Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-818/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Şikayət verən X1 iştirakı ilə, Nizami rayon DYPŞ-nin inzibati xəta haqqında 15 yanvar 2024-cü il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında 17 yanvar 2024-cü il tarixli TP ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami rayon DYPŞ-nin inzibati xəta haqqında 15 yanvar 2024-cü il tarixli İXP ******* saylı protokolun və inzibati tənbeh vermə haqqında 17 yanvar 2024-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 09:48 radələrində o Bakı şəhəri Nizami rayonu Babək prospekti ilə hərəkətdə olan zaman etibarnamə əsasında istifadəsində olan X13 markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı Şəhər Nizami rayon X10 X7 Xidmətinin inspektoru Polis leytenantı X4 ona yaxınlaşaraq sənədlərini tələb etmişdir. Yoxlanış zamanı Polis leytenantı X4 ona içkili olub olmadığını soruşmuşdur. O isə polis əməkdaşına bildirmişdir ki, içkili deyil və ümumiyyətlə son zamanlar içki istifadə etmir. Polis leytenantı X4 ondan alkotesterə üfləməyini tələb etmiş və o üfürmüşdür. Polis leytenantı X4 alkotesterə baxaraq guya ki, onun içkili olduğunu bildirdi. O polis əməkdaşına bildirdi ki, o içki qəbul etməmişdir, alkotester səhv göstərir və göndəriş yazsın gedib həkim müayinəsindən keçsin. Lakin Polis leytenantı X4 imtina edərək ona bildirdi ki, idarə etdiyi avtomobil arxası ilə sürüb idarəyə gəlsin. Bildirir ki, o Əhmədli qəsəbəsində fəailiyyət göstərən X5 sürücüsü işləyir. Həmin vaxtda ona təhkim edilmiş avtomobil ilə yanında da tibb bacısı ilə birlikdə xidmətdə olan zaman baş vermişdir. Hətta o bununla bağlı Yol Polis əməkdaşına bildirmişdir ki, xidmət başındadır, təcili xəstədən qan götürmək üçün gedirlər. Lakin polis əməkdaşı buna məhəl verməyərək ona guya ki, içkili olduğu üçün protokol tətbiq etdi. Sonradan o Bakı şəhəri Nizami rayon X12 idarəsinə aparılmışdır. X6 Polis idarəsininin həyətinə qoyub təcili Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə müayinə üçün getmışdi. Müayinə mərkəzində xx.xx.2024cü il saat 11:58-də rəy alaraq yenidən həmin idarəyə getmişdir. İdarədə olan tibbi müayinə aktına baxaraq ona bildirdi ki, bu keçərli sənəd deyil və polis əməkdaşı onun barəsində artıq protokol tərtib etmişdir. Əlavə olaraq da Polis idarəsində ona bildirdilər ki, guya onun bu əməli törətməyinə görə işdən azad edəcəklər və o lazımi sənədlərə imza etməlidir. Hətta polis əməkdaşı ona bildirdi ki, “gəl sənə yüngül cərimə yazaq get bunu ödə və səni içkili kimi qeyd etməyək”. O isə razılaşmayaraq bildirdi ki, onun əlində həkim rəyi var və o içkili deyil. Nəyə əsasən o cərimələnməlidir? Bütün bunlara baxmayaraq polis əməkdaşı bildirdi ki, güya ki, o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir və o İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə inzibati tənbeh edilərək xx.xx.2024-cü il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında Protokol tərtib edilərək barəsində xx.xx.2024-cü il tarixli TP ******* saylı Qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının DİN-nin Bakı Şəhər Nizami rayon X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında protokolunda və xx.xx.2024-cü il tarixli TP ******* saylı Qərarda qeyd edilən 329.3-cü və 333.1-ci maddəsi ilə razı deyil. Əlavə olaraq da bildirir ki, hal-hazırda işlədiyi X2 bu iş ilə bağlı rəhbərlik onu işdən azad etmək istəyir və ona bildirir ki, məhkəməyə müraciət edib cəriməni ləğv elətdirməsə işdən azad ediləcəkdir. O isə işini itirmək istəmir. Odur ki, Bakı Şəhər Nizami rayon X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında protokolu və xx.xx.2024-cü il tarixli TP ******* saylı Qərar hər tərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Azərbaycan Respublikasının DİN-nin Bakı Şəhər Nizami rayon X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında Protokolunu və xx.xx.2024-cü il tarixli TP ******* saylı Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nizami Rayon X10 Şöbəsi tərəfindən tərtib edilmiş olan 15 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokoldan görünür ki, 15 yanvar 2024-cü il tarixdə saat 09:48-də X13 markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nizami Rayon X10 Şöbəsi tərəfindən tərtib edilmiş olan 17 yanvar 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən görünür ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* saylı protokola əsasən X3 barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 15 yanvar 2024-cü il tarixli (saat 11:38-də verilmiş) 2/2690 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X3 ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 329.3-cü maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, tibbi müayinə zamanı məlum olmuşdur ki, X3 ayıqdır, onda alkoqol qəbulu əlamətləri yoxdur. Bu səbəbdən, Nizami rayon DYPŞ-nin inzibati xəta haqqında 15 yanvar 2024-cü il tarixli İXP ******* saylı protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında 17 yanvar 2024-cü il tarixli TP ******* saylı qərarı ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Nizami rayon DYPŞ-nin inzibati xəta haqqında 15 yanvar 2024-cü il tarixli İXP ******* saylı protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında 17 yanvar 2024-cü il tarixli TP ******* saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-818/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-818/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver