Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8293/2025 17.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Samid Sadiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 19 sentyabr 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 745700.00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 25 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 745700.00 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X5 çıxış edərək bildirmişdir ki, inzibati xəta haqqmda protokola əsasən, “X6” MMC tərəfindən 745700.00 avro məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixdə avans olaraq, ölkə xaricinə köçürülmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 745700.00 avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. İnzibati xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. “X6” MMC barəsində inzibati xəta haqqında hazırkı protokol tərtib ediləndə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar və hüquqi şəxsin əməlində həmin inzibati xətanın tərkibinin olmadığı nəzərə alınmamışdır. Təəssüf ki, “X6” MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli vəzifəli şəxsi tərəfindən inzibati araşdırma aparılanda və inzibati xəta haqqında protokol tərtib ediləndə direktoru olmaqla, o, dəvət edilib dindirilməmiş və törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi ilə bağlı ondan izahat alınmamışdır. Belə vəziyyətdə toplanmış sübutları kifayət hesab etmək olmaz. Belə hallarla bağlı İXM-nin 109.1-ci və 109.1.3-cü maddələrində göstərilir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş barəsində zəruri olan əlavə materiallar tələb edilir. İşin faktiki halları ilə əlaqədar bildirir ki, “X6” MMC ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti arasında “ZTR” markalı döyüş texnikalarına tələb olunan ehtiyat hissələri, avadanlıqlarla komplektləşdirilməsi və təmir işlərinin yerinə yetirilməsi barədə xx.xx.2023-cü il tarixli 18 nömrəli müqavilə bağlanmış və müqavilənin icra olunmasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 427S nömrəli Sərəncamı ilə icazə verilmişdir. Müqavilə öhdəliklərini yerinə yetirərək, hərbi təyinatlı malların idxal edilməsi məqsədilə şirkətlə “MDSA X3 Tic. San. LTD. ŞTİ.” Şirkəti (Türkiyə Cumhuriyyəti) arasında xx.xx.2023-cü il tarixli XSQ-MD/23-001 nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə müvafiq olaraq, MDSA X3 Tic. San. LTD. STİ tərəfindən xx.xx.2023-cü il tarixdə MDSA056 nömrəli, xx.xx.2023-cü il tarixdə MDSA056 nömrəli, xx.xx.2024-cü il tarixdə MDSA056 MDA**********003, MDA**********002 nömrəli, xx.xx.2024-cü il tarixdə MDSA056 MDA**********003, MDA**********002 nömrəli, xx.xx.2024-cü il tarixdə MDSA056 nömrəli və xx.xx.2024-cü il tarixdə MDSA056 nömrəli invoyslara əsasən müvafiq olaraq 745 700 (yeddi yüz qırx beş min yeddi yüz) avro, 164 300 (bir yüz altmış dörd min) avro, 823 665 (səkkiz iyirmi üç min altı yüz altmış beş) avro, 175 450 (bir yüz yetmiş beş min dörd yüz əlli) avro, 103 020 (bir yüz üç min iyirmi) avro və 118 815 (bir yüz on səkkiz min səkkiz yüz on beş) avro, ümumilikdə 2130950.00 (iki milyon bir yüz otuz min doqquz yüz əlli) avro məbləğ əvvəlcədən ödənilmişdir. Daha sonra mallar xx.xx.2023-cü il tarixdə 899 560 (səkkiz yüz doxsan doqquz min beş yüz altmış) avro və 709 520 (yeddi yüz doqquz min beş yüz iyirmi) avro, xx.xx.2024-cü il tarixdə 134 090 (bir yüz otuz dörd min doxsan) avro, xx.xx.2024-cü il tarixdə 74 865 (yetmiş dörd min səkkiz yüz altmış beş) avro və xx.xx.2024-cü il tarixdə 312 915 (üç yüz on iki min doqquz yüz on beş) avro məbləğ-ümumilikdə 2130950.00 (iki milyon bir yüz otuz min doqquz yüz əlli) avro dəyərində yüklər göstərilən tarixlərdə qısa idxal bəyannamələri ilə daxil olmuşdur. Şirkətlə bağlanmış xx.xx.2023-cü il tarixli XSQ-MD/23-001 nömrəli müqaviləyə əsasən idxal edilən mallar hərbi təyinatlı və onlarla bağlı məlumatlar dövlət sirrinə aid olduğuna görə yüklərə dair yük gömrük bəyannamələri şirkətə verilməmişdir və bununla əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankına təyinat məlumatını təqdim edə bilmirlər. Əldə edilən məlumatlar qısa idxal bəyannaməsi ilə məhdudlaşır. Daxil olan mallar DSX və “X6” MMC arasında olan xx.xx.2023-cü il tarixli 18 saylı müqaviləyə əsasən xx.xx.2023 tarixdə EBDU 608721, xx.xx.2023 tarixdə EBDV 536924, xx.xx.2024 EBEB 395974, xx.xx.2024 tarixdə MT2410 11480483 və xx.xx.2024 tarixdə MT2411 10031518 nömrəli, ümumilikdə 4352833.60 manat (ƏDV xaric) məbləğ dəyərində olan elektron qaimə-fakturalara əsasən DSX-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3-cü və 4.3.1.3-cü bəndlərinin mənasına görə Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələrin aparıldığı əməliyyat növlərindən biri də qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənədin təqdim edilməsi ilə bağlıdır. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır. Tərəflərindən DSX-nə dəfələrlə müraciət edilərək, "xxxx" ASC və Azərbaycan Respublikasının Mərkəzi Bankına Şirkətdən avansların bağlanması barədə YGB-dəki zəruri məlumatların göndərilməsinə köməklik edilməsi xahiş edilmişdir. Sonuncu dəfə isə xx.xx.2025-ci il tarixli məktubla DSX-nə müraciət edilərək, "xxxx" ASC və Azərbaycan Respublikasının Mərkəzi Bankına Şirkətdən avansların bağlanması barədə YGB-dəki zəruri məlumatların göndərilməsi xahiş edilmişdir. Göstərilənlərlə təsdiq edilir ki, şirkət tərəfindən avans ödənişinin aparıldığı xx.xx.2023-cü il tarixdən 2 (iki) il müddətində 745700.00 avro məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxal edilməməsinə yol verilməmiş və İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Beləliklə o, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin böyük mütəxəssisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqmda protokola əsasən, avans ödənişin aparıldığı xx.xx.2023-cü il tarixdən 2 (iki) il müddətində 745700.00 avro məbləğində vəsait hesabma alman malların (xidmətin) ölkəyə idxal edilməməsində və ya həmin məbləğdə valyuta vəsaitinin geri qaytanlmamasında hüquqi şəxs “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata əməldə həmin inzibatı xətanın tərkibi olmadığına görə xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə məhkəməyə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə ərizə ünvanlayaraq qeyd etmişdir ki, təyin edilmiş inzibati xəta haqqında məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş edir. "X6" MMC-in təqdim etdiyi sənədlərə münasibətdə qeyd edir ki, xx.xx.2025-ci il tarixli Dövlət Sərhəd Xidmətinin və xx.xx.2025-ci il tarixli Dövlət Gömrük Komitəsinin məktubundan da aydın olur ki, avans köçürməsi zamanı təqdim edilən müqavilə çərçivəsində mallar ölkəyə idxal edilmişdir. Bütün bu halları nəzərə alaraq "X6" MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 745700.00 Avro məbləğində xarici valyutada olan pul vəsaiti 25 avqust 2023-cü il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; "xxxx" ASC-nin 29 avqust 2025-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin böyük mütəxəssisi X2 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 19 sentyabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 745700.00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 25 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 745700.00 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 16 oktyabr 2025-ci il tarixli, 9/3295M nömrəli məktubdan görünür ki, Şəxs ilə aralarında bağlanmış “ZTR” markalı döyüş texnikalarına tələb olunan ehtiyat hissələri, avadanlıqlarla komplektləşdirilməsi və təmir işlərinin yerinə yetirilməsi ilə əlaqədar bağlanılmış xx.xx.2023-cü il tarixli, 18 nömrəli və xx.xx.2025-ci il tarixli XSQ-MD/23-001 nömrəli müqavilələrdə göstərilmiş ehtiyat hissələri və avadanlıqlar Dövlət Gömrük Komitəsi tərəfindən rəsmiləşdirilərək buraxılışı təmin edilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli, K/9/554m nömrəli sorğu məktubuna verilmiş xx.xx.2025-ci il tarixli, 3-33/02-580M nömrəli cavab məktubdan görünür ki, müraciətdə qeyd olunan mallar aidiyyatı gömrük orqanı tərəfindən rəsmiləşdirilərək buraxılışı təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X4 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 16 oktyabr 2025-ci il tarixli, 9/3295M nömrəli və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli, 3-33/02-580M nömrəli məktublarından görünür ki, Şəxs MMC-nin hesabından Azərbaycan Respublikasından kənara edilmiş 745700.00 Avro məbləğində vəsait hesabına alınmış məhsullar ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 745700.00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 25 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara ödəniş etməklə köçürdükdən sonra 745700.00 Avro məbləğində vəsait hesabına alınmış malların Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 16 oktyabr 2025-ci il tarixli, 9/3295M nömrəli və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2025-ci il tarixli, 3- 33/02-580M nömrəli məktublarında qeyd olunan məlumatlara əsasən idxal edilməsinin təsdiqləndiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-8293/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8293/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver