Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8569/2025 28.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.5-ci maddəsi ilə 02 oktyabr 2025-ci il tarixli, 00400-00873/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsindən daxil olmuş 3-33- 1300/012/002896 nömrəli, xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar tərəfimdən araşdırma aparılaraq müəyyən edilmişdir ki, İran İslam Respublikasında yerləşən "RADİN TEJARAT FARTAK BY ORDER X4 GİDA SANAYİ VE DİŞ TİCARET LİMİTED SİRKETİ" yük göndərənin ünvanından Azərbaycan Respublikası Bakı şəhərində yerləşən "xxxx" MMC (VÖEN: **********) şirkətinin ünvanına göndərilən yükü müşayiət edən xx.xx.2025-ci il tarixli "492" nömrəli invoysa, 478030 nömrəli CMR-ə əsasən "NİLEX" adlı polietilen əsaslı, şəffaf, torba yüklü "DONG FENG DFL 4180" markalı 53AA165/53AA166 qeydiyyat nişanlı nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin "Cənub-Astara gömrük postunun inzibati ərazisində yerləşən "NUCTECH MT1213DE" mobil tipli rentgen qurğusundan keçərkən yükdə şübhəli cizgilər müşahidə edildiyindən sözügedən yükəbaxış keçirilməsi üçün yoxlama qrupuna yönləndirilmişdir Yoxlama qrupunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsində heç bir hüquqpozma predmenti aşkar edilməmişdir. Lakin xx.xx.2025-ci il tarixli "492" nömrəli invoysda göstərilən, nəqliyyat vasitəsinin qoşqusunun ön hissəsində olan 400 kisədə təqribi çəkisi 8000 kq olan və 52 qutuda təqribi çəkisi 832 kq olan "NİLEX" nişanlı polietilen torba yükünə baxış keçirən zaman həmin sellofanların qalınlığı, "Ətraf mühitin mühafizəsi haqqında qanunun 46-cı maddəsinə əsasən 15 mikron (0.015 mm)-dən az olması şübhəsi yarandığından malların qalınlığının müəyyən olunması üçün həmin mallardan nümunələr götürülərək Dövlət Gömrük Komitəsi X1 İdarəsinə göndərilmişdir. X1 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-5300/2- 003817/2025 nömrəli ekspert rəyinə əsasən "Nilex" adlı, polietilendən (CAS 9002-88-4) hazırlanmış torbaların qalınlığı 14.3 mikron (0,0143 mm), "Nilex" adlı, (CAS 9002-88-4) hazırlanmış torbaların qalınlığının isə 8.3 mikron (0,0083 mm) müəyyən olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə səlahiyyətli nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; X1 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-5300/2-003817/2025 nömrəli ekspert rəyinə əsasən "Nilex" adlı, polietilendən (CAS 9002-88-4) hazırlanmış torbaların qalınlığı 14.3 mikron (0,0143 mm), "Nilex" adlı, (CAS 9002-88-4) hazırlanmış torbaların qalınlığının isə 8.3 mikron (0,0083 mm) müəyyən olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2 tərəfindən tərtib edilmiş İXM-nin 275.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 02 oktyabr 2025-ci il tarixli, 00400-00873/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsindən daxil olmuş 3- 33- 1300/012/002896 nömrəli, xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar tərəfimdən araşdırma aparılaraq müəyyən edilmişdir ki, İran İslam Respublikasında yerləşən "RADİN TEJARAT FARTAK BY ORDER X4 GİDA SANAYİ VE DİŞ TİCARET LİMİTED SİRKETİ" yük göndərənin ünvanından Azərbaycan Respublikası Bakı şəhərində yerləşən "xxxx" MMC (VÖEN: **********) şirkətinin ünvanına göndərilən yükü müşayiət edən xx.xx.2025-ci il tarixli "492" nömrəli invoysa, 478030 nömrəli CMR-ə əsasən "NİLEX" adlı polietilen əsaslı, şəffaf, torba yüklü "DONG FENG DFL 4180" markalı 53AA165/53AA166 qeydiyyat nişanlı nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin "Cənub-Astara gömrük postunun inzibati ərazisində yerləşən "NUCTECH MT1213DE" mobil tipli rentgen qurğusundan keçərkən yükdə şübhəli cizgilər müşahidə edildiyindən sözügedən yükə baxış keçirilməsi üçün yoxlama qrupuna yönləndirilmişdir Yoxlama qrupunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsində heç bir hüquqpozma predmenti aşkar edilməmişdir. Lakin xx.xx.2025-ci il tarixli "492" nömrəli invoysda göstərilən, nəqliyyat vasitəsinin qoşqusunun ön hissəsində olan 400 kisədə təqribi çəkisi 8000 kq olan və 52 qutuda təqribi çəkisi 832 kq olan "NİLEX" nişanlı polietilen torba yükünə baxış keçirən zaman həmin sellofanların qalınlığı, "Ətraf mühitin mühafizəsi haqqında qanunun 46-cı maddəsinə əsasən 15 mikron (0.015 mm)-dən az olması şübhəsi yarandığından malların qalınlığının müəyyən olunması üçün həmin mallardan nümunələr götürülərək Dövlət Gömrük Komitəsi X1 İdarəsinə göndərilmişdir. X1 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-5300/2- 003817/2025 nömrəli ekspert rəyinə əsasən "Nilex" adlı, polietilendən (CAS 9002-88-4) hazırlanmış torbaların qalınlığı 14.3 mikron (0,0143 mm), "Nilex" adlı, (CAS 9002-88-4) hazırlanmış torbaların qalınlığının isə 8.3 mikron (0,0083 mm) müəyyən olunmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5805)/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan “Nilex” adlı, “Kosar freezer bag” nişanlı, “Nilex” adlı, “Deniz plastic bags” nişanlı, “Nilex” adlı, “Mahtab freezer bags” nişanlı, “Nilex” adlı, “Pavam Plast” adlı, “23x35” nişanlı, “Nilex” adlı, “Silva ekonomik freezer bag” nişanlı və “Nilex” adlı, “Silva ekonomik freezer bag” nişanlı, polietilendən hazırlanmış torbalar müsadirə edilməklə barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məlumat məktubundan görünür ki, 492 saylı faktura üzrə göndərilmiş yüklə bağlı müəyyən problem aşkarlanmışdır. Görünür, "Nilex" məhsullarının bir hissəsinin hissəsinin qalınlığı 15 mikrondan azdır, bu isə tərəflər arasında razılaşdırılmış texniki göstəricilərə uyğun deyil. Bu nəzarətsizlik səbəbindən səmimi şəkildə üzr istəyir və təsirə məruz qalmış malların bizə geri qaytarılmasını xahiş edirik. Qaytarılmış məhsulları aldıqdan sonra, sizə dəymiş ziyana görə uyğun kompensasiya təqdim ediləcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. 275.5-ci maddəsinə əsasən bu Məcəllənin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İlk öncə qeyd edilməlidir ki, İXM-nin 84-cü maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, təqdim edilmiş sübutlar obyektiv surətdə mötəbərlik və mümkünlük kriteriyasına uyğun olaraq məhkəmə tərəfindən qiymətləndirilir. Hazırkı işin hallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXMnin 275.5-ci maddəsi ilə inzibati araşdırma başlanmışdır ona görə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bu Məcəllənin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh almış şəxs kimi inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. İXM-nin 275.4-cü maddəsində isə göstərilir ki, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Tədqiq edilmiş iş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X4 Sanayi ve Dış Ticaret Limited Şirkəti ilə xx.xx.2025-ci il tarixli müqavilə bağlamış və müqavilə şərtlərinə əsasən, mal göndərən AR qanununa əsasən qalınlığı 15 mikrondan yuxarı olan polietilen torbaları mal alana göndərməyi öhdəsinə götürmüşdür. Eyni müqavilə şərtinə əsasən mallar Azərbaycan tərəfinə Bakıda təslim ediləcəyi razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məlumat məktubundan görünür ki, malın səhv çatdırılması nəticəsində 15 mikrondan az olan polietilen torbalar Azərbaycan ərazisinə daxil olmuşdur. İstinad olunanlara əsasən məhkəmə qeyd edir ki, başqa şirkətin müqavilə üzrə öhdəliyinin səhv icra edilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-nin 275.5-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.5-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-8569/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8569/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver