Məhkəmə qərarları › İş №3(011)-8693/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8693/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8693/2025 07.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 02 oktyabr 2025-ci il tarixli 00100-02936/25 nömrəli, 02 oktyabr 2025-ci il tarixli 00100- 02951/25 nömrəli, 02 oktyabr 2025-ci il tarixli 00100-02963/25 nömrəli, 02 oktyabr 2025-ci il tarixli 00100-02943/25 nömrəli və 02 oktyabr 2025-ci il tarixli 00100-02949/25 nömrəli inzibati xəta haqqında protokollar tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-8741/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 3(011)-8693/2025, 3(011)-8698/2025, 3(011)-8710/2025, 3(011)-8719/2025 saylı və 3(011)-8741/2025 saylı materiallar bir icraatda birləşdirilmiş və iş 3(011)-8693/2025 nömrə ilə davam etdirilmişdir. İnzibati xəta haqqında 02 oktyabr 2025-ci il tarixli 00100-02936/25 protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin ünvanına Tayland Krallığından OL532LL/SS099B nömrəli avtomaşınla “Qırmızı Körpü” gömrük postundan keçməklə göndərilən yükə dair **********3640 sorğu nömrəli qısa idxal bəyannaməsinin verilməsinə baxmayaraq, həmin mallara dair gömrük bəyannaməsi təqdim edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında 02 oktyabr 2025-ci il tarixli 00100-02951/25 protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin ünvanına Tayland Krallığından GN100LT/BS907B nömrəli avtomaşınla “Qırmızı Körpü” gömrük postundan keçməklə göndərilən yükə dair **********3860 sorğu nömrəli qısa idxal bəyannaməsinin verilməsinə baxmayaraq, həmin mallara dair gömrük bəyannaməsi təqdim edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında 02 oktyabr 2025-ci il tarixli 00100-02943/25 protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından BK554KB/WW650V nömrəli avtomaşınla “Qırmızı Körpü” gömrük postundan keçməklə göndərilən yükə dair **********3701 sorğu nömrəli qısa idxal bəyannaməsinin verilməsinə baxmayaraq, həmin mallara dair gömrük bəyannaməsi təqdim edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında 02 oktyabr 2025-ci il tarixli 00100-02963/25 protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin ünvanına Tayland Krallığından RY278YR/MM904N nömrəli avtomaşınla “Qırmızı Körpü” gömrük postundan keçməklə göndərilən yükə dair **********3866 sorğu nömrəli qısa idxal bəyannaməsinin verilməsinə baxmayaraq, həmin mallara dair gömrük bəyannaməsi təqdim edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında 02 oktyabr 2025-ci il tarixli 00100-02949/25 protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin ünvanına Malayziyadan BC744CB/BS147B nömrəli avtomaşınla “Qırmızı Körpü” gömrük postundan keçməklə göndərilən yükə dair **********3732 sorğu nömrəli qısa idxal bəyannaməsinin verilməsinə baxmayaraq, həmin mallara dair gömrük bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsi Şəxs MMC-yə qarşı AR İXM-nin 493-cü maddəsini nəzərdə tutaraq xx.xx.2025-ci il tarixli, 00100-02936/25 saylı, 02 oktyabr 2025-ci il tarixli, 00100-02951/25 saylı, 02 oktyabr 2025-ci il tarixli 00100-02943/25 saylı, 02 oktyabr 2025-ci il tarixli 00100-02963/25 saylı və 02 oktyabr 2025-ci il tarixli 00100-02949/25 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Onlar bu protokollarla ilə razı deyillər. Həmin protokollar əsassız və qanunsuzdur. İş materiallarına qoşma olunmuş protokollardan bilinir ki, Bakı Baş Gömrük İdarəsi xx.xx.2025-ci il tarixli protokolları tərtib edərək, bu protokollar barədə Şəxs MMC-nin rəhbərliyinə və ya nümayəndəyə hər hansı məlumat verməmiş, protokollarla tanış etməmişdir. Göründüyü kimi, Bakı Baş Gömrük İdarəsinin 00100-02936/25 saylı protokolu 15 gün gecikmə ilə, 00100-02951/25 saylı protokolu 19 gün gecikmə ilə, 00100-02943/25 saylı protokolu 15 gün gecikmə ilə, 00100-02963/25 saylı protokolu 19 gün gecikmə ilə, 00100- 02949/25 saylı protokolu 17 gün gecikmə ilə tərtib olunmuşdur. Protokolların tərtib edilməsi, məhkəməyə göndərilməsi barədə onlara heç bir xəbər veriməmiş və onlar protokollarla tanış edilməmişlər. Həmçinin həmin müddət ərzində, yəni xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə bəyyannamə təqdim olunmuş, gömrük rusumları ödənilmiş və mal çıxarılmışdır. Qeyd edilməlidir ki, bəyannamə təqdim edilməsi üçün qanunla nəzərdə tutulmuş 15 gün mümkün olmamışdır, o da Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının günahından. Belə ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları onlara bildirmişlər ki, onların təqdim etmək istədikləri bəyannamədə gömrük dəyəri düzgün göstərilməmişdir və buna dair ancaq xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə malın dəyərinin artırılması ilə bağlı bildirişlər verilmişdir. Məhkəməyə təqdim olunmuş ilkin və təzə bəyannamələrdən görünür ki, malın dəyərində 6886.13 manat, 5932.75 manat, 14323.91 manat, 7812.20 manat və 11.062.00 manat məbləğində uyğunsuzluq aşkar edilmişdir. Hesab edir ki, Şəxs MMC öz cəzasını almışdır. Belə ki, Bakı Baş Gömrük İdarəsinin bildirişlərinə əsasən malların dəyəri 41% artırılmış və həmin məbləğə görə də onlar gömrük rüsumlarını ödəmişlər. Odur ki, göstərilənlərə əsasən o, hüquqi şəxsin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “Gömrük xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən” əldə olunmuş “malların çatdırılması və boşaldılması” barədə çıxarışdan və xx.xx.2025-ci il tarixli, **********3640 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, Şəxs ünvanına idxal edilmiş yük ölkə ərazisinə xx.xx.2025-ci il tarixdə, saat 20:54-də “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin həmin mallara dair gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən tərtib edilmiş İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 02 oktyabr 2025-ci il tarixli 00100-02936/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən gömrük bəyannaməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən, hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-nin 493-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Gömrük xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən” əldə olunmuş “malların çatdırılması və boşaldılması” barədə çıxarışdan və xx.xx.2025-ci il tarixli, **********3860 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, Şəxs ünvanına idxal edilmiş yük ölkə ərazisinə xx.xx.2025-ci il tarixdə, saat 10:31-də “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin həmin mallara dair gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən tərtib edilmiş İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 02 oktyabr 2025-ci il tarixli 00100-02951/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən gömrük bəyannaməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən, hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-nin 493-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Gömrük xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən” əldə olunmuş “malların çatdırılması və boşaldılması” barədə çıxarışdan və xx.xx.2025-ci il tarixli, **********3701 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, Şəxs ünvanına idxal edilmiş yük ölkə ərazisinə xx.xx.2025-ci il tarixdə, saat 19:08-də “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin həmin mallara dair gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edilməmişdir. Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən gecikmə ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, **********3793 sorğu nömrəli gömrük bəyannaməsi malların gömrük dəyərinin dürüstləşdirilməsi və ya ixracatçı tərəfindən təklif edilən endirimlərin ticarət məqsədi barədə müvafiq sənədlərin təqdim edilməsi üçün geri qaytarılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən tərtib edilmiş İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 02 oktyabr 2025-ci il tarixli 00100-02943/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən gömrük bəyannaməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən, hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-nin 493-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Gömrük xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən” əldə olunmuş “malların çatdırılması və boşaldılması” barədə çıxarışdan və xx.xx.2025-ci il tarixli, **********3866 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, Şəxs ünvanına idxal edilmiş yük ölkə ərazisinə xx.xx.2025-ci il tarixdə, saat 20:45-də “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin həmin mallara dair gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən tərtib edilmiş İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 02 oktyabr 2025-ci il tarixli 00100-02963/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən gömrük bəyannaməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən, hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-nin 493-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Gömrük xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən” əldə olunmuş “malların çatdırılması və boşaldılması” barədə çıxarışdan və xx.xx.2025-ci il tarixli, **********3732 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, Şəxs ünvanına idxal edilmiş yük ölkə ərazisinə xx.xx.2025-ci il tarixdə, saat 19:08-də “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin həmin mallara dair gömrük bəyannaməsi rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edilməmişdir. Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən gecikmə ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, **********3814 sorğu nömrəli gömrük bəyannaməsi malların gömrük dəyərinin dürüstləşdirilməsi və ya ixracatçı tərəfindən təklif edilən endirimlərin ticarət məqsədi barədə müvafiq sənədlərin təqdim edilməsi üçün geri qaytarılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən tərtib edilmiş İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 02 oktyabr 2025-ci il tarixli 00100-02949/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən gömrük bəyannaməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən, hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-nin 493-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ünvanına ixracatçı Tayland Krallığından göndərilmiş mallara dair xx.xx.2025-ci il tarixli, **********3860 sorğu nömrəli qısa idxal bəyannaməsinin verilməsinə baxmayaraq, həmin mallara dair 15 (on beş) gün müddətində gömrük bəyannaməsi təqdim edilməmişdir. Bundan əlavə, hüquqi şəxs Şəxs ünvanına ixracatçı Tayland Krallığından göndərilmiş mallara dair xx.xx.2025-ci il tarixli, **********3640 sorğu nömrəli qısa idxal bəyannaməsinin verilməsinə baxmayaraq, həmin mallara dair 15 (on beş) gün müddətində gömrük bəyannaməsi təqdim edilməmişdir. Bundan əlavə, hüquqi şəxs Şəxs ünvanına ixracatçı Çin Xalq Respublikasından göndərilmiş mallara dair xx.xx.2025-ci il tarixli, **********3701 sorğu nömrəli qısa idxal bəyannaməsinin verilməsinə baxmayaraq, həmin mallara dair 15 (on beş) gün müddətində gömrük bəyannaməsi təqdim edilməmişdir. Bundan əlavə, hüquqi şəxs Şəxs ünvanına ixracatçı Çin Xalq Respublikasından göndərilmiş mallara dair xx.xx.2025-ci il tarixli, **********3866 sorğu nömrəli qısa idxal bəyannaməsinin verilməsinə baxmayaraq, həmin mallara dair 15 (on beş) gün müddətində gömrük bəyannaməsi təqdim edilməmişdir. Bundan əlavə, hüquqi şəxs Şəxs ünvanına ixracatçı Malayziyadan göndərilmiş mallara dair xx.xx.2025-ci il tarixli, **********3732 sorğu nömrəli qısa idxal bəyannaməsinin verilməsinə baxmayaraq, həmin mallara dair 15 (on beş) gün müddətində gömrük bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar