Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-806/2022 23.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü il təvəllüdlü, Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Astara rayonu, Məscidməhəllə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs üzərindən şəxsi axtarış zamanı şalvarının sol yan cibindən 0,405 qram çəkidə kustar üsulla hazırlanmış narkotik maddə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-cı Polis Şöbəsinin polis sahə inspektoru Fateh Quluzadə tərəfindən 23 fevral 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 21 fevral 2022-ci tarixdə, saat təxminən 19 radələrində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman, iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim edərək, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edib, onu Xətai RPİ-nin 37ci Polis Şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarş zamanı ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya olduğu təqdirdə təqdim edilməsi təklif olunmuşdur. O, əynində olan şalvarın sol yan cibindən 01 ədəd bükümü təqdim edərək, masanın üzərinə qoymuş və içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra təqdim etdiyi büküm kağız zərfə qoyularaq qablaşdırılmışdır. Törətdiyi xətadan səmimi peşmançılıq çəkdiyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru Fateh Quluzadə izahatında göstərdi ki, Şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik maddəyə görə, əməlində cinayət tərkibi olmadığından, barəsində 22 fevral 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı tərəfindən qərar qəbul edilmiş və qəbul edilmiş qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə tədbir görülməsi üçün Xətai Rayon Poils İdarəsinə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Babək Babayev tərəfindən tərtib edilmiş 21 fevral 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.1984-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Astara rayonu, Məscidməhəllə kəndinqjə qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri öz şəxsi istifadəsi üçün əldə edərək Bakı şəhəri Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmiş və daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud, törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verməsi xahiş olunmuşdur. İş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən 21 fevral 2022-ci il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, dəvət olunmuş vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla, Şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt o, əynində olan şalvarın sol yan cibindən 1 (bir) bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddəni təqdim edərək masanın üzərinə qoymuş, sonra Şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** mobil nömrə olan “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra Şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 7/163 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N 7” dairəvi möhür əksi “Şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,405 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təhqiqatdan sonra – 0,355 qramdır. Aparılmış tədqiqatın dəyəri – 88 manat təşkil edir. İş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nizami Omarov tərəfindən qəbul edilmiş 22 fevral 2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, əməlində cinayət tərkibi olmadığından, ünvan 3 ünvanında yaşayan Şəxs barəsində cinayət işinin başlanması rədd edilsmiş, qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM- nin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün müvafiq tədbir görülməsi üçün Xətai Rayon Polis İdarəsinə göndərilmiş və Şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq olan 0,355 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Şəxs 21 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 22 fevral 2022-ci il tarixdə həbsdən azad edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün şəxsi istehlak miqdarı narkotik maddə olan qurudulmuş marixuana 5 (beş) qram olması nəzərdə tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, məhkəmə Şəxs 21 fevral 2022-ci il tarixdən 22 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddəti nəzərə alır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,355 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində məhkəmə xərci Şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs 01 (bir) gün şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət təyin olunmuş həbs müddətindən çıxılmaqla, üzərində qəti olaraq 19 (on doqquz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri saxlanılsın. Həbs etmənin əvvəli 23 fevral 2022-ci il tarixdən, saat 12:30-dan hesablansın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,355 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində məhkəmə xərci Şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-806/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-806/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver