Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-822/2023 21.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Azərbycan Respublikası Qida Təhlükəsiziyi Agentliyinin Bakı Regional Bölməsinin 088 nömrəli, 05 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini, İD********** nömrəli mallardan yenidən nümunə götürülməsini və həmin mallara qida təhlükəsizliyi sertifikatının verilməsinə dair X1 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, müəyyənetdi: X1 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbycan Respublikası Qida Təhlükəsiziyi Agentliyinin Bakı Regional Bölməsinin 088 nömrəli, 05 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini, İD********** nömrəli mallardan yenidən nümunə götürülməsini və həmin mallara qida təhlükəsizliyi sertifikatının verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, şikayətçi mallardan yenidən nümunə götürülməsini və həmin mallara qida təhlükəsizliyi sertifikatının verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayətçi tərəfindən qeyd edilmiş hallar üzrə şikayət məhkəmə aidiyatı üzrə düzgün verilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbycan Respublikası Qida Təhlükəsiziyi Agentliyinin Bakı Regional Bölməsinin 088 nömrəli, 05 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini, İD********** nömrəli mallardan yenidən nümunə götürülməsini və həmin mallara qida təhlükəsizliyi sertifikatının verilməsinə dair X1 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-822/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-822/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver