Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8162/2025 22.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun, Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X3 tərəfindən tərtib edilmiş 22 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs polisin qanuni əmrinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, uşaqlıqdan nənəsi ilə birlikdə yaşamışdır. xx.xx.2025-ci il tarixdə nənəsinin vəziyyəti ağırlaşdığından onu Əfəndiyev adına Xətai rayon Tibb Mərkəzinə aparmışlar, lakin orada həkimlər boş yer olmadığını əsas gətirərək nənəsini qəbul etməkdən imtina etmişlər. Bu səbəbdən o, əsəb və stres keçirdiyindən həkimlərlə mübahisə etməyə başlamış və səs-küy salmışdır. Daha sonra yaranmış səs-küyə polis əməkdaşları yaxınlaşan zaman o, əsəbi halda polisə əl qol atmışdır. Bundan əlavə polisə kəllə də vurmuşdur. Beləliklə o, törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədildiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Baş Mühafizə İdarəsinin Bakı şəhəri Xətai rayon mühafizə idarəsinin polis nəfəri, polis serjantı X2 izahatında bildirmişdir ki, Əfəndiyev adına xəstəxanada vəzifə səlahiyyətlərini yerinə yetirən zaman səs-küy eşidib həmin yerə yaxınlaşmışdır. Ona məlum olmuşdur ki, mübahisə həkim və xəstənin yaxınları arasında başlamışdır. O, adını sonradan bildiyi İbrahimə yaxınlaşıb səbrli olmasını, bəlkə nənəsi üçün yer olacağını bildirərək onu sakitləşdirmək istəyən zaman İbrahim ona başı ilə vurmuşdur, lakin o, özünü müdafiə edərək xəsarətdən vaxtında yayınmışdır. Daha sonra onu kənarlaşdırmaq istəyən zaman qohumlarının köməyi ilə oradan qaçmışdır. Lakin qısa müddət ərzində Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X6 izahatında bildirmişdir ki, Əfəndiyev adına xəstəxanada vəzifə səlahiyyətlərini yerinə yetirən zaman səs-küy eşidib həmin yerə yaxınlaşmışdır. Ona məlum olmuşdur ki, adını sonradan bildiyi İbrahim adlı şəxsin əmisi səs-küy salaraq həkimlərlə mübahisə edir. Onlar xəstənin yaxınlarına təcili tibbi yardım şöbəsinə yalnız bir nəfərin qəbul edildiyini və digərlərinin gözləməli olduqlarını bildirmişlər. Həmin vaxt X4 sakitləşdirmək istəyərkən sonuncu qəflətən onu başı ilə vurmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X3 tərəfindən tərtib edilmiş 22 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polisin qanuni əmrinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Bununlada o, ictimai qaydanı kobud surətdə pozmaqla və polis əməkdaşının qanuni tələblərinə tabe olmamaqla Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətdiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati qaydada tutma haqqında 21 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 16:15-də tutulmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib edən şəxsin və şahidin izahatlarını, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsaən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-nin 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:15-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-8162/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8162/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver