Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8144/2025 03.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, şikayətçi X4 iştirakı ilə, X4 Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İXP ******* saylı protokolun və həmin protokola əsasən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən çıxarılmış 21 avqust 2025-ci il tarixli, TP7450078 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 18 iyul 2025-ci il tarixində Bakı şəhəri, Yusif Səfərov küçəsində 15:20 radələrində özünə məxsus olan 85CT369 dövlət qeydiyyat nişanlı “X9” markalı avtomobili ilə bərəkətdə olan zaman həmin ünvanda hərəkətdə olan 99YP449 qeydiyyat nişanlı YPX avtomobili ona «saxla» əmri vermişdir. O, qanuna əsasən onun «saxla» əmrinə riayət etmişdir. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlama səbəbini avtomobilin arxasında olan qoşqu yeri (farkop) olduğunu demişdir. İnzibati xəta haqqında məlumatların mərkəzi informasiya sisteminə vaxtında, tam və düzgün daxil edilməməsinə görə inzibati-təcrübə üzrə inspektorlar və operatorlar-məsuliyyət daşıyırlar. YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir. Belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar. O isə öz növbəsində ona etirəz edərək bildirmişdir ki, adı keçən qurğu (farkop) kustar üsulla hazırlanmamışdır. Bu avtomobil üçün nəzərdə tutulub və standartlara uyğundur və avtomobil 2014-cü ildə Azərbaycana idxal edilən zaman üzərində mövcud olub və indiyə qədər hər zaman (çox zaman qoşqu istifadə etdiyi üçün) üzərində mövcud olub. Ondan adı keçən YPX avtomobilində oturan YPX inspektorura yaxınlaşmağını istəmişdir. YPX avtomobilində əyləşən YPX inspektoru YPX avtomobilinə əyləşməyini ondan istəmişdir. YPX avtomobilində də orada əyləşən inspektora eyni şəkildə eyni etirazını bildirmişdir. O, aqressiv və kobud səkildə "(Yol-patrul xidməti haqqında təlimat 13. Yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibət; 13.1. YPX inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır. 13.3. Vətəndaşlarla söhbət zamanı yol polisi əməkdaşları təmkinli olmalı, mübahisələrə girməməli, soyuqqanlılığını itirməməli, kobudluğa kobudluqla cavab verməməlidir)" bu düzgün deyil və nəqliyyat vasitəsini cərimə meydançasına aparmalıyıq demişdir. Göründüyü kimi dayanacağa aparma səbəbi avtomobildə olan qoşqu yeri (farkop) qeyd olunmuşdur. Ancaq protokolda başqa cür qeyd olunub YPX avtomobilində əyləşən YPX inspektoru, çox güman protokol yazmaq üçün, öz bort kompyuterinə avtomobilinin məlumat daxil edirdi, sonradan bort kompyuterini ona görsədib demişdir ki, bu dövlət qeydiyyat nişanını dəyişdirmək lazımdır. O, cavab olaraq bildirmişdir ki, ona bu haqda heç bir məlumat verilməyib. Bunun üçün bir bildiriş və ya xəbərdarlıq edilməlidir. Cavab olaraq, yenə kobud şəkildə soruşmuşdur ki, “biz vətəndaşa xəbərdarlıq etməliyik?” Onun etirazına cavab olaraq aqressiv va kobud səkildə inspektor evni avtomobildə birlikdə xidmətdə olan YPX nəfərinə əmr etmişdir ki, “bunun maşınını cərimə meydançasına aparın!” Nəticədə avtomobili Xətai rayonunda Qənimətlər parkı ilə üzbəüz yerləşən cərimə meydançasına aparmaq üçün, əmri alan YPX nəfərinə onun avtomobilinin ön sərnişin oturacağına oturmuşdur. Avtomobilində yanacağın bitmək üzrə olduğunu görmüş və avtomobilində əyləşən YPX nəfərindən xahiş etmişdir ki, yaxınlıqdakı yanacaq doldurma məntəqəsindən yanacaq alsın getsinlər. YPX nəfəri xahişini qəbul etmiş və onlar yol üstü Babək prospektində yerləşən “LUKOİL YDM”-yə girmişlər. Bu arada 99YP449 onun maşınını müşayiət edirdi. Yanacaq aldıqdan sonra önlərində gözləyən 99YP449 YPX avtomobilinə uzaq işıqları yandırıb söndürərək işarə vermişdir ki, yəni onlar hazırdılar. Gedə bilərlər. (Burada avtomobilinin işıqlarının diodlu olduğunu görmüşdür). Yola düşərək Xətai rayonunda Qənimətlər parkı ilə üzbəüz yerləşən cərimə meydançasına gəlmişlər və avtomobilini dayanacağa yerləşdirmişlər. Heç bir sənəd, akt vermədən. O, dərhal deyilən ünvana getmişdir. Uzun növbədən sonra otağa qəbul edilmişdir. Daxil olarkən içəridə (qapıdan girən kimi qapının qarşısında oturan) polis məmuru çox normal, insana, Azərbaycanlıya, Azərbaycan polisinə yaraşan şəkildə qarşılamış və şikayətini dinləməyə başlamışdır. Bir müddət sonra sol tərəfdə oturan (sarışın) polis məmuru serjant (Rzayev Zaur özünü belə təqdim etmişdi) söhbətə müdaxilə edərək aqressiv şəkildə "ver mən həll edərəm" demiş və şikayətini bu məmura izah etməyə başlamışdır ki, tam araşdırmadan, dinləmədən, qərəzli olaraq, kobud şəkildə göstəriş vermişdir ki, (yuxarı da adı keçən məmurlar Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Qanununun tələblərini kobud səkildə pozaraq) “dərhal bunun cəriməsini yazın” və İXP7278411 protokol tərtib olunmaqla barəsində 150 manat məbləğində cərimə edilməsi ilə bağlı qərar çıxarılmışdır, (saxlanılma səbəbinə edilən iddia ilə deyil başqa iddia ilə qeyri standart nömrə və led işıq (standart qeydiyyat nişanı və led işıq hansı ki, nəqliyyat vasitəsinə uyğundur, tənzimlənəndir və bu işıqla texniki baxışdan keçilib və uyğunsuzluq haqqında heç bir irad bildirilməyib. Son texniki baxışdan keçmə vaxtı xx/xx/2024. Protokolda onun Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyi qeyd olunmuşdur. O, həmin gün və 19 iyul 2025-ci il tarixlərində Daxili İşlər Nazirliyinə, BDYP rəhbəri Zeynalova elektron müraciət ünvanlamışdır. Bu günədək heç bir cavab almamışdır. 19 iyul 2025-ci il tarixində Xətai rayonu birinci instansiya məhkəməsinə şikayət etmək üçün müraciət etdiyində, məhkəmədən bildirilmişdir ki, qərarın çıxmasını gözləməlisiniz. Qərar 14 gün sonra 31 iyul 2025 ci il tarixdə çıxmışdır. O, bu arada qərarın çıxmasını gözlədiyi ərəfədə bəlkə rəhbər şəxslərin qəbuluna düşsə, ona köməklik edərlər düşüncəsi ilə 29 iyul 2025-ci il tarixdə BDYP-yə (Xırdalan) məsələyə baxmaları üçün müraciət etdiyində bildirmişlər ki, ilk öncə Bakı şəhər BDYP-nin (Badamdar) rəhbər şəxslərinə müraciət edin, əgər onlar baxmasalar onlara müraciət edər. Həmin gün Bakı şəhər BDYP-yə yaxınlaşmışdır. Onu 21-ci otağa rəis müavininin (adı bildirilmədi) yanına getməyini bildirmşilər. O, həmin otağa yaxınlaşmış və otağa daxil olmuşdur. Otaqda DYP zabiti əyləşmişdir. O, şikayətini ona anlatmağa başlamışdır. O, otağındakı televizorda Türk dizisi izləyə-izləyə ona qulaq asırdı. Bildirmişdir ki, əgər sadaladığını bu absurd iddialar doğrudursa bəs o, texniki müayinədən necə keçmişdir? Cavab olaraq demişdir ki, texniki müayinənin onlara dəxli yoxdur. Necə yəni bu, dövlət qurumu deyil? Daxili işlər nazirliyi tabeliyində deyil? Təəssüf ki, heç bir köməklik etməmiş, öz əməkdaşlarının tərəfini tutaraq məsləhət vermişdir ki, “get onların dediyini et!” Çarəsiz olaraq oradan ayrılmışdır. Məhkəməyə müraciət etmək üçün protokolun qərarının çıxacağı vaxtı gözləmişdir. 31 iyul 2025-ci il tarixdə qərar çıxmış və o, həmin gün məhkəməyə müraciət etmişdir. Və orada heç bir süründürməçilik olmadan müraciəti qəbul edilmiş və məhkəmə iclası günü təyin olunmuşdur. Məhkəmə günündə məhkəmədə işə baxılmış və tələbləri qismən təmin olunaraq 3(011)-5607/2925 nömrəli iş üzrə xx.xx.2025 tarixli qərar çıxarılmışdır. 08 avqust 2025-ci il tarixdə BDYP-yə (Xırdalan) məsələyə baxmaları üçün müraciət etdiyində bildirmişlər ki, Bakı şəhər BDYP-nə (Badamdar) yaxınlaşın və oradan araşdırmanın nəticəsini alıb onlara yaxınlaşın. Və o, Bakı şəhər BDYP-nin (Badamdar) sənədlərin orada olduğu 308-ci otağına, YPX mayoru Xəlil Atakişiyevə yaxınlaşmışdır. Bildirmişdir ki, BDYPdən (Xırdalan) deyilib ki, araşdırmanın nəticəsini alıb ora yaxınlaşsın. X8 demişdir ki, o, verə bilməz, qoy onlar rəsmi müraciət etsinlər. Sonra o, Azərbaycan Respublikasının Daxili İslər Nazirliyinə və Baş X13 İdarəsinin rəisi polis general mayoru X2 ünvanladığı şikayət ərizələrini ona göstərmiş və kibirli şəkildə: “sən deyəsən qanunları yaxşı bilirsən. Gəl bir izahat yaz. Mən soruşdum nə izahat:? Dedi: Göndərdiyin şikayətlərə görə izahat yazmalısan. İzahatı yazdım”. Maşınını niyə qanunsuz olaraq tutursunuz, sualına qarşı o, cavab olaraq dövlət qeydiyyat nişanının qeyri standart 85 seriya olduğunu bildirmişdir. (Əgər 85 seriyalı dövlət qeydiyyat nisanı ilə avtomobil idarə etmək qanun pozuntusudursa, nəqliyyat vasitəsini idarə etmədən uzaqlaşdırma və ya dayanacağa yerləşdirməyə səbəb yaradırsa, bəs digər 85 seriyalı nəqliyyat vasitələrinə niyə şamil olunmur? Niyə bu axtarış digər eyni seriyalı nəqliyyat vasitələrinə şamil edilmir. Bəs qanun hamı üçün eyni deyil?). O, ona bildirmişdir ki, “əgər bu belədirsə ona bir bildiriş və ya xəbərdarlıq edilməli deyil? Deyir, bilmirəm yəqin gəlməlidir”. Halbuki ona bu barədə heç bir xəbərdarlıq gəlməyib. Bu sualı digər adları sadalanan YPX-əməkdaşlarına da vermişdir. Deyirlər ki, “nə xəbərdalıq. Elə bir şey yoxdur. Biz vətəndaşa xəbərdarlıq etməliyik?!” Sonra o, kompyuterinin monitorunu göstərib demişdir ki, maşının axtarışdadır (Göstərdiyi görüntü çox güman saxta görüntüdür. Belə ki, o kompyuterdən başqa heç bir YPX inspektorlarının planşetlərində və bazalarda o məlumat yoxdur. Bunu təsdiqləyən sənədi “Avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə 3-13-16/2-11-1580xx-xx/2025 qeydiyyat nömrəli xx/xx/2025 tarixli arayışı da fayl olaraq göndərir). İndi də axtarışda olduğunu iddia edərək öz qanunsuz əməllərini ört-basdır etmək niyyətindədirlər. O, oradan ayrılıb BDYPnə (Xırdalan) getmişdir. Orada onu növbətçi hissənin rəisi (adını bilmir) çox insanca, Azərbaycanlıya və Azərbaycan polisinin ləyaqətinə yaraşan şəkildə qəbul etmiş və şikayətini dinləmişdir. Və bir neçə yerə aydınlaşdırmaq üçün zəng etmişdir. Sonra ona həmin binada yerləşən 313-cü otağa Əhməd Ədilova yaxınlaşmağı məsləhət görmüşdür. O, deyilən otaqda Əhməd Ədilova yaxınlaşmışdır. O da öz növbəsində insanca onu dinləmiş və məsələni aydınlaşdırmaq üçün Bakı şəhər BDYP-nin (Badamdar) 30-cu otağa zəng etmişdir. Və telefon danışığından sonra o da onu fikrindən daşındırmaq üçün məsləhətlər (danışmışam, gəl maşının nömrəsini dəyiş sonra məhkəmənin qərarını götürüb gedərsən Bakı şəhər BDYP (Badamdar) 30-cu otağa YPX zabiti Arzumana yaxınlaş, onlar ekspert təyin etsinlər gedib maşına baxış keçirsinlər. Əgər normativlər, qaydalar pozulmayıbsa maşınını buraxarlar) verməyə başlamışdır. Sabahsı gün, 11 avqust 2025-ci tarixdə məhkəmə qərarını və “Avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayış götürüb Bakı şəhər BDYP-nə (Badamdar) 308-ci otağa yaxınlaşmışdır. Bildirmişdir ki, məhkəmə qərarını gətirmiş və Daxili İşlər Nazirliyinin verdiyi avtomobilin axtarışda olmaması barədə arayış təqdim etmişdir. “Bu arayış burada keçərli deyil əsas bizim sistemdir və burada axtarışdadır yazır. Məhkəmə qərarının bir nüsxəsini özü üçün çıxardıqdan sonra digər nüsxəsini dəftərxanaya verib gedin”. Lazım olanda ona məlumat veriləcək deyə onu yola salmışlar. Oradan ayrılıb dərhal Bakı şəhər BDYP-nin (Badamdar) 30-cu otağa yaxınlaşmışdır. Yenə uzun-uzadı növbədən sonra otağa daxil olmuşdur. Otaqda yuxarıda adı keçən X12 və bir YPX zabiti əyləşmişlər. O soruşmuşdur ki, Arzuman kimdir? X12 (çox güman məni tanıdı) dərhal yalandan cavab vermişdir ki, burada yoxdur. O, ona məhəl qoymadan zabitə üz tutub “dünən sizinlə BDYP zabiti Əhməd Ədilov danışmışdı. O, dediyi üzrə sizə yaxınlaşmışam. O, zabit elə Arzumanın özü imiş”. Zabit Arzuman normal, mədəni, etik formada onu dinləmişdir. Fikrini bildirmişdir ki, maşını dayanacaqda saxlamaları və ona yazdıqlar protokol əsassız və qanunsuzdur. Maşını saxlamağa əsasınız yoxdur. Onun səlahiyyətində deyil. O, bir şey edə bilməz. O, tam otağı tərk etmək istəyirdi ki, “get maşının lampalarnı dəyiş gəl, rəisə xahiş edərəm axşama buraxar”. O, otaqdan çıxmış və 102 qaynar xəttinə zəng edib şikayətini bildirmişdir. Növbəti dəfə 14 avqust 2025-ci tarixi saat 10 radələrində şikayətini bildirmək üçün BDYPnə (Xırdalan) Baş X13 İdarəsinin rəisi polis general mayoru X1 qəbuluna düşmək niyyəti ilə zəng etmişdir. General mayoru Zeynalov Ramiz orada olmadığını bildirmişlər. O, zaman müavinlərindən birinin qəbuluna yazmalarını xahiş etmişdir. Xahişini qəbul etmişlər və oraya nahara qədər gəlib çıxmağını istəmişlər. O, ora getmək üçün saat 11:15-də yola çıxmışdır. Təxminən 15-20 dəqiqə sonra ona zəng gəlmişdir. Bildirmişdir ki, YPX əməkdaşlarının kuratoru YPX zabiti Əhməd Ədilovdur. Bildirmişdir ki, Baş X13 İdarəsinin rəisi polis general mayoru Zeynalov Ramizin müavini onu çağırmışdır. Məsələ ilə bağlı danışmışlar. “Sizin buraya gəlməyə ehtiyac yoxdur. Tapşırmışıq, siz Bakı şəhər BDYP-nin (Badamdar) 30-cu otağa yaxınlaşın, məsələnizi həll edəcəklər”. O, göstəriş üzrə Bakı şəhər BDYP-nin (Badamdar) 30-cuotağa yaxınlaşmışdır. YPX zabiti Arzuman onu qəbul etmişdir. Yenə də məsələni qanuni həll etmək deyil, əksinə olaraq öz xeyirlərinə, öz qanuna zidd əməllərini, qanunsuz hərəkətlərinin və hərəkətsizliklərinin üstünü ört-basdır etmək, onu hansısa şəkildə haqsız olduğunu sübuta yetirmək üçün, absurd təkliflər etmişdir. “Avtomobilinizi buraxmağımız üçün bunları etməlisiniz”. Təkliflər aşağıdakı kimi edilmişdir: 1. Avtomobilinizin (qeyri standart) dövlət qeydiyyat nişanını dəyişməlisiniz. Bunun üçün adınızda olan cərimələri ödəməlisiniz. O, öz növbəsində soruşmuşdur hansı cərimələri? (Adında 2 ədəd AYNA tərəfindən yazılmış cərimə, 2018-ci ildə (yenə qeyri qanuni olaraq yazılmış protokol idi). BDYP şikayət etmiş bu barədə. İşə baxmışdılar və qanunsuz tərtib olunduğunu anlamış və ləğv etmişdilər. Ancaq sistemdə qalır. Yazılan və bu cari məsələ ilə bağlı olan qanunsuz tərtib olunmuş 150 manatlıq cərimə. AYNA-nın yazdığını ödəyə bilər. Amma digər sadalanan cərimələri ödəməyini tələb etmələri qanunsuzdur. Çünki cari protokol qərarı məhkəmə qərarı ilə ləğv olunub, digər 2018-ci ilin cəriməsi əgər təsirli olsa idi o, avtomobili texniki baxışdan keçirə bilməz idi. Zabit demişdir ki, “mən rəislə danışaram 2018-ci ildəki cəriməni silərik (qanunsuz olduğunu anlamışdır, çox güman) ancaq cari protokola aid və AYNA cərimələrini ödəməlisiniz”. Biraz otaqdan çoldə gözləməsi üçün mədəni çıxmağını istəmişlər. Bir müddət sonra çağırmışdır və demişdir ki, “sizin 2018-ci ildəki cərimə xaric digərlərini ödəməlisiniz”. Və bir də avtomobilinizdə rəng dəyişikliyi var (absurd idi). Avtomobilində heç bir rəng dəyişikliyi olmayıb. Sadəcə avtomobilin kapotunda gün vurmadan bəzi yerlərində rəng solğunluğu var. Bu rəng dəyişikliyi sayılmır. 3. Siz iltizam yazmalısınız ki, mən avtomobilimdə olan (YPX əməkdaşlarının yersiz, qanunsuz olaraq iddia etdiyi) lampaları dəyişəcəyəm. Təkliflərini qəbul etməmişdir. Çünki bu iddialar süründürməçiliyin, qanun pozuntusunun və qanunsuz əməllərinin ört-basdır edilməsinin bariz nümunəsidir. Bir daha BDYP-yə bu, məsələ ilə müraciət etməyin mənasız olduğunu başa düşmüşdür. Buranın öz qanunları var. Azərbaycan Respublikasının qanunlarının burada işləmədiyini anlamışdır. Burada bəzi məmurlar buranı öz şəxsi obyekti, ferması kimi idarə edir. Əgər inanmırsınızsa, bir sivil vətəndaş göndərin və hər şeyi doğru dediyini görəcəklər. Yuxarıda sadalanan dövlət qeydiyyat nişanı ilə əlaqədar qeyri standartlıq, axtarışda olub-olmaması ilə əlaqədar Suraxanı rayonu DYP-nə yaxınlaşmış və xahiş etmişdir ki, ona aid olan 85 seriyalı nəqliyyat vasitələri haqqında axtarışda olub olmaması və ya nə isə bildiriş olubolmamasını yoxlasınlar. Sağ olsunlar, mədəni şəkildə kompyuterə məlumatları daxil etmişlər. Və nəticədə S5CT369 nömrəsində nömrənin dəyişdirilməsi qeydi var. Amma digər 85 seriyalı nəqliyyat vasitəsində belə qeyd yoxdur. Bəs bu necə ola bilər? Məgər qaydalar, qanunlar hamı üçün şamil olunmur? 85 seriyası ilə bağlı internetdə araşdırma etmişdir. Bəli, 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin 85 seriyasının dəyişdirilməsi ilə bağlı ictimaiyətə müraciəti olmuşdur. Belə qeyd olunur: Qeyd olunan tələb Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan nəqliyyat vasitələri üçün şamil olunur. Və vaxt məhdudiyyəti yoxdur. 17 sentyabr 2025-ci ildə məhkəmənin qərarını icra ediblər etməyiblər deyə yenə Bakı şəhər DYP-yə getmişdir. Dəftərxanaya yaxınlaşıb işə baxılıb baxılmadığını soruşmuşdur. Bildirmişlər ki, bəli baxılıb və yeni qərar qəbul edilmişdir. 24-cü otağa yaxınlaşmağını istəmişlər. O, həmin gün saat 10 radələrində deyilən 24-cü otağa yaxınlaşmışdır. Orada əyləşən məmura işin gedişatını soruşmuşdur. Cavab olaraq bildirmişlər ki, yeni qərar çıxardılıb. O, sual vermiş “nə qərarı? Bəs məhkəmə qərarında (İş №3(011)-5607/2025) bildirilmişdir ki, “inzibati xətanın konkret nədən ibarət olması göstərilməmiş, Məcəllənin müvafiq maddəsi qeyd olunmaqla kifayətlənilmiş, heç bir sübuta istinad edilmədən qərar qəbul edilmiş, həmçinin X4 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X4 normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirməsini hansı sübutla müəyyən edildiyi göstərilməmiş, polis əməkdaşı öz mülahizəsinə əsasən protokol tərtib etmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır.” Cavab olaraq bildirmişlər ki, “xeyr o qeydləri oxumamışıq, bir o qədər maraqlı deyil. Bizə maraqlı olan odur ki, orada qeyd olunub ki, “Şikayət qismən təmin edilsin”, işə yenidən baxılsın. Bizdə qərar verdik ki, siz İXM-nin tələblərini pozmuşunuz və günahkarsız! Bəs siz araşdırdınız? Avtomobilə baxış keçirdiniz? Avtomobilin açarları məndədir. Siz necə baxış keçirmisiz?” Sualına cavab olaraq bildirmişlər ki, “baxışa ehtiyac yoxdur. Siz günahkarsınız, İXM-nin tələblərini pozmuşsunuz”. Cavab olaraq bildirmişdir ki, “X10” Azərbaycan Respublikasının Qanunu
111. Xarici işıq cihazları bölümündə belə bir qeyd var. Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. “X9 B10” 2006-2012 illərdə istehsal olunub. Bunada cavab vermişdir ki, “o sizə aid deyil. Yəni qısacası biz dediyimiz kimidir”. Sonra o, bu dəfə dövlət qeydiyyat nişanı haqqında sual vermişdir ki, bəs burada qeyd etmisiz ki, dövlət qeydiyyat nişanı qeyri standartdır. Nəyə əsasən? Məgər dövlət qeydiyyat nişanlarının standartı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS ***-**** standartı ilə müəyyən edilmir? Edilirsə onda olan dövlət qeydiyyat nişanı AZS ***-**** standartına uyğundur. Danışdığı formasız şəxs və həmin otaqda əyləşən DYP mayoru ona bildirdilmişlər ki, “o elə deyil. Avtomobillər üçün dövlət qeydiyyat nişanlarının istismar müddəti var. İstismar müddəti 3 (üç) ildir. 3 ildə bir dəyişməliyik məgər? Sualına isə bəli. Nömrə eyni qalır ancaq rüsum ödəyib yenisini almalısınız. Əks təqdirdə nömrə qeyri standart sayılır”. Göründüyü kimi çox absurd, gülünc yazılmamış qanunlar hökm sürür Azərbaycan Respublikasının Bakı şəhər DYPİ-də. Göründüyü kimi, ailə tutulan, qanuna söykənən heç bir dəlil sübut gətirə bilmirlər. Keçən məhkəmədə də dəlil sübut təqdim edə bilməmələri bunun bariz sübutudur. Hər yerdə araşdırmalarına baxmayaraq, heç bir qanunda, heç bir məcəllədə dedikləri qaydalara rast gəlməmişdir. Belə qanun qayda varmı? Göründüyü kimi, fərqli zamanlarda fərqli iddialar irəli sürürlər. Məhkəmə qərarlarına hörmət etməyən vətəndaş iradına mı hörmət edəcək?! Onu etirazı, haqqında çıxarılan avtomobilinin cərimə meydançasına qanunsuz yerləşdirmə (artıq bu, gün iki aydır (nəticədə ona külli miqdarda maddi və mənəvi ziyan dəymişdir)) qərarı və tərtib olunmuş protokolun hüquqi əsaslarının olmamasıdır, qanunsuzdur, qərəzlidir. Və bəzi məmurların həddini aşması, kobud və qeyri etik davranışı, vəzifədən sui-istifadəsi, süründürməçilik, qanunsuz hərəkət və hərəkətsizliklərindəndir. Bunların hamısı qanun pozuntusudur. Onun etirazlarında haqlı olduğunu və DYP-nin iddialarında haqsız olduqlarını aşağıdakı məlumatlarda təsdiqini görəcəksiniz. Məhkəmə iclasında X7 şikayət ərizəsində qeyd etdikləri ilə eyni məzmunda izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini, inspektorların məsuliyyətə cəlb olunmasını və dəymiş maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X13 İdarəsinin polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 15:21-də Bakı şəhəri, Xətai rayonu ərazisində idarə etdiyi “X9 minik” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin normativ tələblər pozulmaqla avadanlığının dəyişdirilməsi və mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə idarə edilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.1.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.1.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarla X4 İXM-nin 342.1.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “X10” qanunun 1 saylı əlavəsində göstərilən tələblərə uyğun gəlməyən nəqliyyat vasitələri saxlanıldıqdan sonra müvafiq qaydada müayinə aparılmalı, habelə nasaz nəqliyyat vasitələri xüsusi cihazlardan istifadə olunmaqla yoxlanılmalı olduqları halda, polis əməkdaşı tərəfindən yalnız vizual formada nəqliyyat vasitəsinə baxış keçirilməklə kifayətlənilərək X4 nəqliyyat vasitəsini normativ tələblər pozulmaqla avadanlığını dəyişdirməklə və mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə idarə etməsi qənaətinə gəlinərək barəsində əsassız və qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə
QƏRARA ALDİ:
X4 şikayəti qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Axundov