Məhkəmə qərarları › İş №3(011)-8500/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8500/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8500/2025 28.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMC-nin rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olan Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 24 sentyabr 2025-ci il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 646/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən 315.730 manatdan heç bir ödəniş edilməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, qeyd olunan icra vərəqələrindən xəbəri var. Lakin MMC-nin maddi durumu həmin icra vərəqələrini icra etməyə imkan vermir. Belə ki, tərəf olaraq, İcra şöbəsi də təsdiq edər ki, artıq xeyli müddətdir ki, MMC-nin bank hesablarına həbs qoyulmuşdur. Heç bir maliyyə əməliyyatı olunur. Demək olar ki, MMC borc içində batır. Heç bir gəliri yoxdur. Tərəfindən, hündürmərtəbəli bina tikilib başa çatsa da, həmin binadan heç bir gəlir əldə etməmişdir. Məlum olduğu kimi həmin binada yerləşən sahələr, əvvəllər vətəndaşları aldadan “X5” MTK-nın rəhbəri Hikmət Yigitdölün vurduğu ziyanın əvəzi olaraq, onun barəsində olan iş üzrə zərərçəkmişlərə əvəzsiz qaydada verilmişdir. Hal-hazırda dövlət büdcəsinə ümumilikdə 694784,74 manat məbləğində vergi borcu yaranmışdır ki, buna görə də qeyd olunan təşkilatın xahişi ilə, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 1149/2025 saylı qətnaməs ilə MMC-nin rəhbəri Şəxs ölkədən getmək hüququ, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 12,46 manat, dövlət büdcəsinə 627329,35 manat məbləğində olmaqla, ümumilikdə 627341,81 manat məbləğində borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Qeyd olunan qətnaməni təqdim edir. Belə ki, göründüyü kimi, onun qeyd olunan icra vərəqələrini icra etməməkdə qərəzli mövqeyi yoxdur. Ona görə də hesab edir ki, qeyd oluan protokol üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-646/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən dəymiş zərərin əvəzi olaraq ümumilikdə 315.630 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı X2, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın alınaraq Məhkəmə Ekspertiası Mərkəzinə ödənilməsi qərara alınmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-646/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş göndərilərək icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. İcra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə boclunun "xxxx" ASC-də olan hesabına 22101.10 manat həcmində həbs qoyulmuşdur. İcra məmururnun xx.xx.2025-ci il tarixli qərarı ilə hüquqi şəxsin direktoru Şəxs barəsində axtarış elan edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin direktoru Şəxs cinayət məsuliyyətinə cəlb olunması haqqında yazılı xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, vəzifəli şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, vəzifəli şəxsin məhkəməyə təqdim etdiyi etirazda vurğuladığı hallar (MMC-nin maddi vəziyyətinin aşağı olması və s.) hazırkı iş üzrə icraata xitam verilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri – cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Vəzifəli şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar