Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8061/2025 25.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 14 avqust 2025-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Opel Zafira” markalı **-CP-*** d.q.n-lı avtomobili idarə edən Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-cu hissəsinin tələbini pozması nəticəsində idarə etdiyi “Opel Zafira” markalı, **-CP-*** d.q.nlı avtomobilin sağ yan hissəsi ilə Zərərçəkmiş şəxs idarə etdiyi “Moon ZX 50” markalı mopedin sol hissəsinin toqquşması nəticəsində moped aşmış və sürücü Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilib izahatında bildirmişdir ki, təxminən 25 ildir “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsi idarə edir. xx.xx.2025-ci il tarixdə təxminən saat 18:15 radələrində etibarnamə ilə idarə etdiyi “Opel Zafira” markalı **-CP-*** d.q.n-lı avtomobil ilə işlədiyi Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 11A-da yerləşən ofisdən çıxıb yaşadığı Bilgəh qəsəbəsinə getmək məqsədilə Xətai rayonu, 8 Noyabr prospektindən uzü Zığ Şossesi istıqamətində sağdan 2-ci zolaqla hərəkət edən zaman qarşısında “Mercedes” markalı avtomobilin nasaz olduğunu görüb sağa, yəni avtobus zolağına 5-10 km/saat surətlə çıxdıqdan sonra idarə etdiyi avtomobilin sağ yan güzgüsü düzünə hərəkət edən “Tufan” markalı mopedin sürücüsünün sol qoluna dəyməsi nəticəsində moped sürücü ilə birlikdə aşıb təxminən 10 metr asfaltda sürtülmüşdür. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxs ilə barışdığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, təxminən 3 aydır “Tufan M50” markaı rnopedlə kuryerlik edir. xx.xx.2025-ci il tarixdə təxminən saat 18:00 radələrində özünə məxsus rnopedlə kuryerlik fəaliyyəti ilə məşğul olan zaman mobıl tətbiq vasitəsilə sifariş gəldikdə “Aza” adlı donərxanadan sifariş götürüb 8 Noyabr prosketində avtobus zolağı ilə uzü Zığ Şossesiı istiqamətində 45 km/saat sürətlə hərəkətdə olan zaman anidən diqqəti naviqator proqramına yayındığı üçün mobil telefona nəzər yetirib yenidən yola baxan zaman “Opel Zafira” markalı **-CP-*** d.q.n-lı avtomobilin avtobus zolağına daxil olması nəticəsində onun sol çiyin hissəsi avtomobilin sağ yan güzgüsünə dəymiş və toqquşma nəticəsində moped sol yanı üstə aşmış, o, rnopedlə birlikdə təxminən 8 metr asfaltın üzərində sürüşmüşdür. Hal-hazırda barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ilə barışdığından və ona qarşı şikayətçi olmadığından barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 16 iyul 2025-ci il tarixli, 689 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sol diz oynağının yumşaq toxumalarının şişinliyi halında əzilmiş yarası, kapsul-bağ aparatının gərilməsi, hər iki yuxarı ətrafların çoxsaylı sıyrıqları müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir və qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə gorə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Xətai RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 14 avqust 2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), zərərçəkmiş şəxslə barışı əldə etməsini (İXM-32.2) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-8061/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8061/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver