Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8351/2025 20.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, X1 iştirakları ilə, X3 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 məhkəməyə müraciət edərək, ona tətbiq edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati cərimə qərarının ləğv edilməsini və iş üzrə xərclərin cavabdehin üzərinə tətbiq olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3847/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, X3 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan verdiyi şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025 tarixində onun idarə etdiyi **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlama səbəbi kimi "avtomobilin arxa hissəsinin aşağı olması və arxa yayların guya qısaldılması" göstərilmişdir. O, dəfələrlə avtomobilə ekspertiza təyin olunmasını tələb etmiş, lakin bu hüququ təmin edilməmişdir. Ekspertiza aparılmadan, heç bir sübut təqdim edilmədən onun avtomobilinə qanunsuz olaraq cərimə yazılması cəhdi olmuş və cərimə meydançasına aparılaraq, onu post patrula əyləşdirib, 17-ci Polis İdarəsinə aparmış və ac, susuz 10 saat orda gözlətdikdən sonra tələb etmişdir ki, tabesizlik etmişsə, cəriməsini yazıb, protokolu təqdim etsinlər, məhkəməyə verəcəkdir və orada qərar veriləcəkdir. Əməkdaş isə ona demişdir ki, protokol tərtib etmiş, özləri onu məhkəməyə verəcəklər. O isə, “lap yaxşı siz verdiz, mən verdim fərqi yoxdur” ifadəsini işlətmişdir. Axşam tərəfi Məhkəməyə çıxarılmış, heç bir tabesizlik etmədiyi sübuta yetirilmiş və işə xitam verilmişdir. Baş X7 idarəsinin 30-cu otağına yaxınlaşmış, demişdir ki, maşınını götürmək istəyir, qarşılığında ona demişlər ki, getsin cərimə meydançasına, ekspert təyin edilmişdir, gəlib maşını yoxlayacaqdır. Ekspert gəlmiş, maşına baxmış və heç bir qanuna zidd əməl aşkarlamamışdır və ona bildirmişdir ki, getsin yaxınlaşsın onlara arayışını versinlər, maşını götürüb getsin. O, yeniden Baş Dövlət yol polis idarəsinə yaxınlaşmış və bildirmişdir ki, təyin etdiyiniz ekspert heç bir qanuna zidd əməl aşkarlamamış və ona demişdir ki, get arayışını götür maşını apar. Bundan sonra Rəis ona demişdir ki, necə olur ki qayda pozuntusu yoxdur, bu qayı sənin maşınını niyə içəriyə salıb və ona demişdir ki, çıx çölə qayı ilə əlaqə saxlayım səni çağıracam və onu yenidən çağırmış demişdir ki, getsin arxa stopları dəyişsin, zavod istehsalı olanı qoysun və o demişdir ki, onun maşınının stopları zavod istehsalı ilə eyni ölçüdə, eyni işıq rəngli stoplardır və stopun iç dizayn yeni modeldə istehsal olunmasına görə cərimə yoxdur. Onlar buna məhəl qoymamış və ona demişdir ki, 150 manat cərimə yazırlar, getsin stopları zavod ilə əvəz etsin. Gedib zavod ilə əvəz edib videosunu çəkib yenidən yaxınlaşmış və videonu təqdim etmişdir və ona 150 manat cərimə yazmışlar. Cərimənin qərarını oxuyanda görmüşdür ki, stoplara görə cərimə yazılmamış, yaylara görə yazılmışdır. İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə, pozuntu yalnız rəsmi ekspertiza və sübutlarla təsdiqlənməlidir. Bu halda isə heç bir sübut təqdim edilməmiş, onun hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 25 avqust 2025-ci il tarixində saat 08:20-də Bakı şəhəri, Xətai rayonu ərazisində idarə etdiyi “Chevrolet Cobalt LTZ minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni əqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni əqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında Bakı şəhər Baş Polis İdarəsi X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 25 avqust 2025-ci il tarixində saat 08:20-də Bakı şəhəri, Xətai rayonu ərazisində idarə etdiyi “Chevrolet Cobalt LTZ minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni əqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsində göstərilən tələblərə uyğun gəlməyən nəqliyyat vasitələri saxlanıldıqdan sonra müvafiq qaydada müayinə aparılmalı, habelə nasaz nəqliyyat vasitələri xüsusi cihazlardan istifadə olunmaqla yoxlanılmalı olduqları halda, polis əməkdaşı tərəfindən yalnız vizual formada nəqliyyat vasitəsinə baxış keçirilməklə kifayətlənilərək X3 nəqliyyat vasitəsini normativ tələblər pozulmaqla təkər bazasının və ya təkər düsturunun pozulması qənaətinə gəlinərək barəsində əsassız və qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərar qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-8351/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8351/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver