Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8104/2025 29.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X5 Şəxs Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 19 avqust 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Şəxs Firması Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X2 sorğusuna əsasən mülkiyyətində olan “Krone Yarımqoşqu” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X3 verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının və səlahiyyətli orqanın nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının direktoru Qubad İbrahimov “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixində Şəxs Firmasına (VÖEN **********) ünvanladığı bildirişi qəbul etdikdə barələrində AR İXM-nin 347-ci maddəsinin tələblərinin pozulmasına dair icraatda inzibati xəta haqqında işin olması barədə məlumatları olmuşdur. Elektron məhkəmə sistemi üzərindən iş materialları ilə tanış olduqdan sonra aydın olmuşdur ki, hazırki iş üzrə inzibati xəta haqqında protokolda göstərilən və Şəxs firmasının mülkiyyətində olan “KRONE YARİMQOŞQU” markalı, 99YH725 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat verilməsi üçün göndərilmiş xx.xx.2025-ci il tarixli məktub xx.xx.2025-ci il tarixində “Fərid Zeynalov” adlı şəxsə şəxsən təhvil verilmişdir. Sözügedən səxsin hüquqi şəxslə hər hansı bir aidiyyəti yoxdur və həmin səxs tərəfindən Şəxs Firmasına hər hansı məktub və va bildiriş təqdim edilməmişdir. AR İXM-nin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş səxs qəbzdə və va sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və va tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Bundan əlavə olaraq, məhkəmə bildirişini aldıqdan və iş materialları ilə tanışlıqdan sonra tərəflərindən https://portal.com.az saytı üzərindən “KRONE YARİMQOŞQU” markalı, 99YH725 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlar sistemə daxil edilmişdir. Beləliklə o, inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X2 sorğu məktubundan görünür ki, hüquqi şəxs Şəxs Firmasının mülkiyyətində olan “Krone Yarımqoşqu” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən “Krone Yarımqoşqu” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Şəxs Firmasından xahiş olunmuşdur; SX052444835AZ saylı xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X2 sorğu məktubu Şəxs Firmasına çatdırılmış və xx.xx.2025-ci il tarixdə atasının adı və vəzifəsi göstərilməyən “Zeynalov Fərid” adlı şəxs tərəfindən qəbul edilmişdir; Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X2 polis mayoru X1 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 19 avqust 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Firması Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X2 sorğusuna əsasən mülkiyyətində olan “Krone Yarımqoşqu” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X3 verməmişdir. Şəxs Firması tərəfindən təqdim olunmuş müəssisədə çalışan işçilər barədə arayışdan görünür ki, «Zeynalov Fərid» adlı şəxs Şəxs Firmasının işçisi deyildir və şirkətlə heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs Firması tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqan tərəfindən hüquqi şəxs Şəxs Firmasına barələrində başlanmış inzibati iş üzrə icraatda səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsinə dair məktubun göndərilməsini və tərtib olunmuş inzibati xəta haqqında protokolun hüquqi şəxsə çatdırılmasını təsdiqləyən hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır. Bundan başqa, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X2 sorğu məktubu xx.xx.2025-ci il tarixdə “Zeynalov Fərid” adlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmiş, lakin həmin sorğu məktubunu qəbul etmiş şəxsin atasının adı və vəzifəsi xəbərnamədə tam olaraq göstərilməmişdir. Həmçinin, hüquqi şəxs Şəxs Firmasının direktoru tərəfindən təqdim olunmuş arayışa əsasən müəssisədə çalışan işçilərin arasında «Zeynalov Fərid» soyadlı şəxsin işləməsi müəyyən olunmamışdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş xəbərnamədə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Dövlət X2 sorğu məktubunun xx.xx.2025-ci il tarixdə qəbul edilməsi göstərilmiş və hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməsi gözlənilmədən (xx.xx.2025-ci il tarixədək) barəsində qanunvericiliyin tələbləri pozulmaqla xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Şəxs Firmasının səlahiyyətli orqanın sorğu məktubunu qəbul etməsi və Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs Firmasının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-8104/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8104/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver