Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8199/2025 24.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1, Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 17 sentyabr 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 409600.91 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 31 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 409600.91 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X3 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş protokolda qeyd edilmişdir ki, Şəxs MMC tərəfindən 409600,91 Avro məbləğində vəsait bank vasitəsilə 31 avqust 2023-cü il tarixində "xxxx" ASC Q.Qarayev Filialından ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması “Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 409600,91 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmətlər) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Tərəflərindən təqdim edilmiş və iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC-nin Q.Qarayev filialı tərəfindən 31 Avqust 2023-cü il tarixində 409600,91 Avro məbləğində pul vəsaiti xaricə, yəni "xxxx" Şirkətinə köçürülmüşdür. Şəxs MMC ilə “Dövlət Neft Şirkətinin X6” arasında 21 avqust 2023-cü il tarixli 340/SAM/2023 №-li Sulzer tipli nasosların ehtiyat hissələrinin alqısatqısı barədə Müqavilə bağlanılmışdır. Həmin Müqaviləyə, yəni 21 avqust 2023-cü il tarixli 340/SAM/2023 №-li Müqaviləyə 12 Dekabr 2024-cü il tarixdə Şəxs MMC, “Dövlət Neft Şirkətinin X6” və “Unisan Sanayi Yapı LLC” ilə hüquq və öhdəliklərin ötürülməsi və qəbul edilməsi barədə üç tərəfli 340/SAM/-001N dəyişiklik müqaviləsi bağlanılmışdır. Aparılmış əməliyyatlara bağlı qeyd edir ki, ödəniş Şəxs MMC ilə "xxxx" Şirkəti ilə bağlanılmış 15 Avqust 2023-cü il tarixli 20292558 saylı Müqavilə əsasında aparılmışdır. Ödəniş üzrə mallar 27 iyun 2024-cü il tarixdə Azərbaycana idxal edilmişdir. Mallar ölkəyə idxal edildikdən sonra 539108,21 manat idxal rüsumu və vergiləri Dövlət Gömrük Komitəsinə ödəmək öhdəliyi yaranmışdır. Lakin Şəxs MMC debitor borclarını ala bilməməsi və maliyyə sıxıntısı səbəbindən idxal rüsumu və vergilər üzrə 399370,18 manat borcu qalması səbəbindən mallar müvəqqəti saxlanca verilmişdir. Eyni zamanda idxal rüsumu və vergiləri ödəyə bilməməsi səbəbindən Şəxs MMC, "xxxx" Şirkəti və “UNİSAN SANAYİ YAPİ LLC” arasında üç tərəfli müqavilə bağlanılmış, müqavilədə qeyd edildiyi kimi 15 Avqust 2023-cü il tarixli 20292558 saylı Müqavilə üzrə “Unisan Şirkəti” “Dövlət Neft Şirkətinin X6” üçün gömrük rəsmiləşdirilmə işlərini həyata keçirməlidir. Bununla əlaqədar, xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmə əməliyyatı üzrə 100524240№-li invoys sənədi tərtib edilmişdir. Qeyd edilməlidir kİ, "xxxx" Şirkətinə ödənilmiş 409600,91 Avro məbləğində mallar xx.xx.2025-ci il tarixdə Dövlət Neft Şirkətinin “X6” tərəfindən **********6846 № YGB ilə idxal edilərək rəsmiləşdirilmişdir. Bu **********6846 № YGB-nin 8001 sətr kodunda ********* №-li invoys sənədi qeyd edilərək 409600,91 Avro məbləğində köçürmə, gömrük bəyannaməsi üzrə mallar idxal edilərək tam bağlanılmışdır. Azərbaycan Respublikası Mərkəzi X7 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Tərəflərindən 31 Avqust 2023-cü il tarixində "xxxx" Şirkətinə köçürülmüş 409600,91 Avro məbləğində malların idxal edilərək “Dövlət Neft Şirkətinin X6”nin adına rəsmiləşdirilməsi barədə sənədlər müvəkkil banka təqdim edilsə də, artıq məlumatın Azərbaycan Respublikasının Mərkəzi Banka təqdim edildiyi bildirilmişdir. Şəxs MMC tərəfindən "xxxx" Şirkətinə köçürülmüş 409600,91 Avro məbləğində idxal edilmiş mallar Şəxs MMC-nin adına deyil, “Dövlət Neft Şirkətinin X6”nin adına rəsmiləşdirildiyindən və mallar idxal etdiyindən heç bir inzibati xəta törədilməmişdir. Buna görə də cəmiyyətin AR İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməsi və cərimə tənbeh növünün tətbiq edilməsi qanunsuzdur. Beləliklə o, Şəxs MMC tərəfindən hər hansı bir inzibati xəta hadisəsinin törədilmədiyini bildirərək barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, "xxxx" Şirkətinin Şəxs MMCyə göndərdiyi yükün aviayük nömrəsi Hindistan Gömrük sistemi tərəfindən **********3 nömrəsi (11 rəqəmli) ilə qeyd edilmişdir. Mallar həmin aviayük nömrəsi ilğ Azərbaycana daxil olmuş və Gömrük Komitəsində xx.xx.2024-cü il tarixli **********482 №-li YGB tərtib edilmişdir. Həmin YGB-nin 44-cü sət rinin sənəd kodu 2016,yəni aviaqaimə kodunda **********3 kodu qeyd edilmişdir. Lakin cəmiyyətin, yəni Şəxs MMC-nin idxal zamanı rüsum və vergiləri maliyyə çatışmazlığı səbəbindən ödəmək imkanı olmadığından malların gömrük rəsmiləşdirilməsi alıcı “Dövlət Neft Şirkətinin X6” tərəfindən aparılmışdır. Bu əməliyyat üçün imzalanmış bütün təsdiqedici sənədlər inzibati işə əlavə edilmişdir. “Dövlət Neft Şirkətinin X6” tərəfindən malların gömrük rəsmiləşdirilməsi nəticəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli **********6486 № li YGB-nin 44-cü sətrinin sənəd kodu 2016, yəni aviaqaimə kodunda **********3 kodu qeyd edilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta olmadığı və 409600,91 Avro məbləğində köçürülmüş vəsait üzrə mallar Azərbaycan idxal edilmişdir. Bundan əlavə o qeyd etmişdir ki, həmi ödənilmiş 409600,91 Avro "xxxx" Şirkəti tərəfindən onların hesabına geri qaytarılmışdır və bu hal KapitalBank tərəfindən verilmiş hesabdan çıxarış vasitəsi ilə təsdiqlənir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 409600.91 avro avans köçürməsinə münasibətdə MMC-nin təqdim etdiyi yük gömrük bəyannaməsi tərəflərindən yoxlanılmışdır. **********5482 yük gömrük bəyannaməsi (YGB) avans (qabaqcadan ödənilən vəsait) köçürməsi ilə uyğunluq təşkil etsə də, Dövlət Gömrük Komitəsinin elektron informasiya sistemində yoxlama zamanı həmin bəyannaməni aşkar etmək mümkün olmamışdır. Həmçinin bəyannamənin həqiqiliyi və rekvizitlərin doğruluğu yalnız DGK-in elektron informasiya sistemində açıldığı zaman müəyyən edilmiş olur. Pulun geri qaytarılması barədə sənədə münasibətdə o qeyd edir ki, hazırkı məhkəmə iclası zamanı həmin hala münasibət bildirə bilmir, bunu həmin məbləğ yoxlanılandan sonra edə biləcək. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31 avqust 2023-cü il tarixli, OX2 nömrəli ödəniş tapşırığından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 409600.91 Avro məbləğində xarici valyutada olan pul vəsaiti 31 avqust 2023cü il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; "xxxx" ASC-nin 04 sentyabr 2025-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən təsdiq edən sənədlər banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin böyük mütəxəssisi X5 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 17 sentyabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 409600.91 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 31 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 409600.91 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; hüquqi şəxs Şəxs MMC ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “Azneft” İstehsalat Birliyi və “Unisan Sanayi Yapı” LLC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 340/SAM/2023 saylı alqı-satqı müqaviləsindən görünür ki, hüquqi şəxs Şəxs MMC satıcı qismində “sulzer tipli nasosların ehtiyyat hissələrini” satmağı öz üzərinə götürmüşdür; xx.xx.2024-cü il tarixli **********5482 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, 409600.91 Avro məbləğində vəsait hesabına alınan mallar "xxxx" Şirkəti tərəfindən Şəxs MMC-yə göndərilmişdir; xx.xx.2025-ci il tarixli **********6846 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, 409600.91 Avro məbləğində vəsait hesabına alınan mallar Dövlət Neft Şirkətinin “X6” tərəfindən ölkəyə idxal edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, 409600.91 Avro məbləğində vəsait "xxxx" Şirkəti tərəfindən Şəxs MMC-nin hesabına geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X7 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X7 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 17 sentyabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokolda hüquqi şəxs Şəxs 409600.91 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 31 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 409600.91 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından və məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olduğu kimi xx.xx.2024-cü il tarixli **********5482 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 409600.91 Avro məbləğində vəsait hesabına alınan mallar "xxxx" Şirkəti tərəfindən Şəxs MMC-yə göndərilmiş, lakin hüquqi şəxsin idxal zamanı rüsum və vergiləri maliyyə çatışmazlığı səbəbindən həmin məbləği ödəmək imkanı olmadığından malların gömrük rəsmiləşdirilməsi “Dövlət Neft Şirkətinin X6” tərəfindən həyata keçirilməklə həmin quruma satılmışdır. Qeyd olunan hal məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli **********6846 sorğu nömrəli gömrük bəyannaməsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, həmin gömrük bəyannaməsindən məlum olduğu kimi 409600.91 Avro məbləğində vəsait hesabına alınan mallar Dövlət Neft Şirkətinin “X6” tərəfindən ölkəyə idxal edilmişdir. Bundan əlavə, "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan göründüyü kimi 409600.91 Avro məbləğində vəsait "xxxx" Şirkəti tərəfindən Şəxs MMC-nin hesabına geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən 31 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 409600.91 Avro məbləğində vəsait 02 (iki) il keçmədən Şəxs MMC tərəfindən ölkə ərazisinə geri qaytarılmışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 409600.91 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 31 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara köçürdüyünü, həmin məbləğ müqabilində alınan malların, mallar gömrükdə olarkən Dövlət Neft Şirkətinin “X6”nə satıldığını, bu halın iş materiallarında olan məktublarla və gömrük bəyannamələri ilə də öz təsdiqini tapmasını, 409600.91 Avro məbləğində vəsaitin 02 (iki) il keçmədən geri qaytarılmasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata təqsirliliyi sübuta yetmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-8199/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8199/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver