Məhkəmə qərarları › İş №3(011)-8337/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8337/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8337/2025 13.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhər X11 İdarəsinin 15 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin "İnzibati tənbeh vermə haqqında" TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarın və onun nəticələrinin ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə mülkiyyətimdə olan "X8” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsibbəy Yusifbəyli küçəsi ilə hərəkətdə olan zaman yol-patrul xidməti avtomobili arxasınca gələrək ona dayanma əmri vermişdir. O, dayandıqdan sonra yol-patrul xidməti avtomobilindən düşən əməkdaş ona tərəf yaxınlaşaraq ilk öncə ondan nəyə görə saxladığını bilibbilmədiyini soruşmuşdur. Daha sonra, qərar mənə rəsmi qaydada verildikdən sonra həmin YPX inspektorunun adının Məmmədov Ramiq olduğunu bilmişdir. Bundan sonra həmin şəxs dəqiq ünvan və küçə adını deməyərək, ona bir neçə dəqiqə öncə Azərbaycan Tibb Universitetinin yanı ilə hərəkətdə olan zaman yol ayırıcına digər avtomobilə yol verməyərək yol-hərəkəti haqqında qanunun tələbini pozduğunu deyərək ona baxmışdır. O, həmin əməkdaşdan pozuntunun xüsusi texniki vasitə ilə, yoxsa həmin əməkdaşın özü tərəfindən müəyyən edildiyini soruşmuşdur. YPX inspektoru Məmmədov Ramiq suala cavab verməyərək əlindəki planşetdə nə isə axtarmışdır. O, həmin inspektorun ona avtomobilmin hərəkətdə olmasına dair video görüntünü göstərməsini gözləmişdir. Bu vaxt ərzində o, sonuncunun qeyd etdiyi yolayırıcında heç bir qaydanın pozulmadığını ona bildirmişdir. Lakin, ona heç bir video görüntü təqdim etməmiş və sonra ona aid bəzi şəxsi məlumatları dəqiqləşdirmişdir. Bundan sonra o, tam şəkildə əmin olmuşdur ki, qeydə alınmış hərəkətinin inzibati xəta olub-olmamasından aslı olmayaraq həmin hərəkət xüsusi texniki vasitə ilə aşkar edilmişdir. Bundan sonra YPX inspektoru Məmmədov Ramiq ona inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Lakin protokolu ona təqdim etməmişdir və hansı maddəyə əsasən və hansı məbləğdə cərimə olunduğu barədə məlumat verməmişdir. O, isə ona protokolla razı olmadığını və bu barədə qeyd aparmaq istədiyini bildirmişdir. Lakin YPX inspektoru Məmmədov Ramiq printerin (çap aparatı) işləmədiyini bildirərək protokolu ona təqdim etməmişdir. Buna baxmayaraq protokolla bağlı 10 gün (əslində 20 gün nəzərdə tutulmuşdur) müddətində şikayət edə biləcəyini bildirmişdir. Sonradan ona tərtib edilən protoklun İXP ******* nömrəli inzibati xəta haqqında protokol olduğunu və onun həmin protokola əsasən inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat cərimə olunduğumu və 3 bal aldığını görmüşdür. xx.xx.2025-ci il tarixdə X11 İdarəsinə getmişdir. Bundan sonra o "İnzibati tənbeh vermə haqqında" TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarın surətini imzalı formada, rəsmi şəkildə əldə edərək X11 İdarəsinin inzibati binasını tərk etmişdir. Yəni o "İnzibati tənbeh vermə haqqında" TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə rəsmi şəkildə əldə etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, inzibati xətanın törədilməsi zamanı qeydə alınmış foto və videogörüntülər, həmçinin inzibati xətanın məhz onun təqsiri ucbatından törədilməsini təsdiq edən digər sübutlar ona təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X11 İdarəsinin Polis X2 tərəfindən tərtib olunmuş 15 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 13:47-də ünvan 1 ünvanında "X8” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 (yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 15 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 13:47-də ünvan 1 ünvanında "X8” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 (yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 15 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 inzibati xətanın törədilməsi zamanı qeydə alınmış foto və videogörüntülər, habelə digər sübut əhəmiyyəti kəsb edən sənədlər təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində 15 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci amaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər X11 İdarəsi tərəfindən tərtib olunmuş 15 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhər X11 İdarəsi tərəfindən tərtib olunmuş 15 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar