Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-858/2022 23.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X14 Xidmətinin nümayəndəsi X13 və X6 vəkili X5 iştirakları ilə, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, m ü ə y y ə n e t d i: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi yanında X14 tərəfindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanına poçt vasitəsi ilə çatdırılmışdır. İnzibati tənbeh vermə haqqında qərarda göstərilən dəlillərlə razılaşmayaraq qeyd etmək istəyir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi yanında Dövlət Əmək X1 onun direktoru olduğum “TT Servis AZ" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən qanunsuz olaraq əməyə cəlb edilməsini əsas gətirərək inzibati xətalara dair icraata başlamış və nəticədə inzibati tənbeh vermə haqqımda qərar qəbul edilmişdir. X4 tərəfindən X11 ünvanlanan şikayətində ümumiyyətlə "xxxx" MMC barəsində hər hansı bir qanun pozuntusu öz əksini tapmamış, müəssisə barəsində hər hansı məlumat qeyd edilməmişdir. Nəzərə çatdırmaq istəyir ki, sözügedən şəxslə müəssissənin ümumiyyətlə hər hansı bir əlaqəsinin olmaması şikayət ərizəsindən və M.Məmmədlinin izahatından aydın görünür. X3 izahatındanda görünür ki, o, tap.az internet saytında iş axtarmiş və axtarış zamanı izahatmdada qeyd etdiyi kimi barəsində şikayət etdiyi X7 tərəfindən fəhlə işi ilə bağlı iş elanının olduğunu görmüş və həmin internet saytında qeyd olunan Asimə məxsus mobil telefonla əlaqə saxlamış və görüşmüşlər. Görüş zamanı A.Mehrəliyev M.Məmmədliyə vəd verərək bildirmişdir ki, ona müxtəlif şirkətlərdən fəhlə işiylə bağlı müraciyətlər olunur işin həcmi böyük olduğundan o, öz işlərini vaxtında icra edə bilmir və M.Məmmədlini müvəqqəti olaraq "xxxx"də gedib işləməsini onu öz şəxsi əlaqələriylə "xxxx"də işlə təmin olunmasına köməklik edəcəyi və yekunda razı qalacağı təqdirdə onu işlə təmin etməklə onunla özünün əmək müqaviləsi bağlayaraq onu başqa işlərlədə təmin edəcəyini vəd etmiş, lakin "xxxx" MMC-də gördüyü işdən narazı qalan Məmmədli Məhəmməd A.Mehrəliyev barəsində X11 şikayət etmiş Müfəttişlik isə hadisəyə heç bir əlaqəsi olmayan "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 vəkili X8 şikayətində göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X13 izahat verərək 31 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə şikayət təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 3(005)-245/2022 saylı qərarından görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 19 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda X4 tərəfindən verilmiş izahatından görünür ki, o, işsiz olduğundan tap.az saytında iş axtarırmış. Axtarış zamanı fəhlə işi ilə bağlı elan olduğunu görmüşdür. Elandakı telefon nömrəsi ilə əlaqə saxlamış və Asim Mehdiyev adlı şəxslə tanış olmuşdur. Görüş zamanı Asim oa vəd etmişdir ki, Al Marketdə işlə təmin olunacağına köməklik edəcəkdir. Bir müddət işləməyi,bəyəndiyi təqdirdə onunla əmək müqaviləsi bağlanacağını bildirmişdir. Onu rəsmi şəkildə işə qəbul etməyi tələb etmiş, lakin Asim Mehdiyev hələlik bunun mümkün olmayacağını demişdir. O da razı olub bir müddət işləmişdir. Lakin, ödənişi gec etdikləri və iş saatından çox işlətdiklərinə görə işdən çıxmaq qərarına gəlmişdir. Bundan sonra, Asimlə aralarında mübahisə yaranmış və o da bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə şikayətlə müraciət etmişdir. Bildirmişdir ki, o, "xxxx"də müqaviləsiz işləmişdir. Ümumiyyətlə, "xxxx" MMC-ni tanımır. Asim onu "xxxx"ə fəhlə kimi düzəltmişdir. Ona maaşını Asim verirdi. Həmin qərarda şahid kimi dindirilmiş X7 tərəfindən verilmiş izahatından görünür ki, Məhəmmədi işlə bağlı tanımışdır. O, özü əvvəllər "xxxx" MMC-də fəhlə kimi işləmişdir. Lakin hazırda müxtəlif şəxslərin işə düzəldilməsi ilə bağlı vasitəsiçilik edir. Məhəmmədi də məhz bu fəaliyyəti ilə əlaqədar tanımışdır. Məhəmmədi "xxxx"də fəhlə kimi işə düzəltmişdir. Vasitəçilik etdiyi üçün ödəniş ona edilirdi, o isə həmin ödənişdən Məhəmmədə maaşını verirdi. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1200/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 3(005)-245/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 31 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-858/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-858/2022
23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver