Məhkəmə qərarları › İş №3(011)-8446/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-8446/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-8446/2025 07.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X7 İdarəsinin (Yol patrul xidməti inspektoru, polis baş serjantı X2) hərəkətlərinin qanunsuz hesab edilməklə “Yol hərəkəti qaydalarının pozulmasına” dair xx.xx.2025-ci il tarixli, İXM seriyalı ******* saylı protokolun əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi, eləcə də idarə etdiyi 1994-cü il buraxılış, “Mercedes Benz C200” minik markalı, **-SA-*** nömrəli avtomobilinin cərimə meydançasından dərhal özünə qayatrılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şikayətə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar isə şikayətə əlavə edilməmişdir. Beləliklə, məhkəmə, inzibati xəta materialını araşdırıb, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə göstərilən sənədlər siyahısına aid olmadığını, inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını, barəsindən inzibati icraat aparılan şəxsə belə bir hüququn tanınmadığını və şikayət ərizəsinin imzalanmadığını nəzərə alaraq hesab edir ki, şikayət inzibati xəta haqqında protokoldan verilmiş şikayət kimi qiymətləndirilməli, inzibati xəta haqqında protokoldan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar