Məhkəmə qərarları › İş №3(011)-8187/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8187/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8187/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, X1 iştirakı ilə, X1 barəsində DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ/26714590 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək BDYPİ-nin yanlışlıqla tərtib etdiyi əsası olmayan EQ 26714590 saylı xx.xx.2025 tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, şikayətçiyə məxsus **-TL-*** nömrəli avtomaşın 20 yanvar dairəsi yani velotrekin qarşısında İXM 346.4-cü maddəsi ilə T-Ş 3- 253 görüntülərinə əsasən 26714590 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında elektron qərar tərtib edilmişdir. 80 manat cərimə edilmişdir. 26714590 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında elektron qərar xx.xx.2025-ci il tarixində yəni bir gün öncə olmuş hadisə üçün tərtib edilmişdir. Həmçinin yolun sağında quraşdirilmiş 3.27 dayanma və durma qadağanedici nişanın təsir zonzsına daxil olmadan bir neçə saniyə durmuşdur. Belə ki AR “Yol Hərəkəti haqqında” Qanunu və "Yol nişanları və siqnalları haqqında" Konvensiyanın təsdiq edilməsi barədə AR Qnunu maddə 9 c) bəndi iii) yarımbəndində qeyd edildiyi kimi- c)iii) qadağanın tətbiq edildiyi məsafənin göstərildiyi bu əlavənin H bölməsinin H,2 əlavə lövhəciyində və ya bu bəndin c) v) yarımbəndində nəzərdə tutulan tələblərə müvafiq olaraq başqa göstərişlər olmadıqda, qadağalar nişandan başlayaraq yolda ən yaxın çıxışadək tətbiq edilir. Beləliklə Qanuna zidd hərəkət etmədiyindən səhv tərtib olunmuş qərarın qanunsuz olduğunu hesab edir. Məhkəmə iclasında izahat verən şikayətçi şikayəti müdafiə edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN BDYPİ-nin EQ/26714590 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 11:38-də "Renault Megane" minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə–səksən manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan fotoşəkillərlə şikayətçinin nəqliyyat vasitəsini ikinci cərgədə saxladığı öz təsdiqini tapmışdır. Nə qədər ki, fotoşəkillərdən şikayətçinin avtomobili ikinci zolaqda saxlaması halı müəyyən edilir, məhkəmə hesab edir ki, şikayətçi qanun pozuntusuna yol vermiş, bu səbəbdən haqlı olaraq barəsində qərar tərtib edilərək cərimələnmişdir. Odur ki, DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ/26714590 saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ/26714590 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar