Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-818/2021 01.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxx 1971-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 mənzil 51 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair xx xxxxxx 2021-cu il MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə 01.00 radələrində Xətai rayonu, Zığ yolu küçəsi, 22 saylı evin 118-ci mənzilində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Bununla da, onun sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Xətai rayonu, Zığ yolu küçəsi, 22 saylı evin 118-ci mənzilində qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisələri yaranmış, mübahisə vaxtı Nərminin evi tərk etdiyini və onu döymədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 ilə yaxındır ki, Şəxs ilə yaşayır və onun əvvəlki yoldaşından olan 2 uşağını da böyüdmüşdür. xx.xx.2020ci il tarixdə gecə saat 01.00 radələrində Şəxs ilə aralarında sözlə mübahisələri yaranmış, mübahisə vaxtı Sərvan onu əli ilə döyərək evdən qovmuşdur. Şəxs barəsində ağır tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 Sərvan Söhrab oğlu barəsində ağır tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli Xətai RPİ-nin 36-cı Polis Bölməsinin baş təhqiqatçısı Vüqar Həsənovun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbir görülməsi üçün qərarın surəti aidiyyatı əməkdaşlara göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərarndan görünür ki, Şəxs yerini müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində инзибати хята haqqında icraat xx xxxxxx 2021-ci il tarixdə təzələnmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli 966 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət – sol bazu nahiyəsində qançır küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və sağlamlığına zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətin şəxsin öz-özünə yetirilməsinə xarakterik deyildir. Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin ifadəsini ətraflı təhlil edərək hesab edir ki, Şəxs əməlini etiraf etməməsi özünü müdafiə və inzibati məsuliyyətdən yaxa qurtarmaq kimi qiymətləndirilməli, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs həmin maddənin sanksiyası həddində inzibati tənbeh növündə həbs tətbiq edilməli, inzibati həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə həbs inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-818/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-818/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver