Məhkəmə qərarları › İş №3(011)-8191/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8191/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8191/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, X1 iştirakı ilə, X1 barəsində DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-M- 168988 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək Baş X6 İdarəsinin 09.2025-ci il tarixli 16/1- M-168988 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhər X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 27336438 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan Xətai Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli 3(011)- 5230/2025 nömrəli qərarı ilə şikayəti qismən təmin edilmiş, Bakı şəhər X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 27336438 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Şəhər X6inə göndərilmişdir. Lakin 03 sentyabr 2025-ci il tarixlində Baş X6 İdarəsinin rəis müavini Elçın Xasıyev tərəfindən yenidən qərar qəbul edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat cərimə edilmişdir. Hesab edir ki, Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli 16/1-M-168988 nömrəli inzibati tənbeh barədə çıxardığı qərar qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. Qərar qəbul olunarkən şikayətçinin iştirakı təmin edilməmiş, ona məlumat verilməmiş və heç bir video görüntü təqdim edilməmişdir. Səlahiyyətli orqanın elektron sistemindən əldə etdiyi fotoşəkillərdən də həmin pozuntunu törədən avtomobilin dövlət qeydiyyat nişanının görülmədiyi məlumdur. Məhkəmə iclasında izahat şikayətçi X3 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, videogörüntüdəki avtomobil ona məxsus deyil, onun avtomobilinin nömrəsi 99-...-777-dir. DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 27336438 nömrəli qərarı ilə şikayətçi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Şikayətçi həmin qərardan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli 3(011)-5230/2025 nömrəli qərarı ilə şikayəti qismən təmin edilmiş, Bakı şəhər X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 27336438 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Şəhər X6inə göndərilmişdir. DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-M-168988 saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, inzibati xəta haqqında işə yenidən baxılarkən elektron qərar üzrə foto və video görüntülər əsasında sürücünün sözügedən avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinə zidd olaraq 1.3 üfüqi nişanlanma xəttini kəsib sola dönməsi faktı təsdiqini tapmış və Baş X6i İdarəsinin mərkəzi informasiya sistemində nəqliyyat vasitəsinin vətəndaş D.Məmmədovun istifadəsində olması müəyyən edilmiş, bununla da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı şikayətçinin təqdim etdiyi videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, görüntüdəki avtomobil tərəfindən inzibati pozuntuya yol verilmişdir. Şikayətçi həmin avtomobilin ona məxsus olmadığını bildirsə də, yenidən araşdırma nəticəsində qəbul edilmiş qərardan görünür ki, həmin avtomobilin D.Məmmədovun istifadəsində olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X3 qanun pozuntusuna yol vermiş, bununla da haqlı olaraq barəsində qərar tərtib edilərək cərimələnmişdir. Odur ki, DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-M-168988 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-M-168988 saylı inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar