Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-86/2024 12.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis baş leytenantı Dalğa Qasımovun, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 18 dekabr 2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş 12 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində X2 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, X5 ilə 14 il müddətdir ki, rəsmi olaraq nigaha daxil olmuşdur və bir qız övladı var.Təxminən beş-altı ay müddət əvvəl əri Elçinin mobil telefonda Aynurə adlı qadınla əlaqəsi barədə mesajları və eyni zamanda fotoşəklini görmüşdür. Lakin bu müddət ərzində həmin qadınla onun əlaqəsi olmamışdır. xx.xx.2023cü il tarixdə saat 14 radələrində o, Xətai rayonu, Sarayevo küçəsi, Kapital Bankın qarşısı ilə Əhmədli metrosu istiqamətində düşürmüş və bu zaman o, X6 yaxınlığında olan binaya tərəf getməsini görmüşdür. O, onu görən kimi ünvanına nalayiq ifadələr səsləndirmiş və ona qarşılıq verərək onu itələmişdir. Həmin vaxt onun əlində uşağına məxsus məktəb çantası var idi.Lakin onu itələməyim nəticəsində onun yıxılmasını görməmişdir.Daha sonra o onu videoya çəkəcəyini bildirmiş və bu səbəbdən ondan aralaşmışdır. Qeyd etmişdir ki, onun saçından tutmamış və ona məxsus heç bir əmlaka ziyan yetirməmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, təxminən beş ay əvvəl Elçin adlı şəxslə tanış olmuş və tanış olan zaman o özünü subay kimi təqdim etmişdir.Təxminən üç ay keçdikdən sonra çay içən zaman ona zəng gəldi və zəng edən şəxs Elçinin arvadı olduğunu bildirmişdir. O, bir müddət Elçinlə əlaqə saxlamamışdır. xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində qızını ünvan 2 ünvanında məşğələyə aparmış .Binanın qarşısında rayonu, Sarayevo küçəsi ev 7 ünvanında məşğələyə aparmışdır. Binanın qarşısında olan zaman olan Elçinin arvadı Tamara adlı qadın ona yaxınlaşmış və qısqanclıq zəminində aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Tamara qəsdən saçından tutub dartmış və əlində olan kosmetik vasitələri qəsdən sındırmışdır. Eyni zamanda mübahisə vaxtı ona məxsus mobil telefon da yerə düşərək sınmışdır. Daha sonra ona bu barədə polisə şikayət edəcəyini bildirmişdir. Daha sonra Tamara dərhal oradan uzaqlaşmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu, barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis baş leytenantı Dalğa Qasımov məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edib bildirmişdir ki, faktla bağlı təhqiqat aparılmış, cinayət işi başlanılması rədd edilmiş, nəticədə Şəxs əməlində İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması aşkar olunmuş və bu barədə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır; 12 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində X2 döydüyündən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində X2 döyməsi faktı müəyyən edilmiş, Şəxs həmin qərarı mübahisələndirməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X1 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Bağırova X3 Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Bağırova X3 Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-86/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-86/2024
12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver