Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-866/2022 28.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə X2 barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01.12.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01.12.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 01.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuzdur, bu səbəbdən həmin qərar ləğv olunmalıdır. Sözügedən protokol və qərarın qəbul olunmasından məlumatı olmamışdır. Belə ki, bir neçə gün qabaq "xxxx" MTK-da yerləşən mənzildə yaşayan X5 tərəfindən edilmiş şikayət əsasında onu Bakı şəhər İcra Hakimiyyətinə çağırmışlar. Orada ona məlum olmuşdur ki, barəsində belə bir qərar qəbul olunub. X5 ilə bağlı mübahisə hazırda Xətai Məhkəməsinin icraatında davam edir. Araşdırma zamanı məlum olmuşdur ki, protokol poçt vasitəsi ilə göndərilmiş, lakin Bakı şəhərində olmadığından məktub ona çatmamışdır. Daha sonra qərar qəbul olunarkən də ona hər hansı məlumat verilməmişdir. Qərarla bağlı bildirir ki, qeyd olunan inzibati xəta tərəfindən törədilməmişdir, "xxxx" MTK-ya məxsus 9 saylı binanın qarşısında tərəfindən heç bir ağac kəsilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində hər hansı sübut yoxdur. İdarənin nəyə əsasən əraziyə baxış keçirməsi və ağacın tərəfindən kəsilməsinə dair hər hansı sübut olmadan protokol tərtib etməsi ona məlum deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və qərar tamamilə qanunsuzdur və heç bir əsası yoxdur. Qərara nəzər yetirdikdə, əsaslandırıcı hissədə inzibati xətanı sübut edəcək ümumiyyətlə heç bir qeyd aparılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, X3 və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə X2 və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 16 noyabr 2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Xətai rayonu, S.Vəzirov küçəsində "xxxx" MTK-nın balansında olan yaşayış kompleksində 9 saylı binanın qarşısında 1 ədəd (dm-28) sərv ağacının qanunsuz kəsilməsi faktı aşkar edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01.12.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-cı maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 4000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, "xxxx" MTK-nın balansında olan 9 saylı binanın qarşısında 1 ədəd (dm-28) sərv ağacı kəsilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. X1 şikayətində göstərdiyi xüsusat onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Belə ki, "xxxx" MTK-nın balansında olan 9 saylı binanın qarşısında 1 ədəd (dm-28) sərv ağacının qanunsuz kəsilməsi faktı fotoşəkillərlə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01.12.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01.12.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-866/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-866/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver