Məhkəmə qərarları › İş №3(011)-8219/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8219/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8219/2025 08.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, X3 Baş Dövlət Yol Polisi İdarəsinin X1 02 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN BDYPİ-nin X1 xx.xx.2025-ci il tarixli EQ30368385 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, özünə məxsus olan “Chevrolet Equinox” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil var. Həmin avtomobildən demək olar ki, gündəlik istifadə edir. Lakin, demək olar ki, il ərzində törətdiyi hər hansı bir yol hərəkəti haqqında qanunun tələblərini pozmur. Törətdiyi inzibati xəta nəticəsində isə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, eləcə də onun əsasında çıxarılmış qərarlardan əsassız olaraq mübahisə etmir. Lakin bir neçə vaxt bundan öncə ona məlum olmuşdur ki, barəsində qanunsuz olaraq inzibati xəta iş üzrə icraat aparılmış və bunun nəticəsində xx.xx.2025-ci il tarixli, EQ30368385 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və onun əsasında isə xx.xx.2025-ci il tarixli EQ30368385 nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuşdur. Həmin mövcud olmayan inzibati xəta xusis texniki vasitələrlə aşkar olunmuş və AR DİN BDYPİ-nin X2 tərəfindən qərar çıxarılmışdır. Həmin qərara əsasən bildirilir ki, xx.xx.2025-ci il tarixində saat 11:17-də o, özünə məxsus "Chevrolet Equinox" markalı, 77EH423 d.q.n. Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində dayandığı zaman guya taksi üçün ayrılmış duracaqda dayandığını aşkar etmiş və bununla əlaqədar olaraq AR İXM-nin 346.6-cı maddəsinin tələblərini pozduğuna görə barəsində bu qanunsuz qərar qəbul olunmuşdur. Həmin qərara görə 40 manat cərimə və 2 bal verilmişdir. Hesab edir ki, o, nəinki, bu xətaya, ümumiyyətlə hər hansı bir yol hərəkət qaydalarını pozmamışdır. Belə ki, həmin tarixdə o, həqiqətən də Ceyhun Hacıbəyli küçəsində özünə məxsus avtomobillə dayanmış, lakin qərarda göstərilən nişanın təsirinin kənarında idi. Beləliklə, o, hər hansı bir xətaya yol verməmiş və barəsində AR İXM-nin 346.6-cı maddəsi ilə tənbeh olunmağı üçün hər hansı bir əsas və sübut da yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi X4 və səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin X1 tərəfindən tərtib olunmuş 02 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 11:17-də “Chevrolet Equinox minik” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə taksi duracağında dayanması və ya durması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 346.6-cı maddəsinə əsasən taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 02 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30368385 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 02 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X3 xx.xx.2025-ci il tarixdə, saat 11:17-də “Chevrolet Equinox minik” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə taksi duracağında dayanması və ya durması göstərilmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 02 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30368385 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 02 sentyabr 2025-ci il tarixli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində 02 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30368385 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 02 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin X2 tərəfindən 02 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30368385 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 02 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin X2 tərəfindən 02 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30368385 inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 02 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar