Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8667/2025 27.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər X11 İdarəsinin 26 avqust 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkməəyə müraciət edərək, Bakı Şəhər DYPİ-nin YPX-nin baş inspektoru polis mayoru X4 tərtib etdiyi xx.xx.2025-ci il tarixli İXP7373068 saylı protokolun qərarının ləğv edilməklə inzibati icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində 11 saylı marşrut xətti üzrə **-JO-*** DQN-lı “BMC-Procity” markalı sərnişin avtobusu ilə saat 16:43 radələrində Ziya Bünyadov prospektində marşrut xətti üzrə hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən eyni şirkətə məxsus 140E nömrəli sərnişin avtobusunun sürücüsü öz hərəkət zolağında hərəkətdə olarkən qarşısındakı ağ “X10” markalı avtomobili arxadan vurmamaq üçün hərəkət istiqamətini anidən sağa doğru dönüş etməklə dəyişərək onun istifadəsində olan sərnişin avtobusunu sol arxa tərəfindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Dərhal DİN-nin 102 zəng mərkəzinə məlumat verib hadisəni qeydiyyata aldırmışdır. xx.xx.2025-ci il tarixində saat 09:00-da Bakı DYPİ-nə yaxınlaşmış və onu Bakı şəhəri DYPİ-nin YPX-nin polis mayoru X7 qəbul edərək hadisə barədə yazılı izahat verməyini və günahsız olduğu halda hadisənin günahkarı kimi faktı etiraf etməyini tələb etmişdir. Həmin vaxt o, ona hadisənin günankarı onun olmadığını və hətta hadisə olan günü ilkin baxış zamanı digər sərnişin avtobusunun sürücüsü Ədalət adlı şəxs hadisənin törədilməsində günahkar olduğunu etiraf etmiş və həmin anda 102 xidmətinə və "xxxx" MMC-nin dispetçerinə bu barədə məlumat vermişdir. Lakin Ədalət xx.xx.2025-ci il tarixində hadisənin günahkarı olduğunu müəyyən olmayan səbəbdən qəbul etməmişdir. Onun istifadəsində olan sərnişin avtobusunun videomüşahidə görüntülərini həmin inspektora təqdim etmiş, lakin inspektor bu görüntülərə məhəl qoymayaraq günahkarın onun olduğunu bildirmişdir. Bakı şəhəri DYP-nin YPX-nin baş inspektoru polis mayoru X5 tərtib etdiyi İXP7373068 saylı protokolunu qərəzli və qanunsuz hesab edir. Belə ki, o, idarə etdiyi **-JO-*** DQN-lı “BMC” markalı sərnişin avtobusunda quraşdırılmış təhlükəsizlik kameralarında yuxarıda qeyd etdiyi hadisənin baş vermə anı tam olaraq əks olunub. Videoda tam aydın şəkildə görünür ki, digər 140E nömrəli sərnişin avtobusunun sürücüsü yuxarıda qeyd etdiyi fermada manevr qaydasını kobud şəkildə pozaraq onu idarə etdiyi avtobusu sol arxa hissədən vurur və hadisə baş verir. "xxxx" MMC-nin hüquq şöbəsi tərəfindən hadisə araşdırılan zaman onu günahsız olması oz təsdiqini tapmışdır. Lakin inspektor tərəfindən aparılmayan araşdırma və ədalətsiz qərar, baş vermiş hadisədə avtobusa dəymiş maddi ziyanın ondan tutulması ilə nəticələnəcək inspektor tərəfindən onun bütün hüquqları pozulmuş və eyni zamanda maddi cəhətdən onun vəziyyətini daha da pisləşdirmişdir. "xxxx" istehsalçı tərəfindən sərnişin avtobuslarında quraşdırılmış videoqeydiyyatçıda hadisənin necə olması və nə cür baş verməsi tam olaraq əks olunub Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən inspektorun şəxsi mülahizələri və şübhələri mütləq şəkildə onun xeyrinə həll edilməli idi. Çünki, ortada hadisənin fərqli halda baş verməsini əks etdirən bir videogörüntü yoxdur. Nəinki görüntü, ümumiyyətlə onun təqsirini sübuta yetirə biləcək sübut yoxdur. Əvəzində isə hadisənin o, dediyi kimi baş verməsini əks etdirən videogörüntü, hadisəni "xxxx" MMC-də araşdıran hüquq sektorunun təqdim etdiyi sübütlar var. Bakı şəhəri DYPİ-nin YPX-nin baş inspektoru polis mayoru X4 tərtib etdiyi xx.xx.2025ci il tarixli İXP7373068 saylı protokolun qərarını xx.xx.2025-ci il tarixində götürmüşdür. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X11 İdarəsinin Müşayiət-Eskort Bölüyü YPX baş inspektoru, polis mayoru X8 tərəfindən tərtib olunmuş 26 avqust 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 16:43-də “BMC Procity 12M CNG Avtobus” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. 01 ədəd “CD-R” formatlı diskdə olan videogörüntülərdən görünür ki, “BMC Procity 12M CNG Avtobus” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü öz yolu ilə hərəkətdə edir və arxadan gələn digər avtobus önündə hərəkətdə olan “X10” markalı avtomobili arxadan vurmamaq üçün anidən sağa manevr edərək onun idarə etdiyi avtobusu sol arxa tərəfindən vurur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 08 avqust 2025-ci il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 26 avqust 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X2 “BMC Procity 12M CNG Avtobus” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozması göstərilmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 08 avqust 2025-ci il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 26 avqust 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə iclasında X3 tərəfinfən təqdim edilmiş 01 ədəd “CD-R” formatlı diskdə olan videogörüntüyə baxış zamanı “BMC Procity 12M CNG Avtobus” markalı, **- JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin öz yolu ilə hərəkətdə olması və arxadan gələn digər avtobusun önündə hərəkətdə olan “X10” markalı avtomobili arxadan vurmamaq üçün anidən sağa manevr edərək onun idarə etdiyi avtobusu sol arxa tərəfindən vurması müəyyən edilmişdir. Lakin, səlahiyyətli orqan tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan, yol nəqliyyat hadisəsinin məhz X2 təqsiri ucbatından baş verməsini təsdiqləyən sübutlar təqdim edilmədən onun barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 08 avqust 2025-ci il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 26 avqust 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci amaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər X11 İdarəsi tərəfindən 08 avqust 2025-ci il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 26 avqust 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Bakı şəhər X11 İdarəsi tərəfindən 08 avqust 2025-ci il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 26 avqust 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-8667/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8667/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver