Məhkəmə qərarları › İş №3(011)-819/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-819/2022

23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-819/2022 23.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X16, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi X18, zərərçəkmiş şəxslər X9, X2 və X13 iştirakı ilə, xx.xx.1965-ci ildə Masallı rayonu, Bədəlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6680/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, 2(011)-895/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, 2(011)-8842/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, 2(011)-3131/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7393/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3319/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədlərinin və Bakı şəhəri 9 saylı Notariat Kontorunun 8i-4827 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X16 tərəfindən 23 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X16 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6680/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 100000 manat məbləğində pul vəsaiti və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 200000 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X14 ödənilməli, bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-895/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 40000 manat məbləğində pul vəsaiti, habelə xidmət haqqına görə nümayəndəyə ödənilmiş 400 manat pul vəsaiti iddiaçı X10 xeyrinə ödənilməli, bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8842/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 28450 manat məbləğində pul vəsaiti X6 xeyrinə ödənilməli, bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3131/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 10000 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Şəxs alınaraq X5 ödənilməli, bundan başqa Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-7393/2018 saylı icra sənədinə əsasən X3 ilə Şəxs arasında Bakı şəhəri 9 saylı Notariat kontorunda bağlanmış, 3M-1003 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi ləğv edilmiş və əsas borca görə Şəxs 150000 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Şəxs tutularaq X1 ödənilməli, bundan başqa 9 saylı notariat kontorunun 8i-4827 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən Şəxs 17500 manat tutularaq X4 xeyrinə ödənilməli, bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3319/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 40000 ABŞ dolları (tutulduğu anda Azərbaycan respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manat nisbətən məzənnəsi nəzərə alınmaqla manatın ekvivalenti ilə), habelə 3000 manat məbləğində pul vəsaiti X12 ödənilməlidir. Borcluya icra sənədlərinin icra edilməsi təklif olunmuş, lakin o, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Bununla da borclu icra vərəqələri üzrə tələbləri üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, onun barəsində icra sənədləri üzrə cəmi 536440 manat və 50000 ABŞ dolları məbləğində borcu tələbkarlara ödəməlidir. Lakin maddi imkanının olmaması səbəbindən həmin məbləğləri vaxtında ödəməmişdir. Hazırda həmin borcu bir dəfəyə ödəməyə imkanı yoxdur. O, həmin borcu hissə-hissə olmaqla tez bir zamanda ödəməyi öhdəsinə götürür. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3131/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən (ödəniş gününə qüvvədə olan məzənnə ilə) 10000 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Şəxs alınaraq onun xeyrinə ödənilməlidir. Lakin xeyli müddət keçsə də, Şəxs tərəfindən heç bir ödəniş edilməmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-7393/2018 saylı icra sənədinə əsasən onunla Şəxs arasında Bakı şəhəri 9 saylı Notariat kontorunda bağlanmış, 3M-1003 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi ləğv edilmiş və əsas borca görə Şəxs 150000 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Şəxs tutularaq, ona ödənilməlidir. Lakin xeyli müddət keçsə də, Şəxs tərəfindən heç bir ödəniş edilməmişdir. Bu səbəbdən də Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3319/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 40000 ABŞ dolları (tutulduğu anda Azərbaycan respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manat nisbətən məzənnəsi nəzərə alınmaqla manatın ekvivalenti ilə), habelə 3000 manat məbləğində pul vəsaiti X12 ödənilməlidir. Lakin xeyli müddət keçsə də, Şəxs tərəfindən heç bir ödəniş edilməmişdir. Bu səbəbdən də Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilir. Belə ki, iş materialında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6680/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 100000 manat məbləğində pul vəsaiti və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 200000 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X14 ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-895/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 40000 manat məbləğində pul vəsaiti, habelə xidmət haqqına görə nümayəndəyə ödənilmiş 400 manat pul vəsaiti iddiaçı X10 xeyrinə ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8842/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 28450 manat məbləğində pul vəsaiti X6 xeyrinə ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3131/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, ödəniş gününə qüvvədə olan məzənnə ilə 10000 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Şəxs alınaraq X5 ödənilməlidir. İş materialında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 7393/2018 saylı icra sənədindən görünür ki, X3 ilə Şəxs arasında Bakı şəhəri 9 saylı Notariat kontorunda bağlanmış, 3M-1003 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi ləğv edilmiş və əsas borca görə Şəxs 150000 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Şəxs tutularaq X1 ödənilməlidir. İş materialında olan 9 saylı notariat kontorunun 8i-4827 saylı, xx.xx.2019-cu il tarixli icra qeydindən görünür ki, Şəxs 17500 manat tutularaq X4 xeyrinə ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3319/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs 40000 ABŞ dolları (tutulduğu anda Azərbaycan respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manat nisbətən məzənnəsi nəzərə alınmaqla manatın ekvivalenti ilə), habelə 3000 manat məbləğində pul vəsaiti X12 ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” qərarlarından göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlərindən göründüyü kimi, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü ünvan 2 ünvanda qeydiyyatda olan Şəxs barəsində axtarış işi açılmış və icra olunması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Huquqlarının və X11 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 23 fevral 2022-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar