Məhkəmə qərarları › İş №3(011)-8057/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-8057/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-8057/2025 17.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Həsənova Aygün Namiq qızının sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tural Abdullayevin xx.xx.2025-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 20 iyul 2025-ci il tarixdə saat təxminən 14:00 radələrində Şəxs idarə etdiyi “Kia Sorento” markalı, **-NY-*** dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu, P.Həşimov küçəsində hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi “BYD Destroyer 05” markalı, **-QL-*** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilin sərnişini X1 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Tural Abdullayev tərəfindən 15 avqust 2025-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə toplanmış material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən bu inzibati xəta haqqında protokol (prokurorun qərar) tərtib edildiyi vaxtdan 48 saat müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Məhkəmə inzibati xəta haqqında protokolu, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material geri qaytarılmalıdır. Belə ki, Şəxs Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Tural Abdullayev tərəfindən 15 avqust 2025-ci il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsində sözügedən qərarın ləğv edilməsini və yenidən araşdırma aparılması üçün təhqiqata qaytarılmasını xahiş etmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6(011)- 125/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarınan görünür ki, Şəxs şikayəti təmin edilmiş və 15 avqust 2025-ci il tarixində Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Tural Abdullayev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilərək yenidən araşdırma aparılması üçün Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Tural Abdullayev tərəfindən 15 avqust 2025-ci il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar məhkəmənin qərarı ilə ləğv edilərək prokurorluğa qaytarıldığından, hazırkı protokol üzrə inzibati işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində toplanmış material natamam olduğundan və işə baxılıb tamamlamaq mümkün olmadığından həmin material Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə toplanmış material natamam olduğundan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qaytarılsın. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar