Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-8717/2025 23.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü Ərazi X3 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X3 İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında protokoldan görünür ki, Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X3 İdarəsi tərəfindən 08 oktyabr 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən aptekdə (428) aparılan YTM zamanı AR YTC № 01-2001, 2.1: 2.5: 4.4: 5.2: 6.1: 6.7: 9.1: 10.4 bəndlərinin tələblərinin pozulması aşkar olunmuşdur. Bu səbəbdən, Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X3 İdarəsinin inspektoru X2 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 08 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü Ərazi X3 İdarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən daxil olmuş çıxarış əsasında Şəxs MMC -yə məxsus aptekdə yanğın-texniki müayinə keçirilərək MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir Şəxs MMC-yə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilmiş, elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə yerləşdirərək göstərmişdir ki, icraatda olan 3(011)-8717/2025 nömrəli inzibati xətaya dair iş ilə əlaqədar xx.xx.2025-ci il tarixə, saat 11:00-da keçiriləcək məhkəmə prosesi mövcuddur. Həmin məhkəmə prosesində iştirakları mümkün olmayacağı səbəbindən, hazırki müraciət ərizələrində qeyd edilənləri məhkəmə iclasında təqdim edəcəyi ifadə kimi qəbul edilməsini məqsədəmüvafiq hesab edirlər. Belə ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında tərtib edilən protokola etirazları mövcud deyildir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tələbi üzrə minimal həddə cərimə tətbiq edilməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Fövqəladə Hallar Nazirliyi X3 Xidməti tərəfindən tərtib edilmiş 08 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC yə məxsus ünvan 1 ünvanında yerləşən aptekdə keçirilən YTM zamanı məlum oldu ki, AR YTC № 01-2001, 2.1: 2.5: 4.4: 5.2: 6.1: 6.7: 9.1: 10.4 bəndlərinin tələblərinin pozulması faktı müəyyən edilmişdir. Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X3 İdarəsinin rəisi Mehti Mehtizadə tərəfindən qəbul edilmiş 08 oktyabr 2025-ci il tarixli yanğın-texniki müayinənin aparılması haqqında qərardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə plan üzrə (növbəti) müayinə həyata keçirilməsi qərara alınmışdır. 08 oktyabr 2025-ci il tarixli 5071 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, yanğın-texniki müayinə zamanı bir sıra qanun pozuntuları aşkar edilmişdir: obyekt daşınmaz əmlakın icbari sığorta növündə sığortalanmamış, obyekt daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növündə sığortalanmamış, obyektin görünən yerlərində yanğından mühafizə xidmətinin çağırış telefon nömrələrini göstərən göstərici lövhələr asılmamış, obyektin təxliyyə planı hazırlanaraq obyektin görünən yerlərindən asılmamış, obyektdə quraşdırılmış taxta materialdan olan konstruksiyalar oda davamlı məhlulla hopturulmamış, obyektin təxliyyə çıxış qapısı obyektdən çıxış istiqamətində açılmır, obyektin elektrik kabel və naqillərinin izolyasiya qatının gərginliyə qarşı müqaviməti yoxlanaraq akt tərtib olunmamış, obyektin çıxış (təxliyyə) qapısı işıqlanıdırlımış çıxış nişanları ilə təmin edilməmiş, obyekt yanğın xəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmamış, obyekt ilkin yanğınsöndürmə balonları ilə təmin olunmamışdır. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, X3 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X3 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq hüququna malikdir. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 9.1-ci bəndinə əsasən, yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri ( TX və PET ) üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir. TX və PET xüsusi təlim almış heyət və ya lisenziyası olan, müqavilə üzrə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir. TX üzrə və ya qurğuların dayandırılması ilə (ayn-ayrı xətlərin, xəbərvericilərin) əlaqədar təmir işləri zamanı müəssisənin rəhbəri binaların, tikililərin, otaqların və texniki avadanlıqların yanğından qorunması üçün lazımı tədbirlər görməlidirlər. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 5.1-ci bəndinə əsasən, köçürmə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması, eləcə də köçürmə yollarının uzunluğu, yanğına qarşı tikinti-layihə normalarına uyğun olmalıdır. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 6.5-ci bəndinə əsasən, elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağan olunur: - elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək; - nasaz elektrik qurğularından istifadə etmək; -elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə qapağı örtük (plafonu) çıxarıldıqda istifadə etmək; - dayağı yanmayan materiallardan olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlarından istifadə etmək; - standartlara uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək; - magistral kabel xəttlərini və elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın partlayış təhlükəli zonalardan tranzit (birbaşa) çəkmək; - elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və.s qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 10.4-cü bəndinə əsasən otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs Şəxs MMC - nin barəsində qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-8717/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-8717/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver