdırılmadan Sumqayıt Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********3666 nömrəli sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 4800 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi qənaətinə gəlinərək barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunması əsassız olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə hüquqi şəxs «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs «X2 X3 Sanayi Ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-8042/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8042/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver