Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-862/2022 28.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1, Bakı şəhər BPİ-nin X13 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə X4 barəsində Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş 27.01.2022-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X7 şikayətlə məhkəməyə müraciət edərək 27 yanvar 2022-ci il tarixli EQ ******* nömrəli elektron qərarın ləğv edilməsi və **-UJ-*** dövlət nömrə nişanlı BMW-528İ markalı nəqliyyat vasitəsinə 08 iyul 2023-cü ilədək qüvvədə olan elektron texniki baxış talonunun verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X7 şikayəti onunla əsaslandırmışdır ki, istehsal tarixi 2016-cı il olan **-UJ-*** dövlət nömrə nişanlı BMW-528İ markalı minik avtomobilin 2020-ci ilin iyul ayında xarici ölkədən alınaraq Azərbaycan Respublikasına gətirilmişdir. Həmin nəqliyyat vasitəsi atası X3 adına 08 iyul 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış, dövlət qeydiyyatına alınan zaman texniki baxışdan keçirilmiş və bununla bağlı müvafiq dövlət rüsumu da ödənilmişdir. Lakin 27 yanvar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “X8” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə barəsində EQ8869703 nömrəli elektron qərar qəbul edilmiş və 50 manat inzibati cərimə olunmuşdur. Qeyd olunan nəqliyyat vasitəsi ölkəyə gətirilən zaman texniki baxışdan keçirilmişdir. Xarici ölkədən gətirilən nəqliyyat vasitəsinin texniki baxışdan keçirilmədən dövlət qeydiyyatına alınması mümkün deyil. Belə ki, “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X11 nəzarəti qaydaları barədə Təlimatın 4.1 -ci bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri, sərəncam vermək hüququ olan səlahiyyətli şəxslər onlara məxsus nəqliyyat vasitələrini: istehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə texniki baxışa saz vəziyyətdə təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q63-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentin 3.4.4-cü bəndində inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: nəqliyyat vasitəsi DİN BDYPİ-nin ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqələri tərəfindən müəyyən edilmiş tarixdə və vaxtda (növbəsiz) müayinədən və texniki baxışdan keçirilməlidir. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən və nəqliyyat vasitəsi müayinəyə təqdim edildikdən sonra 30 dəqiqə ərzində DİN BDYPİ-nin ərazi üzrə imtahan-qeydiyyat və texniki baxış məntəqəsində “X8” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələbləri mühərrik, ban və şassi nömrə göstəriciləri, habelə rəngi tutuşdurulur və texniki baxışı aparılır, uyğunsuzluq və ya texniki baxış zamanı nəqliyyat vasitəsinin həmin Qanuna 1 saylı Əlavənin İ və İİ hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması ilə əlaqədar onun sahibinə dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində rəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə iclasında X7 şikayətdə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X13 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 izahatında göstərmişdir ki, mərkəzi informasiya sistemində nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon mövcud deyil,həmin nəqliyyat vasitəsi texniki baxışdan keçməmişdir, buna görə şikayətin əsassız olduğunu nəzərə alaraq təmin edilməməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş 27.01.2022ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 50 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “X8” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. “X8” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Həmin Qanunun 30-cu maddəsinin Vİ bəndinə əsasən nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir: 1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə – ildə bir dəfə; 2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin Vİ hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla): istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə; istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə. Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin Vİ hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Vİİİ bəndinəsasən bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri texniki baxışdan keçirildikdən sonra müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi vasitəsilə həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunduğu anda onu dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. X1 şikayətində göstərdiyi xüsusat, onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Belə ki, həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon mərkəzi informasiya sistemində mövcud deyidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X7 nəqliyyat vasitəsini “X8” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmiş və barəsində qanuni və əsaslı olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş 27.01.2022-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X4 şikayəti təmin edilməsin. Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş 27.01.2022-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-862/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-862/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver