Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-84/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X1 nümayəndəsi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin rəis müavini X12 tərəfindən qəbul edilmiş MN1292717 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X7 nümayəndəsi, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X15 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin rəis müavini X12 tərəfindən qəbul edilmiş MN1292717 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini göstǝrǝrǝk "xxxx" MMC-nin direktoru X13 barəsində inzibati tənbeh verma haqqında MN1292717 nömrəli 27 dekabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. X3 2000 (iki min) manat cərimə olunmuşdur. Qərarda göstərilir ki, "xxxx" MMC-nin direktoru X13 işçisi X10 xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra müvafiq akt (iz formalı akt) tərtib etməkdən imtina edərək boyun qaçırmışdır. Halbuki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında 27 dekabr 2022-ci il tarixli qərar tam əsassız və qanunsuzdur. Bildiririk ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X16 xx.xx.2022-ci il tarixdə iş yerində, iş vaxtı öz ehtiyatsızlığı nəticəsində sağ əlinin barmaqlarından xəsarət almışdır. Hadisənin baş verilməsi barədə cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə X20 Xidmətinə zəng olunmuş və xx.xx.2022-ci il tarixdə rəsmi məlumat verilmişdir. Həmin bədbəxt hadisənin təhqiqatının aparǝlması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin xx.xx.2022-ci il tarixli **********5 nömrəli əmri ilə tərkibində MMCnin nümayəndələri də olan komissiya yaradılmışdır. Komissiyanın sədri X20 Xidmətinin baş məsləhətçisi-baş əmək müfəttişi X21 xx.xx.2022-ci il tarixdə təhqiqat akti tortib edərək imzalanması üçün "xxxx" MMC-nin elektron poçt ünvanına göndərilmiş və komissiyanın camiyyatdan olan üzvləri tərəfindən imzalanmışdır. Tahqiqat aktının bədbəxt hadisənin səbəbləri bölməsinin 4.1-ci bəndində zərərçəkmiş H.Əliyev tərəfindən "Operatorun vazifa talimatının "3. İş vaxti" bölməsinin 3.1 va 3.3 cü bəndlərinin tələblərinə riayət edilməməsi və pozulduğu göstərilsə də akun bədbəxt hadisənin sabablari bölməsinin 4.2-ci bəndində Cəmiyyətin polietilen paket istehsalt sexinin rəisi X8 nəzarətsizliyi sözləri qeyd edilmişdir. Tahqiqat aktında Pünhan Hüseynovun nəzarətsizliyini təsdiq edəcək heç bir sübut va hai müəyyən olunmur. Komisiya üzvlərindən olan "xxxx" Mahdud Məsuliyyətli Cəmiyyətinin işçilləri X24 ve X6 aktını imzalamış və aktın bədbəxt hadisənin səbəbləri bölməsinin 4.2-ci bəndində Cəmiyyətin polietilen paket istehsalı sexinin roisi X8 nəzarətsizliyi sözlərinin əsassız olması barədə xüsusi ray tərtib olunaraq aktına əlavə olunmuşdur. Cəmiyyatin polietilen paket istehsalı sexinin rəisi X8 nəzarətsizliyinin təhqiqat aktında nədən ibarət olması əsaslandırılmamış və qərəzli olaraq qeyd edilmişdir. Bundan sonra işin taktiki hallarına uyğun olaraq işəgötürən tərəfindən hadisə barədə istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi va uçota alınması qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respubliksası Nazirlər kabinetinin Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq tərtib edilmiş təhqiqat aktinin 4-cü səbəblər bölməsinin 4.2 ci bəndinin və 6-cı bəndində göstərilən Cəmiyyətin polietilen paket istehsalı sexinin rəisi X8 nəzarətsizliyi sözlərinin aktda qeyd edilməsinə etiraz edir. Təhqiqat aktının "4.2-ci bəndi" əsassız yazıldığına və həmin bəndə görə aktın 6-ci bəndində qeyd edilmiş "Cəmiyyətin polietilen paket istehsalı sexinin rəisi X8 nəzarətsizliyi" əsassız olduğundan işəgötürən tərəfindən tərtib olunmuş İZ formalı akta göstərilməmişdir. Bildiririk ki, zərərçəkmiş X16 iş yerində texniki təhlükəsizlik qaydalarından giriş, ilkin, takrar təlimatlar almış və əməyin mühafizəsi üzrə biliyi yoxlanılmış və müstəqil olaraq doğrayıcı (qranulyator) aparatında işləmişdir. Hadisə baş vermiş doğrayıcı (qranulyator) işlək və saz vəziyyətdə olmuşdur, doğrayıcıda hər hansı bir nasazlıq olmamışdır. Hadisə baş verən zaman istehsalat sexinin rəisi X5 İçərisindəki yeməkxanada nahar edərkən səsə çölə çıxmışdır. Hadisənin video görüntüsündən da açıq-aydın görünür ki, zərərçəkmiş H.Əliyev vəzifə təlimatının "3. İş vaxtı" bölməsinin 3.1 və 3.3 cü bədlərinin tələblərini kobud şəkildə pozaraq ehtiyatsızlığı nəticəsində sağ əlinin barmaqlarından az ağır xəsarət almışdır. Eyni zamanda baş vermiş bədbəxt hadisə Bakı şəhəri, Nərimanov Rayon Prokurorluğu tarafindan araşdırılmış və əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulması halı olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Araşdırma zamanı rayon prokurorluğu tərəfindən tayin edilmiş məhkəmə-texniki təhlükəsizlik ekspertizasının xx.xx.2022-ci il tarixli 10/5086 nömrəli rəyində operator işləyən X10 əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırılmasını və dəzgahın texniki saz vəziyyətdə olmasını nəzərə almaqla, iş prosesi zamanı avadanlığı söndürmədən əlini fırlanan şinekin hərəkət zonasına salmaqla öz fərdi təhlükəsizliyinə riayət etmədiyinə görə vəzifə təlimatının 3.1 bəndinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları" nın 11-ci bəndinin tələblərinin onun özü tərəfindən pozulduğu öz təsdiqini tapmışdır. Təhqiqat aktı komisiyyanın üzvlərinin birgə iştirakı zamanı tərtib olumalı, həm cəmiyyətin həm də DƏMX-nin üzvlərinin yekdil razılığı ilə qəbul edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi X13 ümumiyyətlə heç bir inzibati xəta pozuntusu törətməmiş və onun hərəkətlərində İXM-nin 555-ci maddəsinin tərkibi yoxdur. Belə ki, işəgötürən tərəfindən İZ formalı akt tərtib olunmuşdur. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən X20 Xidmətinin çıxardığı 27 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməsi və inzibati icraata xitam verilməsi xahiş olunur. X7 nümayəndəsi, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X15 şikayətin dəlillərinə uyğun izahat verərək verilmiş şikayətin təmin olunmasını və X20 Xidmətinin çıxardığı 27 dekabr 2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin rəis müavini X12 tərəfindən inzibati tənbeh vermə haqqında MN1292717 sayılı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X13 işçisi X10 xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra müvafiq akt(İZ formalı akt) tərtib etməkdən imtina edərək boyun qaçırmışdır 26 avqust 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” Bakı Şəhər Nərimanov Rayon Prokurorluğunun qərardan görünür ki, X10 "xxxx" MMC-nin icarəyə götürdüyü ünvan 1 ünvanında fəaliyyət göstərən polietieln materialdan torbaların hazırlanması sexində xəsarət alması faktı əsasında toplanmış 336-C-22 saylı materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 26 oktyabr 2022-ci il tarixli, №1 aktdan görünür ki, X10 xəsarət alması barədə akt tərtib olunmuşdur. "xxxx" MMC-nin 03 noyabr 2022-ci il tarixli, № 067/22 saylı məktubundan görünür ki, 31 oktyabr 2022-ci il tarixli №**********8 nömrəli məktubla, işəgötürən tərəfindən İZ formalı aktın 11.1-ci ve 12-ci bəndlərində təhqiqat aktına uyğun məlumatların daxil olmaması səbəbindən yenidən tərtib edilməsi və 2 iş günü müddətində X20 Xidmətinə təqdim olunması xahiş olunmuşdur. Xüsusi rəydə göstərildiyi kimi, təhqiqat aktının 4-cü səbəblər bölməsinin 4.2-ci bəndinin ve 6-ci bəndində göstərilən Cəmiyyətin polietilen paket istehsalı sexinin rəisi X8 nəzarətsizliyi sözlərinin aktda qeyd edilməsinə etiraz edirik və bildirirk ki, təhqiqat aktında "4.2-ci bəndi" əsassız və qanunsuz yazıldığına görə həmin aktın 6-cı bəndində qeyd edilmiş "Cəmiyyətin polietilen paket istehsalı sexinin rəisi X8 nəzarətsizliyi" sözləri çıxarılmışdır. Təhqiqat aktınını 3-cü şərait bölməsinin şəraiti və qeydində, hadisənin vidio görüntüsündən acıq-aydın görünür ki, Haldun Əliyev vəzifə təlimatının müvafiq bəndlərinin tələblərini köbud şəkildə pozaraq öz ehtiyatsızlığı səbəbindən xəsarət almışdır. Eyni ilə həmnin hadisəni araşdıran Nərimanov rayon prokurorluğu tərəfindən təyin olunmuş məhkəmə texniki- təhlükəsizlik ekspertizasının ekspert rəyində, hadisənin səbəbi texniki təhlükəsizlik qaydalarının X16 tərəfindən pozulduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 555.3-cü maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə - min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 Ceyhun Teymur oğlu işçisi X10 xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra müvafiq akt(İZ formalı akt) tərtib etməkdən imtina edərək boyun qaçırmış və İXM-nin 555.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 2000 manat cərimə edilmişdir. X13 barəsində qəbul edilmiş MN1292717 sayılı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X13 işçisi X10 xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra müvafiq akt (İZ formalı akt) tərtib etməkdən imtina edərək boyun qaçırması qeyd olunsa da, lakin şikayət materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, X10 xəsarət alması barədə 26 oktyabr 2022-ci il tarixli, №1 akt qəbul edilmişdir. X4 Əmək Müfəttişliyi tərəfindən tərtib olunmuş aktı imzalamaması səbəbi olaraq X8 nəzarətsizliyi sözlərinin olmasını qeyd etmişdir. Bakı Şəhər Nərimanov Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” 26 avqust 2022-ci il tarixli qərarda X8 nəzarətsizlik etməsi ilə bağlı heç bir əsas göstərilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2022-ci il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət qisməm təmin olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X13 barəsində xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X7 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X7 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin rəis müavini X12 tərəfindən qəbul edilmiş MN1292717 sayılı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X7 şikayəti qismən təmin edilsin. X7 nümayəndəsi, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin rəis müavini X12 tərəfindən qəbul edilmiş MN1292717 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-84/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-84/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver