Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8181/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Mustafayev İlkin Nizami oğlunun katibliyi, Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin ünvanına Tailand Krallığından SC083AN/WW730V nömrəli avtomaşında (barkod: **********11808 QİB:**********6918) daxil olan yükün çatması VAİS proqramında xx.xx.2025-ci il tarixdə təsdiq olunmuşdur. İdxal olunan yüklərə dair gömrük bəyannaməsi Gömrük Məcəlləsinin 149.3 maddəsinə əsasən 15 (on beş) gündən geç olmayaraq gömrük orqanına təqdim edilməli olduğu halda, qeyd olunan yükə aid gömrük bəyannaməsi hələ də təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdən (saat 01:12 radələrindən) 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən sözügedən mallara dair gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsinə təqdim edilməmişdir. Buna görə də Şəxs MMC barəsində İXM-nin 493-cü maddəsi ilə 18 sentyabr 2025-ci il tarixli 00100-02803/25 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Şəxs MMC tərəfndən heç bir inzibati xəta törətmiyib. Həmin müddət ərzində AR Gömrük Komitəsi ilə Gömrük bəyannaməsində göstərilən dəyər üzrə Gömrük Komitəsi tərəfindən araşdırma aparılmış, nəticədə xx.xx.2025-ci il tarixli GDD**********67 saylı gömrük dəyərində düzəlişlər edilməsi üçün bildiriş verilmişdir. Müqavilənin şərtlərinə və bank ödənişlərinə baxmayaraq, malın dəyəri statistik dəyəri ilə hesab olunmuş, malın dəyəri 41% qaldırılmış, o da 67331,63 manatın əvəzinə 103715,64 manat gömrük tərəfindən hesablanmışdır. Ondan da artıq, yeni xx.xx.2025-ci il tarixli bəyannamə üzrə ödənişlər etmiş, malı gömrükdən almışlar. Odur ki, istinad olunanlar nəzərə alınaraq icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinin tərkibi vardır. İş materiallarında olan gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin ünvanına **********2791 saylı gömrük bəyannaməsi üzrə göndərilən mallar faktiki olaraq Azərbaycan Respublikasının gömrük sərhədini xx.xx.2025-ci il tarixdə keçmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli **********2452 saylı gömrük bəyannaməsindən görünür ki, malların ümumi dəyəri 24482,79 manat təşkil edir. 26 sentyabr 2025-ci il tarixli gömrük dəyərinə düzəliş edilməsi üçün olan bildirişdən görünür ki, gömrük dəyərinin məbləğinə təsir etmiş hərf səhvləri sənədləri və məlumatların yoxlanmasının nəticəsi səbəbindən 1 mal mövqeyində olan malın gömrük dəyərində 36.384,01 manat, gömrük ödənişlərində 12.989,10 manat məbləğində uyğunsuzluq aşkar edilmişdir. Müəyyən edilmiş gömrük dəyərinə uyğun olaraq gömrük dəyərinə müvafiq düzəlişlərin edilməsi və bəyan edilmiş gömrük dəyərinin düzgünlüyünü təsdiq edən sənədlər 5 iş günü ərzində təqdim edilməlidir. xx.xx.2025-ci il tarixli **********2452 saylı digər gömrük bəyannaməsindən görünür ki, malların ümumi dəyəri 24482,79 manat təşkil edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, araşdırma zamanı hüquqi şəxsin nümayəndəsi gömrük bəyannaməsinin qiymət dəyişimi ilə bağlı vaxtında təqdim edilə bilməməsini və gömrük xidməti tərəfindən artımsız qiymətlərlə təqdim edilən bəyannamənin qəbul edilməməsinə istinad olunsa da şirkət tərəfindən hazırkı halları sübut edəcək dəlillər məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, gömrük bəyannaməsi malların ölkəyə 25 avqustda daxil olmasından sonra 26 sentyabrda təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edirki qanunvericilikdə nəzərdə tutlan bəyannamənin təqdim edilməsi üçün 15 günlük müddət ötürülmüşdür. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-8181/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8181/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver