Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-868/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X1, Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə X3 barəsində Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X9 şikayətlə məhkəməyə müraciət edərək barəsində Səhiyyə Nazirliyinin xx.xx.2021ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X9 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən rəhbəri olduğu "xxxx" adlı stomotoloji kabinetdə planlı yoxlama aparılmışdır. Yoxlama nəticəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi əsas gətirilərək barəsində inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildi. Həmin protokol əsasında Səhiyyə Nazirinin müavini X10 tərəfindən xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli qərar qəbul edilmiş və 1.000 (bir min) AZN məbləğində inzibati cərimə edilmişdir. Lakin aşağıda göstərilən səbəblərdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarını qanunsuz və əsassız hesab edir: İlk növbədə bildirmişdir ki, həmin qərar qəbul edilərkən yoxlama materiallarına baxılması ilə bağlı iclasın vaxtı və yeri haqqında ona heç bir məlumat verilməmiş və inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Baxmayaraq ki, ‘‘Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsində yoxlayıcı orqanın sahibkarı və aidiyyəti şəxsləri yoxlama materiallarına baxılması ilə bağlı iclasın vaxtı və yeri haqqında rəsmi qaydada yazılı şəkildə xəbərdar etməyə borclu olması ilə bağlı müddəa açıq-aşkar göstərilmişdir. Digər tərəfdən isə nəzərə çatdırmışdır ki, rəhbəri olduğu stomotoloji kabinet uzun müddətdir ki, fəaliyyət göstərmir və orada vətəndaşlara hər hansı stomotoloji xidmət göstərmir. Stomotoloji kabinetində ayrıca iş otağı var. Müəyyən vaxtlarda iş otağında stomotoloji xidmətlə əlaqəsi olmayan digər işlərlə məşğul olur. Uzun müddət fəaliyyət göstərmədiyi üçün yoxlama zamanı zəruri sənədlər stomotoloji kabinetində olmamışdır. Buna görə də yoxlama zamanı yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim edə bilməmişdir. Yoxlama zamanı da sözügedən kabinetdə stomotoloji xidmətlə heç bir əlaqəsi olmayan başqa işlə məşğul olmuşdur. Bundan başqa planlı yoxlama başlamazdan öncə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7 tərəfindən ona yoxlamanın aparılması haqqında qərarın surəti göndərilməmişdir. Buna görə də yoxlama barədə heç bir məlumatı olmamışdır. Bununla da X7 tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tələblərindən göründüyü kimi yoxlamanın başlanmasına ən azı 5 iş günü qalmış ona yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı onun və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilməli idi. Lakin bu barədə ona heç bir sənəd göndərilməmişdir. Qeyd etdiklərindən göründüyü kimi Səhiyyə Nazirliyi X7 tərəfindən aparılan yoxlama zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Buna görə də hesab edir ki, yoxlama nəticəsində tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2021 -ci il tarixli MN ******* nömrəli qərar ləğv edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edərək xx.xx.2021-ci il tarixli VİN ******* nömrəli qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixli, 6-59/A-13734/2 nömrəli məktubla ona bildirildi ki, ’“‘A.S.ALİ DENTAL" MMC barəsində İXM-nin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxılarkən xx.xx.2021-ci il tarixli məhkəmə iclasında ona İXM-nin 602.4-cü maddəsi ilə inzibati xəta üzrə məsuliyyətə cəlb olunmağı barədə məlumat verilmiş, bu barədə Xətai Rayon Məhkəməsinin 3 (011)-3361 saylı qərarında qeyd edilmişdir və bu baxımdan inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddəti ötürülmüşdür". Lakin bildirmişdir ki, tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məlumat üçün bildirmişdir ki, inzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2021-ci il tarixli protokolu və xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli yazılı müraciəti əsasında xx.xx.2021-ci il tarixdə əldə etmişdir. Həmin qərardan isə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə şikayət etmişdir. Göründüyü kimi tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddəti ötürülməmişdir. Məhkəmə iclasında X9 şikayət ərizəsinə uyğun izahat verərək sözügedən qərarla razı olmadığını,planlı yoxlama haqqında məlumat verimədiyindən Səhiyyə Nazirliyinin əməkdaşlarını yoxlamaya buraxmadığını qeyd edərək Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğvini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X11 izahatında göstərmişdir ki, 30 iyul 2021-ci il tarixdə "xxxx" MMC-nin fəaliyyət ünvanı olan ünvan 2 09-13 avqust 2021-ci il tarixlərdə plan üzrə (növbəti) yoxlama keçirilməsi barədə bildiriş ünvanlanmışdır. Bildirişə yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin sahibkarın hüquq və vəzifələri barədə qanunvericilikdən çıxarış da əlavə edilmişdir. 31 iyul 2021-ci il tarixdə “Azari” Express poçt-daşıma kuryer xidməti əməkdaşı tərəfindən ünvana dəfələrlə gedilmiş, qapı bağlı olduğundan göndərilən məktub çatdırılmamışdır. Əlaqə saxlandıqda şəxs gələn il qayıdacağını bildirmişdir. Daha sonra "xxxx" MMC-ə məxsus stomotoloji kabinetdə 11 avqust 2021-ci il tarixdə planlı (növbəti) yoxlama keçirilmiş, yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. 13 avqust 2021-ci il tarixli məktubla inzibati xəta haqqında protokolun surəti, İXM-nin 61-ci maddəsindən çıxarış X3 ünvanına gönədirilmiş, məktubda həmçinin işə 24 avqust 2021-ci il tarixdə 14:00-da baxılacağı, gəlmədiyi halda işə iştirakı olmadan baxılacağı barədə məlumat verilmişdir. 17 avqust 2021-ci il tarixdə “Azari” Express poçtdaşıma kuryer xidməti əməkdaşı tərəfindən ünvana gedilmiş, qapı bağlı olduğundan göndərilən məktub çatdırılmamışdır. Əlaqə saxlandıqda şəxs fəaliyyət göstərmədiyini bildirmişdir. Buna görə də şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2021-ci il tarixli protokolu və xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli yazılı müraciəti əsasında xx.xx.2021-ci il tarixdə əldə etmişdir. Həmin qərardan isə xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə şikayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi X9 tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Səhiyyə Nazirliyinə şikayət verilmişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətini buraxmış hesab edilmir. Şikayəti, iş materiallarını, tərəflərin izahatını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Səhiyyə Nazirliyi X7nin xx.xx.2021-ci il tarixli 335 nömrəli aktından görünür ki, "xxxx" MMC-nin fəaliyyət ünvanı ünvan 3esində X9 yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməkdən, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməkdən imtina etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi X7nin Tibbi nəzarət şöbəsinin mütəxəssisi X12 tərəfindən tərtib olunmuş 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, X2 Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səhiyyə nazirinin müavini X10 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 30 iyul 2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC-nin fəaliyyət ünvanı olan ünvan 2 09-13 avqust 2021-ci il tarixlərdə plan üzrə (növbəti) yoxlama keçirilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli məktubdan görünür ki, inzibati xəta haqqında protokolun surəti, İXM-nin 61-ci maddəsindən çıxarış X3 ünvanına göndirilmiş, həmçinin işə 24 avqust 2021-ci il tarixdə 14:00-da baxılacağı, gəlmədiyi halda işə iştirakı olmadan baxılacağı barədə məlumat verilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 30 iyul 2021-ci il tarixdə "xxxx" MMC-nin fəaliyyət ünvanı olan ünvan 2 09-13 avqust 2021-ci il tarixlərdə plan üzrə (növbəti) yoxlama keçirilməsi barədə bildiriş ünvanlanmış, bildirişə yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin sahibkarın hüquq və vəzifələri barədə qanunvericilikdən çıxarış da əlavə edilmişdir. 31 iyul 2021-ci il tarixdə “Azari” Express poçt-daşıma kuryer xidməti əməkdaşı tərəfindən ünvana dəfələrlə gedilmiş, qapı bağlı olduğundan göndərilən məktub çatdırılmamışdır. Əlaqə saxlandıqda şəxs gələn il qayıdacağını bildirmişdir. Daha sonra "xxxx" MMC-ə məxsus stomotoloji kabinetdə 11 avqust 2021-ci il tarixdə planlı (növbəti) yoxlama keçirilmiş, yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. 13 avqust 2021-ci il tarixli məktubla inzibati xəta haqqında protokolun surəti, İXM-nin 61-ci maddəsindən çıxarış X3 ünvanına gönədirilmiş, məktubda həmçinin işə 24 avqust 2021-ci il tarixdə 14:00-da baxılacağı, gəlmədiyi halda işə iştirakı olmadan baxılacağı barədə məlumat verilmişdir. 17 avqust 2021-ci il tarixdə “Azari” Express poçt-daşıma kuryer xidməti əməkdaşı tərəfindən ünvana gedilmiş, qapı bağlı olduğundan göndərilən məktub çatdırılmamışdır. Əlaqə saxlandıqda şəxs fəaliyyət göstərmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, X3 şikayətində göstərdiyi xüsusatlar onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinə uyğun olaraq Səhiyyə Nazirliyi X7 tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı onun hüquq və vəzifələrinin izahı göndərilmişdir. Həmçinin işə baxılması vaxtı və yeri barədə məlumat da verilmişdir. Qapının bağlı olması səbəbindən məktubların çatdırılmaması X6 məktubların göndərilməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, poçt-daşıma kuryer xidməti əməkdaşı tərəfindən onunla əlaqə saxlanılaraq ünvanına məktub göndərildiyi barədə məlumat verilmişdir. Lakin o, müxtəlif bəhanələr gətirərək məktubları qəbul etməkdən imtina etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X9 əsaslı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Belə olan halda məhkəmə hesab edir ki, Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X3 şikayəti təmin edilməsin. Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-868/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-868/2022
16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver